Bosniya krallığı
Monarxiya | |||||
Bosniya krallığı | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Yaytse | ||||
Rəsmi dilləri | |||||
Valyuta | Dinar | ||||
İdarəetmə forması | mütləq monarxiya | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bosniya və Herseqovina tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Slavyanlardan öncəki dövr | |
İllirik • Dalmatsiya | |
Orta əsrlər | |
Bosniya banatı • Bosniya krallığı | |
Osmanlı İmperiyası | |
Bosniya əyaləti • Bosniya vilayəti | |
Avstriya-Macarıstan | |
Bosniya və Herseqovina kondominiumu | |
Yuqoslaviya | |
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası | |
Müstəqil Xorvatiya Dövləti | |
Bosniya və Herseqovina Sosialist Respublikası | |
Müstəqillik dövrü | |
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası | |
Bosniya və Herseqovina | |
Bosniya krallığı (bosn. Bosansko kraljevstvo, serb. Краљевина Босна, xorv. Kraljevina Bosna) — Balkan yarımadasının ərazisində, XIV əsrin ikinci yarısından XV əsrin ikinci yarısına qədər mövcud olmuş tarixi dövlət. I Tvrtkonun hakimiyyət illərində (1377–1391) krallıq Balkan yarımadasının ən güçlü dövlətlərindən biri olmuşdur. Mövcudluğunu Osmanlı imperiyası (1463) tərəfindən varlığına son qoyulmuşdur.
1495–1499-ci illər ərzində Bosniya kralı titulunu Yanoş Korvin daşımışdır. O, Macarıstan kralı I Matyaşın oğlu idi.
Tarixi
[redaktə | mənbəni redaktə et]XIV əsr
[redaktə | mənbəni redaktə et]1353-ci ildə Bosniya banatının Banı 15 I Tvrtko olmuşdur. 1363-ci ildə o, Macarıstan kralı I Böyük Layoşa qarşı müharibəyə başlayır. Nəticədə Bosniya böyük hüquqlar əldə etmişdir. 1366-cı ilfə üsyan nəticəsində I Tvrtko hakimiyyətdən uzaqlaşdırılır. Lakin növbəti il hakimiyyətə qayıdır. 1370-ci ildə I Tvrtko Bosniyanın keçmiş ərazilərini bərpa edir. Üstəlik Adriatik dənizinin İlliri sahillərinə və Qərbi Serbiyays hücumlar təşkil edir.
26 oktyabr 1377-ci ildə I Tvrtko Mileşev monastrında kral titulunu qəbul edir. 1390-cı ildə o, Xorvatiyaya sahiblənir. Bundan sonra Xorvatiya və Dalmasiya kralı elan edilir. Dubrovnis Respublikası ilə imzaladığı müqavilə ilə onun müdafiəsini üzərinə alır. Bununla belə 1388-ci ildə Osmanlı qüvvələri Herseqovinanı talan etmişdilər. Bosniya qüvvələri 28 iyun 1389-cu ildə Kosovo uğrunda döyüşdə Vlatko Bukoviçin başçılığı ilə vuruşmuşdur.
14 mart 1391-ci ildə kral I Tvrtko vəfat edir. Onun hakimiyyəti illərində Bosniya tarixində ilk və sonuncu dəfə Balkanların ən güçlü dövlətinə çevrilir. Yeni kral I Tvrtkonun qardaşı Stefan Dabişa olur. Onun hakimiyyəti illərində dövlət zəyifləməyə başlayır. Onun tabeliyində olan məmurlar öz vilayətlərində knyazlar kimi yaşayırdılar. Özləri arasında Macarıstan taztı arasında Siqizmund və Vladislav arasında getdiyi dönəmdə Dabişa rəqiblər arasında manevr etməyə səy göstərirdi. Ancaq Siqizmund Bosniyaya soxulmuş və Dalmasiyanın bir çox limanlarını ələ keçirərək Macarıstan krallığına dövr etmişdir. Özünü isə varis elan etmişdir.
