Beşinci nəsil qırıcı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Beşinci nəsil qırıcı
Tipi Qırıcı, Reaktiv təyyarə
F-22. Beşinci nəslə aid edilən ilk qırıcı
PAK FA. Rusiyanın üzərində işlədiyi beşinci nəsil qırıcı

Beşinci nəsil qırıcı — 2016-cı il üçün ən qabaqcıl qırıcıların aid edildiyi qırıcı təsnifatıdır. Bu nəsilə aid edilən qırıcıların dördüncü nəsil qırıcılardan bir sıra üstün cəhəti var. Bir qırıcının beşinci nəsilə aid edilməsi üçün onun malik olmalı olduğu göstəricilərin siyahısı hələ ki, tam və dəqiq müəyyən olunmayıb. Bu səbəbdən hal-hazırda mövcud olan qırıcıların beşinci nəsilə aid edilib edilməməsi ilə bağlı mübahisələr yaranır. Beşinci nəsil qırıcıların üzərində düşünməyə hələ 1970-ci illərdə, hələ Su-27, MiQ-29, F-14, F-15 kimi dördüncü nəsil qırıcıların yenicə yaradıldığı dövrlərdə, ABŞSSRİ-də başlanılmışdı.

Hal-hazırda silahlanmaya alınan beşinci nəsil qırıcılar bunlardır: F-22 (2005-ci ildə) və F-35B (2015).[1][2][3][4] F-35-in A və C növlərinin, həmçinin PAK FA, HAL AMCA, Sukhoi/HAL FGFA, TAI-TFX, Chengdu J-20 və J-31 qırıcılarının üzərində işlər getməkdədir.

Beşinci nəsil qırıcıya olan tələbatlar

[redaktə | mənbəni redaktə et]

Beşinci nəsil qırıcıların əsas göstəriciləri:

  • Radiolokasiyanınİnfraqırmızı şüalanma dalğalarının köməyi ilə təyyarəni müəyyən etmək mühüm dərəcədə çətinləşir. Təyyarənin sensorları yüksək gizlilik və passiv iş rejiminə keçir.
  • Çoxfunksiyalılıq. Havada, quruda, suda olan hədəfləri yüksək effektivliklə vurmaq qabiliyyəti.
  • Dairəvi informasiya sistemi. Qırıcının dörd tərəfində baş verənlər haqqında pilotun məlumatlandırılması.
  • Yüksək manevrə qabiliyyəti.
  • Yaxın döyüşdə hədəflərə istənilən rakursdan atəş açmaq qabiliyyəti. Uzaq məsafədə gedən döyüşdə isə hədəflərə bir neçə kanaldan raket zərbələri endirmək qabiliyyəti.
  • Təyyarənin informasiya və maneə sistemlərinin avtomatlaşdırılması
  • Yüksək döyüş muxtariyyəti. Təkyerli qırıcının kabinasında bir neçə sensordan alınmış informasiyanı eyni zamanda göstərə bilən taktiki vəziyyətin göstəricisinin quraşdırılması.
  • Aerodinamika və bort sistemləri təyyarənin trayektoriyasını və uçuş bucağını hər hansı bir gecikmə olmadan dəyişməsini təmin edir. Bununla belə ciddi koordinasiya və idarə orqanlarının hərəkətlərinin uyğunlaşdırılması tələb olunmur.
  • Təyyarə pilotun bəzi səhvlərini "bağışlamalıdır".
  • Pilot taktiki məsələlərin həll edilməsində avtomatikləşdirilmiş idarə orqanlarından yararlana bilmək qabiliyyətinə malik olmalıdır.

Amerika və rus baxışlarının fərqi

[redaktə | mənbəni redaktə et]

Beşinci nəsil rus təyyarələrinə olan əsas tələblərdən biri yüksək manevr qabiliyyətinə malik olmasıdır. Yəni təyyarənin iti bucaq istiqamətində hücuma keçərkən sabitliyini və idarə oluna bilmə qabiliyyətini qoruyub saxlamaq, döyüş manevrinin təhlükəsizliyini təmin etmək, hal-hazırkı trayektoriyanın istiqamətində olmayan hədəflərə silahları yönəltmək məqsədilə axına münasibətdə istiqamətini dəyişmək qabiliyyətinə malik olmasıdır. Yüksək manevr qabiliyyəti əvvəlcə beşinci nəsil amerika qırıcılarına olan tələbatlar arasında da mövcud idi. Lakin bir sıra araşdırmalardan sonra onlar fikirlərini döyüş sisteminin ümumi dinamikasında cəmləşdirdilər[5]. Yüksək manevr qabiliyyəti tələbinin tam vacib hesab olunmaması onunla izah olunurdu ki, yeni aviasiya silahlarının yaranması ilə düşmənin təyyarəsini vurmaq üçün onun arxasına keçmək artıq zəruri deyildi. Yüksəkmanevrli ümumrakurslu raketlər, pilotun dəbilqəsinin üstündə hədəfi göstərən sistemlər və yeni avtomatik tuşlanan başlıqlar bu silahların sırasındadır. Hesab edilirdi ki, artıq döyüşlər orta məsafələrdə gedəcək, yaxın məsafələrdə isə, yəni manevr mərhələsində, döyüşlər nadir hallarda, pilotun "nəyisə düzgün etmədiyində" baş verəcək. "Düşməni birinci görən zərbə endirir" prinsipi həm də ona görə əsaslı hesab olunurdu ki, beşinci nəsil qırıcılar radiolokasiya sistemləri tərəfindən az-sezilən (görünməz) olmalı idilər. Digər tərəfdən əgər digər ölkələrin beşinci nəsil qırıcılarının az-sezilmə qabiliyyəti və radiolokasiya stansiyalarının gücü amerika təyyarələrinin gücü ilə bərabər olsa, onda qalibi müəyyən etmək üçün əsas meyar yüksək manevr qabiliyyəti olacaq.

