Bilgəh çimərliyi
Naviqasiyaya keç
Axtarışa keç
Bilgəh çimərliyi | |
---|---|
Yerləşməsi | |
40°35′13″ şm. e. 50°04′02″ ş. u.HGYO | |
Akvatoriya | Xəzər dənizi |
Ölkə | Azərbaycan |
Yaşayış məntəqəsi | Bilgəh |
|
Bilgəh çimərliyi – Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində ictimai çimərlik. 2018-ci ildə ən yaxşı MDB kurortları siyahısında ilk beşlikdə göstərilmişdir.[1]
Təmizliyi və səliqəsinə görə, Bilgəh çimərliyi digər çimərliklərdən fərqlənir. Sahil zolağının təmizliyi, istirahət mərkəzlərində xidmət Bilgəh çimərliklərində daha üstündür. Qiymətlərdə isə digər çimərliklərdən fərqlənmir. Burada da çətir və stol götürmək yerindən asılı olaraq, 10–20 manat arasında dəyişir.[2]
Bilgəh çimərliklərinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları təhkim edilib.[2]
2015-ci ildə Avropa Oyunlarının triatlon yarışları və zamana qarşı fərdi velosiped ötüşmələri bu çimərlikdə keçirilmişdir.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Bilgəh çimərliyi MDB-nin ən yaxşı kurortlarının beşliyində". Yeni Avaz (az.). 8 iyun 2018. 2019-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2019.
- ↑ 1 2 ""Dincəlmək istəyirəm", yaxud Bakı çimərliklərində vəziyyət necədir?". Sputnik (az.). 22 iyun 2019. 2019-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2019.
- ↑ "Bilgəh çimərliyi triatlon və velosiped yarışlarının keçirilməsinə hazırlaşır – FOTO". Report (az.). 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 iyul 2019.
Coğrafiya ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |