Bəyaz qala (roman)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bəyaz qala
türk. Beyaz Kale
Müəllif Orxan Pamuk
Orijinalın dili türk dili
Ölkə
Orijinalın nəşr ili 1985

Bəyaz qala (roman) — Nobel mükafatlı türk yazıçısı Orxan Pamuk tərəfindən 1985-ci ildə nəşr olunmuş tarixi roman. Əsər Orxan Pamukun üçüncü romanıdır.[1]


Əsərin kompozisiyası

[redaktə | vikimətni redaktə et]

Əsər venesiyalı köləylə Osmanlı alimi arasındakı münasibətdən bəhs edir. Bu roman yazıçının beynəlxalq miqyasda tanınmasında mühüm rol oynamışdır. Ağlı və fərasəti sayəsində özünü ölümdən xilas edən venesiyalı əsir öncə həkimliyi sayəsində tanınır,daha sonra isə bacarığı sayəsində Türk alimi Xoca ilə birlikdə gecə-gündüz kəşflər etməyə başlayır. Sultanın diqqətini çəkir və onlara silah hazırlamağı tapşırır. Xoca kölənin məsləhətinə qulaq asmayaraq silah hazırlayır, Sultana təqdim edəndə uğursuzluqla nəticələnir. Belə ki, ilk sınaq zamanı yüzlərlə insanın ölümünə səbəbiyyət verir. Sonda Xoca başqa ölkəyə qaçaraq canını edamdan qurtara bilir.[2] Orxan Pamuk bu əsəri ilə iki dünyanı təmsil edən Şərq-Qərb sivilizasiyalarının qovuşmasını önə çəkmişdir.[3]



  1. "Bəyaz Qala". 20 Ocak 2024. 2024-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-23.
  2. Jay Parini. "Pirates, Pashas and the Imperial Astrologer". New York Times. May 19, 1991. 21 August 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2018.
  3. Hande Gurses. "Fictional Displacements: An Analysis of Three Texts by Orhan Pamuk (Ph D thesis)" (PDF). UCL Discovery. 3 November 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 August 2018.