Bantenq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bantenq
Elmi təsnifat
Beynəlxalq elmi adı

Bantenq (lat. Bos javanicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü.

Sayına və yayılması sahəsinə görə böyükalınlı hind buğaları içərisində mühüm yer tutur. Bantenqin bir neçə irqi vardır. Başlıca irqləri bunlardır: 1) Yava irqi (Bos Sondaicus tupicus). Bu irq hündür boyu (cidov hündürlüyü 176 sm), uzun buynuzları (xaricdə əyriliyi 52,1-76,2 sm-ə çatır), buynuzlarının dibindən çox yoğun olması (25,7-43 sm), rənginin yaşlı buğalarda qara, cavan erkəklərində şabalıdı-sarımtıl, inəklərdə isə açıq qonur olması ilə fərqlənir. Bantenqin bu irqi Yava, Borneo və Sumatra adalarında yayılmışdır. 2) Birma irqi (Bos sondaicus Burmanicus Lyd). Boyca Yava irqindən xırdadır (cidov hündürlüyü 155-163 sm). Ağız ətrafı bozumtul, dodaqları ağımtıl rəngli tüklərlə örtülüdür. Bədəninin tükləri şabalıdı rənglidir, lakin bəzi yerlərində açıq, bəzi yerlərində isə bədənə nisbətən tünddür. Gövədəsinin aşağı açıq-qonur rəngli, budu isə ağdır. Bu irq Birmada, Peruda və Arakanda da yayılmışdır; 3) Makipur irqi (bos Sondaicus var.Lyd) daha xırdadır, cidov hündürlüyü 152 sm-ə çatır, sağrısında ağ ləkələr olmur. Bu irq Makipurda yayılmışdır.

Son zamanlar bantenqin bir sıra başqa növlərinin təsviri verilmişdir. Bantenq əhliləşdirilmişdir. Yava adasında əhliləşmiş bantenqlərin, yəni bali malının böyük naxırları vardır. Bunlardan hərtərəfli-minik, ətlik və südlük mal kimi istifadə edilir. Əhli bali malının əsas etibari ilə Bali adasında, ona yaxın adalarda, həmçinin Malayya yarımadasının cənub sahilində yetişdirirlər.

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0