Buqulma
Şəhər | |
Buqulma | |
---|---|
Бугульма | |
54°32′ şm. e. 52°47′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1736 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 315 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +7 85594 |
Poçt indeksi | 423200, 423230 |
Digər | |
bugulma.tatar.ru/rus/abo… | |
Vikianbarda əlaqəli mediafayllar |
Buqulma (rus. Бугульма; tatar. Бөгелмә) — Rusiya Federasiyasında yerləşən şəhər. Tatarıstan Respublikasına daxildir. Buqulma rayonunun mərkəzi.
Əhalisi
[redaktə | mənbəni redaktə et]Əh. 87,2 min (2014). 1736-cı ildən tatarların məskunlaşdığı kənd kimi məlumdur.[3]
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Buqulma-Belebey yüksəkliyinin yamaclarında, Buqulminka çayının Zay çayına (Volqa hövzəsi) töküldüyü yerdədir. Dəmiryol stansiyaları Avtomobil yolları qovşağı. Aeroport[3].
Tarixi
[redaktə | mənbəni redaktə et]1741–45-ci illərdə burada Buqulma qəsəbəsi salınmışdı. 1781/82 –1796-cı illərdə Ufa canişinliyinin, 1796–1850-ci illərdə Orenburq quberniyasının, 1850–1920-ci illərdə Samara quberniyasının qəza şəhəri olmuşdur. 19-cu əsrin sonlarında Uralönü ərazidə ən iri yarmarkalardan biri-Vozdvijeniye yarmarkası Buqulmada keçirilirdi. Volqa–Buqulma dəmiryol xətti 1911-ci ildə şəhərdən keçmişdir. 1920-ci ildən Buqulma Tatarıstan MSSR-in tərkibində Buqulma kanto nunun (1920–30), Buqulma rayonunun (1930 ildən), Buqulma vilayətinin (1953) inzibati mərkəzi olmuşdur. Şəhər 1974-cü ilin baş planına əsasən tikilmişdır. Realnı məktəbin binası (19 əs -rin 2-ci yarısı), tacir Ş.L. Hakimova məxsus binalar kompleksi (20-ci əsrin əvvəlləri),Yelaçiçin (19-cu əsrin sonları), Klimovun(20-ciəsrin əvvəlləri) evləri, qadın gimnaziyasının binası (20 əsrin əvvəlləri) və s.saxlanılmışdır.[3]
Memarlıq
[redaktə | mənbəni redaktə et]Kazan-Məryəm ana kilsəsi (1988–93), Gənclər sarayı (1994), “Yubileynı” buz sarayı (2003), “İrxan” məscidi (2005) şəhərin müasir memarlıq abidələridir. Şəhərdə Böyük Vətən müharibəsi memorialı, Buqulmanın 200-illiyinə həsr edilmiş abidə var. Buqulmada 3 ali məktəb (filialları); Mərkəzi kitabxana; diyar şünaslıq muzeyi (1929), Y. Haşekin ev muzeyi (1966; 1918 ildə Buqulmada komendant köməkçisi olmuşdur); Rus dram teatrı(1935; bina F. Qusarov tərəfindən 1898-ci ildə tikilmiş, 1932-ci ildə isə 2-ci mərtəbə inşa edilmişdir) və s. fəaliyyət göstərir.Buqulma Tatarıstanın iri neftçıxarma sənayesi mərkəzidir. Neft sənayesinin elmi tədqiqat və layihə institu (1956), “Tatneft -geofizika” (geol.-kəşfiyyat və mədən-geofizika işləri) fəaliyyət göstərir. 20-dən çox sənaye müəssisəsi neft və qaz sənayesi üçün aparatlar istehsal edir. Mexaniki (neft aparatları və s.), elektrik nasosları, “Neftavtomatika” (avtomatlaşdırma vasi tələri, qazıma və neft-mədən avadanlığı) təcrübə və s. zavodları; kərpic, çini, likör araq zavodları, tikiş fabriki və s. var.[3]
Qardaş şəhərlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ http://bugulma.tatar.ru/file/%D0%BF%D0%BE%D1%8F%D1%81%D0%BD%D0%B5%D0%BD%D0%B8%D0%B5.doc.
- ↑ https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
- ↑ 1 2 3 4 Buqulma// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 62-63.
- ↑ Бугульма и турецкий город Айдын стали городами-побратимами[ölü keçid] на сайте Министерства культуры Республики Татарстан Arxivləşdirilib 2007-07-03 at the Wayback Machine