Bəxtiyar Aslanbəyli
Bəxtiyar Aslanbəyli | |
---|---|
Doğum tarixi | 7 avqust 1976 (48 yaş) |
Doğum yeri | |
Elm sahəsi | beynəlxalq münasibətlər |
Mükafatları |
Bəxtiyar Əli oğlu Aslanbəyli (7 avqust 1976, Bakı) — BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti, Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü, Hüquq elmləri üzrə fəlsəfə doktoru, Beynəxalq münasibətlər və enerji məsələləri üzrə mütəxəssis.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]Bəxtiyar Əli oğlu Aslanbəyli 7 avqust 1976-cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Bakı şəhəri 176 saylı orta məktəbi bitirib. 1997 və 1999-cu illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəkxalq hüquq fakültəsinin bakalavr və magistr pilləsini bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə PricewaterhouseCoopers şirkətində başlayıb. 2002-ci ildən bp şirkətində çalışır. 2015-ci ildən bp-nin regional vitse prezidentidir. Pedaqoji fəaliyyətə 1997-ci ildən başlayıb. Hal hazırda Bakı Dövlət Universteti, ADA universiteti və Bakı Ali Neft Məktəbində mühazirələrə davam edir. Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvüdür. Ehtiyatda olan zabitdir.[2]
Təhsili
[redaktə | vikimətni redaktə et]- 1993–1997 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə bakalavr dərəcəsi (fərqlənmə ilə)
- 1997–1999 – Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi, Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi (fərqlənmə ilə)
- 2001–2003 – Azərbaycan Dövlət İqtisad Universitetinin Yenidənhazırlama və ixtisasartırma fakültəsi, iqtisadçı ixtisası
- 2000–2004 — Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Hüquq İnstitutunun dissertanturası
Ailəsi
[redaktə | vikimətni redaktə et]Ailəlidir, üç övladı var.
Əmək fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 1998–2002 – PricewaterhouseCoopers Azərbaycan, Vergi məsləhətçisi
- 2002–2009 – BP Azərbaycan, vergi müşaviri
- 2009–2012 – BP Azərbaycan, Vergi hesabatları və nəzarət bölümünün rəhbəri
- 2012–2015 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Vergi və gömrük direktoru
- 2015–2020 – BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə Kommunikasiya və Xarici əlaqələr, Strategiya və Region üzrə vitse-prezidenti
- 2020–2021 – BP-nin Yaxın Şərq və Xəzər ölkələrində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti
- 2021 – BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və Kommunikasiya üzrə vitse-prezidenti
İctimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu
- 2021 - Azərbaycan Basketbol Feserasiyasının Rəyasət Heyətinin üzvü
- 2019 — Bakı Dövlət Universitetinin Himayəçilər Şurasının üzvü
- 2017–2019 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Direktorlar Şurasının üzvü
- 2015–2017 — Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) Vergi və gömrük komitəsinin sədri
Elmi və pedaqoji fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 1997–1999 — Təfəkkür Universitetinin Hüquq elmləri kafedrasının müəllimi
- 1999–2006 — BDU-nun Beynəlxalq münasibətlər kafedrasının müəllimi
- 2006 — BDU-nun Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi (hal-hazırda əvəzçilik üzrə) proqramında (Black Sea Security Program) qonaq mühazirəçi
- 2015 (yanvar) — ADA Universitetinin İctimai və beynəlxalq əlaqələlr fakültəssinin müəllimi (hal-hazırda xidmət müqaviləsi üzrə)
- 2015 (noyabr) — Bakı Ali Neft Məktəbinin Ingilis dili və Humanitar fənnlər mərkəzinin baş müəllimi (əvəzçilik üzrə)
- 2020 — İqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid Təhsil standartlarının hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın üzvü.
- 2022 - Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının üzvu.
