Cyoti Svarup Pande
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cyoti Svarup Pande | |
---|---|
Cyoti Svarup Pande | |
Doğum tarixi | 25 may 1951 (73 yaş) |
Fəaliyyəti | diplomat |
Vikianbarda əlaqəli mediafayllar |
Cyoti Svarup Pande (25 may 1951) — Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri
Cyoti Svarup Pande 25 may 1951-ci ildə anadan olmuşdur. İqtisadiyyat üzrə magistr təhsili almışdır. Diplomat kimi 1976-cı ildən fəaliyyətə başlamışdır. 1976-cı ilin may ayından 1979-cu ilin may ayınadək Braziliyada ikinci,üçüncü katib kimi fəaliyyət göstərmişdir. 1979-cu ilin may ayından 1982-ci ilin may ayınadək Yeni Dehlidə ticarət nazirliyində nazir müavini vəzifəsində çalışmışdır.
1982-ci ilin dekabr ayından 1983-cü ilin avqust ayınadək Yeni Dehlidə xarici İşlər Nazirliyində katib müavini və nazir müavini vəzifələrində işləmişdir.
1983-cü ilin avqust ayından 1985-ci ilin aprel ayınadək Malayziyanın Kuala Lumpur şəhərində birinci katib vəzifəsində çalışmışdır.
1985-ci ilin iyun ayından 1997-ci ilin may ayınadək Yeni Dehlidə Xarici Xidmət İnstitutunda katib müavini və direktor vəzifəsində işləmişdir.
1997-ci ilin may ayından 2003-cü ilin yanvar ayınadək Yeni Dehlidə katib vəzifəsində çalışmışdır.
2003-cü ilin fevral ayından Hindistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiridir.
Evlidir, iki övladı var. Portuqal dilini bilir.