Müxtəlif ölkələrin qırıcıları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalələr: F-22F-35

B-2F-117 kimi əvvəlki nəsilə aid edilən stelz texnologiyalı təyyarələr bombardmançı idilər. Bu cür təyyarələrin aktiv fazalı radarı[en], düşmənin təyyarəsini vurmaq üçün hava-hava tipli silahları yox idi, həmçinin uçuş göstəriciləri aşağı idi[6]. 1970-ci illərin əvvəllərində amerikalılar öz layihələrində stelz texnologiyasını, yüksək sürəti və yüksək manevr qabiliyyətini hava-hava tipli döyüş təyyarələrinin əsas göstəriciləri kimi hesab edirdilər. Bu da 1981-ci ilin may ayında Qabaqcıl Taktiki Qırıcı proqramının[en] başlanmasına apardı. Proqramın nəticəsində F-22 qırıcısı yaradıldı.[7]

ABŞ dəniz piyadası korpusu F-22 təyyarəsinin yaradılmasında əldə olunan ABŞ Hərbi Hava Qüvvələrinin təcrübəsindən yararlanaraq F-35 qırıcısının taktiki göstəricilərini müəyyən edir.

Amerikanın Lockheed Martin şirkətinin dediyinə görə onların istehsal etdiyi F-22 hal-hazırda istifadədə olan yeganə beşinci nəsil qırıcıdır.[1][8] Lockheed Martin şirkəti istehsal etdiyi F-22 və F-35 qırıcılarını beşinci nəsilə aid edərək onların üstün cəhədlərini belə təsvir edir: "qabaqcıl stelz texnologiyası", "son dərəcə yüksək uçuş göstəriciləri", "informasiya inteqrasiyası". Şirkət artıq qırıcılarını təsvir edərkən F-35 qırıcısının malik olmadığı "superkruiz qabiliyyəti", yəni forsajdan[en] istifadə etməyərək səsdən sürətli uçmaq qabiliyyəti, ifadəsindən istifadə etmir.[9] Lockheed Martin şirkəti "beşinci nəsil qırıcı" ifadəsini özünün əmtəə nişanı kimi qeydə alınmasına çalışmışdır[10]. Hal-hazırda "5TH GENERATION FIGHTERS" (5-Cİ NƏSİL QIRICILAR) ifadəsi üzərində olan əmtəə nişanına malikdir.[11]

PAK FA və J-20 qırıcı layihələrinin sürətli inkişafı F-35 üçün qələcəkdə güclü rəqabətə səbəb olacağı proqnoz edilir.

border=none Əsas məqalə: Suxoy Su-57
Seriyalı istehsala buraxılmayan Suxoy Su-47.

1980-ci illərin sonlarında SSRİ-də dördüncü nəsilə aid edilən MiQ-29Su-27 qırıcılarını əvəz etmək məqsədilə yeni nəsil qırıcılara ehtiyac olduğu hesab olunurdu. Bu ehtiyacı ödəmək üçün növbəti qırıcı layihələri təqdim edildi: Suxoy Su-47Miq 1.44. MiQ 29 qırıcısı isə hal-hazırda MiG-35 layihəsi çərçivəsində təkmilləşdirilir. Lakin təklif olunan layihələrin heç biri yeni nəsil qırıcının yaradılması ilə nəticələnmədi. 2002-ci ildə "Suxoy Təcrübə Konstruktor Bürosu" (rus. "ОКБ Сухого") yeni nəsil qırıcının yaradılması məqsədilə işlərə başladı.

SSRİ-dən sorakı dövrün ilk qırıcısı kimi PAK FA özündə həm Su-47, həm də MiQ 1.44 qırıcılarının texnologiyalarını cəmləyir. Gələcəkdə həm Su-27, həm də MiQ-29 qırıcılarını əvəz etməsi gözlənilir. Bu qırıcı Rusiya ilə Hindistanın birgə layihəsi olan Sukhoi/HAL FGFA qırıcısının əsasında durur.[12][13] PAK FA F-22 və F-35 qırıcıları ilə rəqabət aparmaq üçün yaradılıb. İlk uçuşunu 2010-cu il 29 yanvar tarixində yerinə yetirən PAK FA[14][15] Rusiya Hərbi Hava Qüvvələrinin tərkibinə 2017-ci ildə daxil olması planlaşdırılır.[16]

Rusiya həmçinin yüngül, stelz texnologiyalı, çoxfunksiyonal olan MiQ 1.27 beşinci nəsil qırıcısı üzərində işləyir. Bu qırıcı imtina edilmiş MiQ 1.44 qırıcısının əsasında düzəlir.[17]

1990-cı illərin sonlarında Qərbin kəşfiyyat mənbələri Çin Xalq Respublikasının beşinci nəsil qırıcı layihələri haqqında xəbər tutdular. Bu layihələr J-XX və ya XXJ kod adı altında cəmləşmişdi. ÇXR Hərbi Hava Qüvvələrinin vəzifəli şəxsləri layihələrin mövcudluğunu təsdiq etdi. Onların fikrincə qırıcıların istismara başlanması 2017–2019-cu ildə gözlənilirdi.[18][19] Buna baxmayaraq, ABŞ müdafiə naziri Robert Qeytsin fikrincə, 2020-ci ilə kimi ABŞ Çindən 20 dəfəyə qədər daha çox qabaqcıl qırıcıya malik ola bilər.[20] 2010-cu ilin sonuna Chengdu J-20 qırıcısının 2 prototipi hazır idi və sınaqlar keçirilirdi.[21] J-20 ilk uçuşunu 11 yanvar 2011-ci ildə həyata keçirdi.[22]

  1. 1 2 "5th Generation Fighters". Lockheed Martin. 6 August 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 April 2009.
  2. Cohen, Ariel. "Russia trails U.S. in pursuit of a fifth-generation jet". United Press International. 14 January 2009. 30 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
  3. Laird, Robbin F. "A 21st-century Concept of Air and Military Operations" (PDF). Defense Horizons (66). March 2009. 20 September 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 April 2016.
  4. Mehta, Aaron. "Marines Declare F-35B Operational". Defense News. 31 July 2015. 7 August 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 March 2016.
  5. "Что стоит во главе угла отношения к сверхманевренности самолета // АвиаПорт. Дайджест". 2009-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-30.
  6. Sweetman, Bill. Ultimate Fighter: Lockheed Martin F-35 Joint Strike Fighter. Zenith. 2004. səh. 133. ISBN 978-0-7603-1792-1.
  7. Hehs, Eric. "F-22 Raptor Design Evolution, Part I". Code One. Lockheed Martin. 15 May 1998. 15 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 April 2016.
  8. Yoon, Joe (27 June 2004). "Fighter Generations" Arxivləşdirilib 2008-10-10 at the Wayback MachineAerospaceweb.org. Retrieved 3 January 2009.
  9. "Contact: JSF FAQ" Arxivləşdirilib 2010-08-01 at the Wayback MachineJSF.mil. The Pentagon. No, neither the F135 or F136 engines were designed to supercruise.
  10. "Trademark serial number 78885922: Fifth-generation fighters" Arxivləşdirilib 2013-04-04 at the Wayback Machine. United States Patent and Trademark Office.
  11. "Trademark serial number 78896843: Fifth-generation fighters wordmark" Arxivləşdirilib 2013-04-04 at the Wayback Machine. United States Patent and Trademark Office.
  12. Unnithan, Sandeep (29 sentyabr 2008). "India, Russia to have different versions of same fighter plane" Arxivləşdirilib 2016-05-01 at the Wayback MachineIndia Today.
  13. Cohen, Ariel (16 yanvar 2009). "Russia bets on new Sukhoi fighter to match F-35" Arxivləşdirilib 2010-02-05 at the Wayback Machine. United Press International.
  14. "Российский истребитель пятого поколения поднялся в воздух" Arxivləşdirilib 2012-03-02 at the Wayback MachineLenta.ru. 29 yanvar 2010.
  15. "Russia to test fifth-generation fighter in 2009" Arxivləşdirilib 2016-01-26 at the Wayback MachineSputnik (RIA Novosti). 6 dekabr 2007.
  16. Gady, Franz-Stefan (17 iyun 2015). "Russia to Receive New Fifth-Generation Fighter by 2017" Arxivləşdirilib 2015-06-21 at the Wayback MachineThe Diplomat.
  17. "Liogkiy Mnogofunktsionalniy Frontovoi Samolyet (LMFS)" [Light Multi-Function Frontal Aircraft]. Arxivləşdirilib 2010-02-18 at the Wayback Machine GlobalSecurity.org.
  18. "中国空军副司令首曝:国产第四代战机即将首飞". Phoenix Television News . 9 noyabr 2009.
  19. 面对面 何为荣:剑啸长空]. CCTV.com. 8 noyabr 2011.
  20. Gates, Robert M. (8 may 2010). "Remarks as Delivered by Secretary of Defense Robert M. Gates, Abilene, KS". Defense.gov. U. S. Department of Defense. Archived from the original on 27 may 2010.
  21. Sweetman, Bill (27 December 2010). "China's Stealth Striker". Aviation Week. Archived from the original on 7 October 2012.
  22. "China conducts first test-flight of stealth plane" Arxivləşdirilib 2018-08-12 at the Wayback Machine. BBC News. 11 January 2011.