Birinci simfoniya (Motsart)
Simfoniya No. 1 | |
---|---|
| |
Bəstəkar | Volfqanq Amadey Motsart |
Tonallıq | Mi-bemol major |
Forma | simfoniya |
Opus | 16, 16 |
Yazılma tarixi | 1764 |
Hissələr |
Molto allegro Andante Presto |
Simfoniya No. 1 E Majorda — Volfqanq Amadey Motsartın 1764-cü ilin yazında, hələ 8 yaşı olarkən yazdığı simfoniya.
Tarixi
[redaktə | mənbəni redaktə et]Simfoniya Londonda, Motsart ailəsinin İngiltərəyə səfəri zamanı yazılmışdır. Volfqanqın atası Leopold Motsartın xəstəliyi ilə bağlı ailə 1764-cü ilin yayında İngiltərəyə köçməyə məcbur olmuşdur. Əsər ilk dəfə 1765-ci ildə fevralın 21-də ifa edilmişdir, 13 may 1765-ci ildə Motsartın London vida konsertində bir daha nümayiş etdirilmişdir. Hazırda bu simfoniyanın yazıldığı Vestminster şəhərciyində, Ebury küçəsində yerləşən 180 nömrəli evdə xatirə lövhəsi vurulmuşdur.
Quruluşu
[redaktə | mənbəni redaktə et]Simfoniya 11 dəqiqə davam edir və 3 hissədən ibarətdir. Motsartın birinci simfoniyasında iki tanınmış bəstəkarın: İohann Xristian Baxın və Karl Fridrix Abelin və Motsartın atasının təsiri aydın şəkildə özü göstərir.
- Allegro Molto (5 dəqiqə)
- Andante (4 dəqiqə)
- Final. Presto (2 dəqiqə)
İngiltərə musiqişünası və ədəbiyyatşünası Cuthbert Girdlestone "Motsartın piano konsertləri" kitabında bu simfoniya aşılışı ilə iyirmi il sonra bəstələnmiş Motsartın 22 K482 nömrəli fortepiano konserti arasındakı oxşarlığı qeyd etmişdi.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Girdlestone, C. M. (1948, p346) Mozart’s Piano Concertos. London, Cassell.
Notlar və ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Notlar на IMSLP
- Dearling, Robert: The Music of Wolfgang Amadeus Mozart: The Symphonies Associated University Presses Ltd, London 1982 ISBN 0-8386-2335-2
- Kenyon, Nicholas: The Pegasus Pocket Guide to Mozart Pegasus Books, New York 2006 ISBN 1-933648-23-6