Akademik maraq dairəsi beynəlxalq vergi hüququ, enerji geosiyasəti, neft-qaz sektorunun siyasi iqtisadı, milli və beynəlxalq təhlükəsizlik sahələrini əhatə edir.[3]
Nəşrləri
[redaktə | vikimətni redaktə et]- Səfir hüququnun kodifikasiyası – Bakı, "Gənclik" nəşriyyatı, 1997
- NATO SPS Series "Energy Security in the Wider Black Sea Area — National and Allied Approaches, Brussels, IOS Press, 2013, ISSN 1874–6276 (Məqalə: "Critical infrastructure aspects of energy security: Azerbaijan and Regional context")
- Security in the Black Sea Region: Shared challenges, sustainable future, Bucharest, 2015, ISBN 978-606-532-146-5 (Məqalə: "New format of cooperation with NATO for the protection of critical energy infrastructure in Azerbaijan")
Seçilmiş əsərləri
[redaktə | vikimətni redaktə et]- 2008, Evolution of Parlamentaranism in Azerbaijan (Azərbaycanda parlamentarizmin təkamülü)
- 2008, "Enerji diplomatiyası" fənninin proqramı
- 2008, "Beynəlxalq münasibətlərdə parlamentin rolu" ixtisas kursunun proqramı
- 2007, Azərbaycan Respublikasının imzaladığı Hasilıatın Pay Bölgüsü tipli Sazişlərdə beynəlxalq vergitutma məsələləri
- 2006, "MDB ölkələrinin xarici siyasəti" fənninin proqramı (həmmüəllif)
- 2006, The International Agreements signed with Foreign Investors in Azerbaijan Oil and Gas Industry: Production Sharing and International Taxation Matters (Azərbaycanın neft və qaz sənayesində xarici sərmayəçilərlə imzalanmış beynəlxalq müqavilələr: hasilatın pay bölgüsü və beynəlxalq vergitutma məsələləri)
- 2006, Management of Oil and Gas revenues in Azerbaijan (Azərbaycan Respublikasının neft-qaz gəlirlərinin idarə olunması)
- 2005, Разработка энергоресурсов Каспия: воздействие на региональную экологическую безопасность (həmmüəllif) (Xəzərin enerji resurslarının hasilatı: regional ekoloji təhlükəsizliyə təsiri))
- 2005, Beynəlxalq vergi müqavilələrinin təkamülü
- 2004, Diplomatik hüququn Vyana Konvensiyasına (1961) qədərki inkişafı
- 2003, Beynəlxalq vergi münasibətlərinin məcəllələşdirilməsi
- 2003, İkiqat vergitutmanın aradan qaldırılması haqqında OECD və BMT model konvensiyalarının müqayisəli təhlili
- 2003, Avropa Şurası Parlament Assambleyasının əsas fəaliyyət mexanizmləri[4]
Təltif və mükafatları
[redaktə | vikimətni redaktə et]- 2017 – "Tərəqqi" medalı (Azərbaycan Respublikası Prezidentinin 3241 nömrəli sərəncamı, 19 sentyabr 2017)
- 2021 – "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı (Təhsil nazirinin K-440 nömrəli əmri, 8 may 2021)
- 2019 – "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" yubiley medalı (Təhsil nazirinin K-1827 nömrəli əmri, 6 dekabr 2019)
- 2016 – "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" Dövlət Gömrük Komitəsinin döş nişanı (DGK sədrinin 100/93 nömrəli əmri, 26 yanvar 2017)
- 2014 – ARDNŞ-in fəxri fərmanı (ARDNŞ prezidentinin 14–1000/21–33-000096 nömrəli əmri, 14 sentyabr 2012)
- 2023 – "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli BANM-in baş müəllimi oldu" (az.). bhos.edu.az. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2021.
- ↑ ""Biznes karyeramın başlanğıcı tamamilə təsadüf nəticəsində oldu" - Bəxtiyar Aslanbəyli" (az.). banco.az. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2021.
- ↑ "Bp şirkətinin qlobal strukturunda etdiyi dəyişikliklərin bir hissəsi olaraq bir sıra yüksək vəzifəli Azərbaycanlı kadrlar şirkətdə yeni daha böyük vəzifələrə təyin olunublar" (az.). bp.com. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2021.
- ↑ "Mingəçevir Dövlət Universitetinin "Peşəkarla görüş" layihəsinin ilk qonağı Bəxtiyar Aslanbəyli olub" (az.). mdu.edu.az. 2021-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 avqust 2021.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Bəxtiyar Aslanbəyli
- Rəhbərlik
- TEDx çıxışı “Sabaha baxış” Video — YouTube platformasında
- TEDx çıxışı “Müasir əmək bazarının tələbləri” — YouTube platformasında
- “Milli təhlükəsizliyin müasir anlayışı” — YouTube platformasında
- “Liderlik və istedadın inkişaf etdirilməsi” — YouTube platformasında
- 7 avqustda doğulanlar
- 1976-cı ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- "Tərəqqi" medalı ilə təltif edilənlər
- "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920–2020)" yubiley medalı ilə təltif edilənlər
- "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012–2022)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə alimlər
- Youtube şablonunda olmayan parametrlər istifadə olunan məqalələr
- Azərbaycan iqtisadçıları
- Azərbaycanlı iqtisadçılar
- Beynəlxalq münasibətlər
- Azərbaycanlı alimlər
- Azərbaycan alimləri