Boyama
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Boyama — qələm, boya, flomaster və ya başqa bədii vasitələrlə müxtəlif kompozisiyaları rəngləmək üçün nəzərdə tutulmuş kitabdır və ya səhifədir. Kitabda rəsmin bütün konturları artıq çap edilmiş olur, lakin bütün rəsm, qara rəng istisna olmaqla, adətən rəngsiz olur.
Tarix
[redaktə | mənbəni redaktə et]The Little Folks' Painting Book adını daşıyan ilk boyama kitabı 1880-ci ildə ABŞ-da, McLoughlin Brothers şirkəti tərəfindən hazırlanmışdır. 1907-ci ildə Riçard F. Autkolt (Richard F. Outcault) adlı müəllif boyama üçün komikslərdən ibarət olan Buster’s Paint Book kitabını nəşr etdirmişdir və ondan sonra boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar[1].
1960-cı illərdə boyama kitablarının "Qızıl vaxtı" başlamışdır və onlar uşaq mağazalarında ən populyar mala çevrilmişdirlər. Boyama kitablarında tozsoranlardan tutmuş avtomobillərə və müxtəlif komikslərin qəhrəmanlarınadək müxtəlif şəkillər təqdim edilirdi.
1980-ci illərdə bir neçə nəşriyyat evi böyüklər üçün maarifləndirici boyama kitabları nəşr etmişdirlər. Onlar rəngli kodlaşdırmanın və ətraflı sxemlərin köməkçi təhsil vasitələri kimi istifadə olunduğu anatomiya və fiziologiya kimi buraxılış ili səviyyəsində olan fənlərin öyrənilməsi üçün nəzərdə tutulmuşdur. Nümunə kimi "Anatomik boyama kitabı"nı (orijinal adı "The Anatomy Coloring Book") və Uin Kapitin (Wynn Kapit) və Lourens Elsonun (Lawrence Elson) müəllifliyi altında HarperCollins (1990-cı illərdə) və Benjamin Cummings (2000-ci illərdə) nəşriyyat evlərində nəşr edilmiş sonrakı kitab seriyasını göstərmək olar.
Faydalı xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qələm və ya fırça ilə edilən monoton hərəkətlər insanı rahatlaşdırırlar. Rəngləri seçmək və nəticəni müxtəlif rənglərdə təsəvvür etmək imkanı yaradıcılığı inkişaf etdirir. Rəngli şəkillərin yaradılması prosesi çox sadədir, bunun üçün də, indiki dövrdə boyama tək uşaqlar arasında deyil, böyüklər arasında da çox populyardır[2].
Boyama uşaqlara rəngləri, formaları mənimsəməyə və ətraf dünya haqda daha çox öyrənməyə kömək edir.
Böyüklər üçün boyama kitabları
[redaktə | mənbəni redaktə et]Təxminən 2015-ci ildən etibarən böyüklər üçün boyama kitabları populyarlıq qazanmağa başlamışdırlar. Məsələn, bu ilin aprel ayında iki boyama kitabı Amazon[3] saytında ən yüksək yerləri tutmuşdurlar.
Böyüklər üçün boyama kitabları çap formasında mövcuddurlar: albomlar, kitablar[4], bloknotlar və gündəliklər[5]. Bundan başqa, onlar rəqəmsal formada da təklif olunurlar[6]. Belə boyama kitablarını yükləyib çap etməkdən savayı, onları xüsusilə bunun üçün nəzərdə tutulmuş müxtəlif qrafik instrumentlərin köməyilə birbaşa elektron mühitdə rəngləmək olar. Washington Post qəzetinə göndərdiyi məktubda Dominik Bulsuto (Dominic Bulsuto) belə bir fikir irəli sürmüşdür ki, rəqəmsal formada böyüklər üçün boyama kitablarının yayılma tendensiyası bu janrın populyarlaşmasına yol açır, və qeyd etmişdir ki, prosesin nisbətən anonim xarakter daşıması insanlara özlərini daha arxayın hiss etməyə və real həyatda onları alarkən yaşadıqları utanma hissini keçirməməyə imkan verir.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ "COLORING BOOKS - The 1960s are widely considered the golden age of coloring books". 2016-11-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- ↑ "Coloring pages | ColorKid.net". colorkid.net. 2016-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-22.
- ↑ "The top two best-selling books on Amazon right now are colouring books for adults. Seriously". National Post. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ "Johanna Basford Coloring Books". 2016-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- ↑ "Notebook with adult coloring pages". 2018-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.
- ↑ "Sarah Renae Clark's coloring pages". 2016-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-13.