XV əsr
[redaktə | mənbəni redaktə et]1395-ci ildə Dabişa vəfat edir və hakimiyyət keçmiş kralın həyat yoldaşı olan Yelena Qrubeyə keçir. O, hakimiyyətdə üç il qalır. Sonradan hakimiyyət Stepan Ostoyaya keçir. 1403-cü ildə Dubrovnis Respublikasına qarşı müharibə başlanır. Səbəb isə respublikanın kralın düşmənlərini müdafiə etməsi ilə əlaqədar idi. Ostoya müharibənin bitməsindən sonta Siqizmundla sülh müqaviləsi imzalayır. 1404-cü ildə Xrvoye Vukçiç və digər şəxslərin səyi ilə Ostoya hakimiyyətdən uzaqlaşdırılır. Onu II Tvrtko əvəz edir. Ostoya Macarıstana qaçır. Burada Siqizmunddan kömək istəyir. O, isə öz növbəsində Ostoyaya ordu verir. O isə Bobovası ələ keçirir. Ölkənin geri qalan hissəsini isə II Tvrtko idarə edirdi. Ancaq ölkəni faktiki Xrvoye Vukçiç idarə edirdi. Bir müddət sonra Siqizmund Vladislavln ordusunu darmadağın etdikdən sonra 60 minlik ordu ilə 1408-ci ildə Bosniyaya soxulur. Hakimiyyətə Ostoya gətirilir. Ancaq o, siqizmundun vassalına çevrilir. Ostoya 1418-ci ildə vıfat edir. Onu oğlu Stepan Ostoiç əvəz edir.
1419-cu ildə Bosniya ilə Venesiya Respublikası arasında ittifaq imzalanır. Bir il sonra II Tvrtko Osmanlı imperiyasının köməyi hakimiyyəti qaytarır. Tvrtko xalq arasında xilaskar adlandırılırdı. O, qonşularına qarşı sülh çərcivəsinə hərəkət edir. 1443-cü ildə o, vəfat edir. Onu Stepan Tomaş əvəz edir. Tomaş Ostoyun oğlu idi. 19 may 1445-ci ildə papa IV Yevgeni Bosniya kralı kimi tanıyır. 26 may 1446-ci ildə Stefan Katarina ilə evlənir. Bununla
Bosniyanın fəthi
[redaktə | mənbəni redaktə et]1461-ci ildə Stepan vəfat edir. Hakimiyyət Stepan Tomaşeviçin əlinə keçir. İki əvvəl o Serbiya despotu idi. Ancaq türklər Serbiyanı ələ keçirdikdən sonra bu titul əlindən alınmışdır. 1461-ci ildə yeni kral Romaya yollanır. Burada II Piylə görüşür. Macarıstan kralı bundan narazı qalır. Ancaq növbəti il papanın səyi ilə iki dövlət arasında sülh imzalanır. Bosniya Macarıstanın vassalına çevrilir. 1463-cü ildə ildə Stepan Osmanlı imperiyasına bac verməkdən imtina edir. II Mehmet Bosniyanın fəthinə başlayır. Stepan əsir düşür və Yayseyə gəlirilərək edam edilir. Bosniyanın fəthindən sonra Osmanlı-Venesiya müharibəsi baş tutur. Macarıstan kralı I Matyaş Bosniyanı ələ keçirərək krallığı bərpa edir. Ancaq sultan növbəti il bosniyanın böyük qismini ələ keçirə bilir. 1495-ci ildə Macarıstan ilə Osmanlı arasında sülh anlaşması imzalanır. Bununla da Bosniya iki hissəyə bölünür. Sultanın adamı olan İsa bəy İsakoviç hersok Stepanın sahib olduğu ərazinin böyük hissəsini işğal etmişdir. 1466-ci ildə Stepan vəfat edir. Hersok titulu Vladislava keçir. 1480-ci ildə Osmanlı imperiyasına qarşı çıxdığına görə 1483-cü ildə əsir tutulur və 7 ildən sonra vəfat edir.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Fine, John Van Antwerp. The Late Medieval Balkans: A Critical Survey from the Late Twelfth Century to the Ottoman Conquest. Michigan: University of Michigan Press. 1994. ISBN 0-472-08260-4.
- Singleton, Frederick Bernard. A Short History of the Yugoslav Peoples. Cambridge University Press. 1985. ISBN 0-521-27485-0.
- Velkonija, Mitja. Religious Separation and Political Intolerance in Bosnia-Herzegovina. Texas A&M University Press. 2003. ISBN 1-58544-226-7. 2014-09-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.