Corc Konstaninensku
Corc Konstaninensku | |
---|---|
Doğum tarixi | 4 oktyabr 1881 |
Doğum yeri | |
Vəfat tarixi | 11 dekabr 1965 (84 yaşında) |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Konstaninensku Corc ( bəzən Konstaninsko, rum. George (Gogu) Constantinescu; 4 oktyabr 1881, Krayova – 11 dekabr 1965) — Rumıniyalı alim, mühəndis və ixtiraçıdır. O, 130-dan çox rəsmi qeydiyyatdan keçmiş ixtira sahibidir. [1][2]
Davamlı mexanikanın bir hissəsi olan "Səs dalğalarının nəzəriyyəsi" (ing. theory of sonics) yaradıcısıdır və nəticədə titrəmələr vasitəsilə mexaniki enerjinin ötürülməsini təsvir edə bilmişdi. Rumıniya Akademiyasının fəxri üzvü.[3]
Bioqrafiya
[redaktə | mənbəni redaktə et]Corc Konstaninensku Krayovʼda Mihai Bravu bağına yaxın ərazidə "Həkim evi"də doğulmuşdur. Uşaqlıq dövründə atasının, həmçinin Corc (1844-cü il təvəllüdlü), riyaziyyat və texnika elmləri professoru olub və Sorbonne Universitetində riyaziyyat sahəsində ixtisaslaşmış bir şəxs olaraq, ona təsiri böyük olmuşdur. 1912-ci ildə kiçik Konstaninensku İngiltərəyə köçdü. O , 1965-ci il dekabr ayının 11-dən 12-ə keçən gecə Koniston yaxınlığında Oxen House’da öz evində dünyasını dəyişdi. Kombri’də Lovika qəbiristanlığında basdırılmışdır.[4]
İxtiraları
[redaktə | mənbəni redaktə et]Təyyarə silahlarının sinxronizasiyası
[redaktə | mənbəni redaktə et]Corc Konstaninensku tərəfindən yaradılmış hidravlik pulemyotun fırlanma sürəti və yanğının sinxronizasiyası, Təyyarənin artilleriyasına fırlanan bıçaqları "vasitəsilə" vurmağa icazə verirdi. Konstaninenskunun təyyarə sinxronizasiyası ilk dəfə 1917-ci ilin mart ayında Kral Britaniya Hava Qüvvələri R.F.C. 55 nömrəli DH4s tipli hava gəmilərində tətbiq edilmişdir. Tezliklə standart avadanlıqların bir hissəsinə çevrilib, əvvəllər bu məqsədlər üçün istifadə olunan müxtəlif mexanizmləri əvəz edirdi.
Sinxronlaşdırıcı II. Dünya Müharibəsinə qədər Royal Air Force tərəfindən istifadə olunmağa davam etdi. Gloster Gladiator bu sistem ilə təchiz edilmiş son Britaniya qırıcısı idi.[5]
Səs dalğaları
[redaktə | mənbəni redaktə et]1918-ci ildə Konstaninensku, səs dalğaları nəzəriyyəsini təsvir etdiyi "Titrəmələr vasitəsilə enerjinin ötürülməsi haqqında traktat" kitabını nəşr etdi. Bu nəzəriyyə müxtəlif enerji ötürmə sistemlərinə tətbiq oluna bilərdi, lakin bu gün əsasən hidravlik sistemlərə tətbiq olunur.[6]
Daxili yanma mühərrikləri
[redaktə | mənbəni redaktə et]Konstaninensku daxili yanma mühərriklərində istifadə olunan karbüratorlara təkmilləşdirmək üçün bir neçə patent qeydə aldı: məsələn, ABŞ-da patent 1206512. [7]
Digər ixtiralar
[redaktə | mənbəni redaktə et]İxtaralarından biri də "motorlu dəmir yolu maşını" olmuşdur. Hazırda bir çox yol / dəmiryolu vasitələrində istifadə olunan sistemə bənzəyir. Bundan əlavə Konstaninensku, memar Viktor Ftefănescu tərəfindən tamamlanan Kral məscidi layihəsini yaratdı. Buxarestdə olan Dimitri Leonid Texniki Muzeyində Corc Konstaninenskunun həyat və ixtiraları ilə əlaqədar eksponatlar toplusu var.[8]
Ailə həyatı
[redaktə | mənbəni redaktə et]Corc Konstaninensku, 1914-cü ilin dekabrında Birinci Dünya müharibəsi başladıqdan sonra Riçmondda (London), Aleksandr (Sandra) Kokoresku ilə evləndi. Cütlük, Wembley bölgəsinə köçdü. Onların oğlu Yena doğulduqdan sonra bu dəfə Weybridgeʼə köçdülər. 1920-ci ildə Corc və Sandra'nın evliliyi dağıldı və rəsmi olaraq boşandılar. Bundan sonra Konstaninensku Eva Littonla evləndi və yeni ailə Koniston Gölü yaxınlığında Oksen evinə köçdü.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Anca Aldea. Jurnalul Național. — 2008. — 17 маяGeorge Constantinescu Arxivləşdirilib 2019-05-06 at the Wayback Machine
- ↑ George Constantinesco Biography
- ↑ "Early Days in Romania – the Conception of Sonics "
- ↑ "England – Birth of Sonics"20 March 2002.
- ↑ "Laboratory at Coniston"1 April 2003.
- ↑ "Espacenet – Bibliographic data" Arxivləşdirilib 2021-04-24 at the Wayback MachineWorldwide.espacenet.com. 21 March 1918.
- ↑ "Espacenet – Original document" Arxivləşdirilib 2021-04-24 at the Wayback MachineWorldwide.espacenet.com. 28 November 1916.
- ↑ The Technical Museum Dmitrie Leonida, Sonicity
- ↑ "The Torque Converter"