Bi-Zet
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bi-Zet — iysiz, dadsız, ağ kristallik maddə. Psixokimyəvi zəhərli maddə.
Toksiki xassələri
[redaktə | vikimətni redaktə et]Bi-zet insan orqanizminə nəfəsalma, həzm sistemi və ya dəri vasitəsi ilə düşə bilər. Ölümcül zəhərlənmə halları BZ üçün xarakterik deyil. Ancaq yaşlı insanlarda, uşaqlarda və tənəffüs yolları xəstəlikləri olan insanlarda ölüm halları ola bilər.
Zəhərlənmələr zamanı göz bəbəklərinin böyüməsi, ürək döyünməsinin sürətlənməsi, baş gicəllənməsi, əzələ zəifliyi əlamətləri meydana gəlir. 30-60 dəq. sonra diqqət və yaddaşın zəifləməsi baş verir, ətraf qıcıqlandırıcılara qarşı reaksiya azalır. Zəhərlənmiş şəxs səmtləşməni itirir, psixoloji oyanma əlamətləri əmələ gəlir, neqativizm inkişaf edir və zəhərlənmiş şəxs ona təklif edilənlərin əksini edir. Zəhərlənmənin ayrı-ayrı əlamətləri 5 sutkayadək saxlanılır.
İlk yardım
[redaktə | vikimətni redaktə et]Zəhərlənənlərə tibbi yardım ancaq tibb müəssisələrində göstərilə bilər, çünki müalicə üçün zəhərlənmənin dəqiq diaqnozu qoyulmalıdır ki, zəruri olan dərman preparatlarından istifadə edilsin.