Bürokratiya
Bürokratiya (fr. bureau, idarə və yun. kratos – hakimiyyət) — bürokratiya, hakim təbəqə. Fransızcada büro kəlməsi ilə latıncadakı kratos – hakimiyyət, cəmiyyətin təşkilinin elə bir formasıdır ki, onun üçün hakimiyyət orqanlarının kütlələrdən ayrılması, təşkilatın özünün fəaliyyətinin qayda və vəzifələrinin onun rəhbər vəsiləsinin mövqelərinin saxlanılması və möhkəmləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Bürokratiya terminini ilk dəfə 1745-ci ildə fransız iqtisadçısı V. de Qurne (1712–59) işlətmişdir. Bürokratiya ilk əvvəl dövlət idarəetmə sistemində meydana gəlmişdir. 20-ci əsrdə bürokratik aparat sənaye müəssisələrində, siyasi partiyalarda, həmkarlar ittifaqlarında, təhsil idarələrində yayılaraq, hər bir iri təşkilatın ayrılmaz elementinə çevrildi. Kütləvi şüurda və siyasi publisistikada Bürokratiyaya, bir qayda olaraq, yalnız formalizm, səriştəsizlik korrupsiya kimi neqativ cəhətlər aid edilir. Sosiologiya və politologiyada bürokratik idarəetmənin həm pozitiv, həm də neqativ tərəfləri nəzərdən keçirilir. Bürokratiya fenomeninin nəzəri təhlilinə 19-cu əsrin ortalarından başlanılmışdır. Fransada dövlət idarəetmə sistemininin təkamülünü təsvir edən A. de Tokvil “köhnə qayda” dövrü ilə 1789-cu il inqilabından sonrakı dövrün inzibati idarələri arasındakı varisliliyi göstərmişdir. Tokvil cəmiyyətin hakim təbəqəsi olan dövlət məmurlarını feodal aristokratiyasını əvəz edən yekcins qrup kimi səciyyələn dirmişdir.
Nəzəriyyələr
[redaktə | mənbəni redaktə et]K. Marks Bürokratiyanı kapitalist cəmiyyətində hakim sinfin – burjuaziyanın aləti kimi nəzərdən keçirmiş, lakin müəyyən şəraitdə dövlət aparatının sinfi maraqlardan asılı olmayaraq hərəkət etməsini mümkün saymışdır (məs., Bonapart dikt turası dövründə). M.Veber Bürokratiyanın klassik nəzəriyyəsini işləmiş və bürokratik təşkilatın patrimonial və rasional tiplərini fərqləndirmişdir. Qədim Şərq dövlətlərində və Avropanın mütləq monarxiyalarında pat rimonial Bürokratiya mövcud idi. Bu tip Bürokratiyanı məmurların kifayət qədər ixtisaslaş maması, onların səlahiyyətlərinin dəqiq bölün məməsi, tutduqları dövlət vəzifələri nimənimsəməyə meyilli olmaları fərqləndirirdi. Belə idarəetmə tipinin müəyyənedici əlaməti hakimiyyət münasibətlərinin şəxsiyyətdən asılı olması, hakimin əmrləri nin istənilən formal qaydalardan üstün tutulmasıdır. 19 əsrin 2-ci yarısında Qərbi Avropa dövlətlərində yeni tipli inzibati struktur – rasional Bürokratiya təşəkkül tapmağa başladı. Bu tip struktur üçün formal-hüquqi başlanğıcın üstünlüyü sə ciyyəvidir. Veberə görə, rasional Bürokratiya inkişaf etmiş sənaye cəmiyyətində ən effektiv idarəetmə formasıdır. İnzibati məsələlərin həllində bürokratik aparatdan istifadə ən yüksək dəqiqliyə, ardıcıllığa, intizama nail olmağa imkan verir. Bürokratiyanın Veber analizi təşkilatların sosiologiyası çərçivəsində tamamlanmış, bürokratik idarəetmənin ən yüksək effektivliyi tezisinə yenidən baxılmışdır. Məs., R.K. Merton hesab edirdi ki, hər hansı bürokratik aparatın işi onun idarəetmə fəaliyyətinin effektivliyinin aşağı düşməsinə gətirib çıxaran əlavə fəsadlarla müşayiət olunur. M. Krozyeyə görə, bürokratik iyerarxiyanın müxtəlif səviyyələrində idarəedici personal öz qrup maraqlarından çıxış edərək informasiyanı təhrif edir. Bu səbəbdən təşkilat rəhbərliyinin inzibati personal üzərində nəzarəti labüd olaraq məhdudlaşır. Bürokratik idarəetmənin effektivliyi təşkilati qaydalarda nəzərdə tutulmayan vəziyyət yarandıqda da aşağı düşür. Siyasət sosiologiyasında partiyalarda və digər siyasi birliklərdə idarəetmə aparatının formalaşmasının tədqiq olunması cəhdləri göstərilmişdir.
19-cu əsrin axırları – 20-ci əsrin əvvəllərində siyasi partiyaların bürokratlaşması prosesini M.Y. Os - troqorski və R. Mixels təhlil etmişlər. Ostroqorskiyə görə, partiyada bürokratik aparatın meydana gəlməsi ilə təşkilati struktur üzərin də nəzarət funksionerlərin əlinə keçir, partiyanın sıravi üzvləri isə idarəetmədə iştirakdan kənarlaşdırılırlar. Mixelsə görə, partiyaların bürokratlaşması nəticəsində hakimiyyət proqram məqsədlərinin həyata keçirilməsinə deyil, öz rəhbər mövqeyini və bununla bağlı üstünlükləri saxlamağa canatan partiya məmurlarının əlində cəmləşir. S. Lipset təşkilat daxilində hakimiyyətin bölüşdürülməsinin bütün cəmiyyət çərçivəsində status fərqlərinin bölüşdürülməsi ilə əlaqəsini Amerika həmkarlar ittifaqlarının timsalında göstərmişdir. Lipsetə görə, oliqarxiya meyilləri funksionerlər ilə sıravi üzvlərin sosial statusları arasında olduğu həmkarlar ittifaqlarında daha bariz şəkildə üzə çıxır. P. Burdye bürokratik aparat ilə ona başçılıq edən siyasi lider arasında qarşılıqlı münasibətləri nəzərdən keçirərək, aparatın maraqlarının təşkilat üzvlərinin əksəriyyətinin maraqlarından üstün olmasına gətirib çıxaran sosial şəraiti müəyyənləşdirmişdir.
Müasir düşüncələr
[redaktə | mənbəni redaktə et]20-ci əsrin sonu – 21-ci əsrin əvvəllərində sosiologiya və politologiyada göstərilir ki, ictimai nəzarət olmadıqda bürokratik aparat müstəqil siyasi qüvvəyə çevrilə bilir. Bu tendensiyanın qarşısını almaq üçün təmsilçi demokratiya institutları əsas mexanizm hesab edilir.[2]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Adilə Nəzərova, “Fəlsəfə terminlərinin izahlı lüğəti”
- ↑ Bürokratiya// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 154.