Cordana (musiqiçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Cordana
Cordana 2022-ci ildə səhnədə canlı çıxış edir
Cordana 2022-ci ildə səhnədə canlı çıxış edir
Ümumi məlumatlar
Doğum tarixi 22 iyun 2000(2000-06-22) (24 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Fəaliyyət illəri 2019-cu ildən
Janr bedrum-pop
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cordana (ing. Jordana; 22 iyun 2000, Vaşinqton) — Bedrum-pop janrındakı mahnılarına görə tanınan ABŞ musiqiçisi. Los-Ancelesdə fəaliyyət göstərir.

Cordana Naye 2000-ci il iyunun 22-də Vaşinqtonda anadan olub. Onun atası kilsədə orqan çalırdı. Cordana atasının məsləhəti ilə skripka ifa etməyə başlamış və daha sonra öz istəyi ilə gitaraya keçmişdir.[1]

Cordana on səkkiz yaşında olarkən 2019-cu ildə "Classical Notions of Happiness" adlı studiya albomu çıxarıb. Albom dinləyicilərdən müsbət rəylər qazanmış və səsyazma şirkəti olan Grand Jury-nin diqqətini cəlb etmişdir. Sözügedən şirkət 2020-ci ildə Cordana ilə müqavilə bağlamışdır ki, həmin albomu yenidən buraxsın.[2]

Cordana 2020-ci ilin iyun ayında yaxın zamanda yeni mini-albom yayımlayacağını elan edib. "Titled Something to Say" 31 iyul tarixində işıq üzü görüb.[3][4] NME sözügedən mini-alboma beş üzərindən dörd ulduz verib.[5] Həmin ilin 15 sentyabrında Cordana əvvəlki mini-albomunun davamı olaraq "To You" adlı mini-albom çıxaracağını bəyan edib. Cordana hər iki mini-albomu birləşdirərək "Something to Say to You" adlı ikinci studiya albomunu əmələ gətirib. Bu albom 4 dekabrda yayımlanıb.[6]

Cordana 13 oktyabr 2021-ci ildə indi-pop qrupu TV Girl ilə hazırladığı kollaborativ mini-albom olan "Summer's Over"-i təqdim edib.

O, 2022-ci il fevralın 8-də Grand Jury Music vasitəsilə "Catch My Drift" adlı sinqlını yayımlayıb.[7]

2023-cü ilin sentyabrında Yot Club ilə birgə ifa etdiyi "Safe House" sinqlını çıxarıb.[8]

Cordana müğənni Dent May-ın 2024-cü ilin fevralında buraxılan "Coasting on Fumes" mahnısında xüsusu qonaq qismində çıxış edib.[9]

Studiya albomları

EP-lər

  • Something to Say (2020)
  • ...To You (2020)
  • Summer's Over (TV Girl ilə) (2021)
  • I'm Doing Well, Thanks for Asking (2022)
  1. "Best New Artists of the Month (March)". Complex. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  2. Bacior, Robin. "Jordana signs to Grand Jury Music, announces debut album Classical Notions of Happiness". Consequence of Sound. 22 January 2020. İstifadə tarixi: 9 October 2020.
  3. Schatz, Lake. "Jordana Announces New Something to Say EP, Shares "Big": Stream". Consequence of Sound. 30 June 2020. 12 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  4. Manno, Lizzie. "Jordana Shares New EP Something To Say". Paste. 30 July 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  5. Hunt, El. "Jordana – 'Something to Say' EP review: grunge-laced almost-pop with cathartic wit". NME. 31 July 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  6. Enis, Eli. "Jordana Announces New Album Something to Say to You, Shares "Divine": Stream". Consequence of Sound. 15 September 2020. 14 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2020.
  7. "Jordana Announces Studio Debut Face the Wall, Shares "Catch My Drift" Video". 8 February 2022. 11 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 August 2024.
  8. DeVille, Chris. "Jordana & Yot Club Share New Song "Safe House": Listen". Stereogum. September 15, 2023. September 20, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 11, 2023.
  9. Carpark Records. "Dent May Announces New Album 'What's For Breakfast?'". Carpark Records. February 15, 2024. February 20, 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 20, 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]