Böyük Çin
Sadələşdirilmiş çincə: | 大中华 | ||||||||||||||||||
Ənənəvi çincə: | 大中華 | ||||||||||||||||||
|
Böyük Çin — han çinliləri ilə ticarət və mədəni əlaqələri paylaşan qeyri-rəsmi bir coğrafi ərazi.[1][2][3] "Böyük Çin" anlayışı əsasən Şərqi Asiyadakı materik Çini, Honkonq, Makao və Tayvanı əhatə edən bir bölgəni nəzərdə tutur.[4][5][6] Bəzi analitiklər Sinqapurda olduğu kimi dünyada yaşayan digər çinli icmaları da əhatə edirlər. Bu termin bəzən "regional çinli icmalar arasında əlaqələri" əhatə etmək məqsədilə ümumiləşdirilmişdir.[7][8]
İstifadəsi
[redaktə | mənbəni redaktə et]Çoxmillətli korporasiyalar öz regional qərargahlarını adlandırmaq üçün bu ifadədən tez-tez istifadə edirlər. Məsələn, "Procter & Gamble" şirkəti fəaliyyəti eyni zamanda Honkonq və Tayvanı da əhatə edən Quançjou şəhərindəki regional qərargahını adlandırmaq üçün bu ifadədən istifadə edir.[9] "Apple" şirkəti Şanxay şəhərindəki regional qərargahı üçün bu addan istifadə edir.[10][11] Kolumbiya Universiteti kimi tədqiqat qurumları və universitetlərdə bölgə üzrə aparılan araşdırmalarda bu termindən istifadə edir.[12]
Bu termin tez-tez Tayvanın siyasi statusu ilə bağlı həssaslıqların qarşısını almaq üçün istifadə olunur.[13]
Tarixi
[redaktə | mənbəni redaktə et]Bu termin uzun müddətdir istifadədir, lakin tarixən fərqli mənalarda istifadə olunmuşdur.
1930-cu illərdə amerikan coğrafiyaşünas Corc Kressi materik Çini əvəzinə, bütün Çin imperiyasına xitab etmək üçün bu ifadədən istifadə etmişdir. "Böyük Çin"in 1940-cı illərdə ABŞ-nin dövlət tərəfindən tərtib edilən xəritələrində siyasi bir termin olaraq istifadəsi Çin Respublikasının iddia etdiyi əvvəlki Tzin imperiyasının ərazilərini əhatə etmişdir.[14]
Anlayış 1970-ci illərin axırlarında ÇXR ilə Honkonq arasında artan ticarət əlaqələrinə xitab etmək məqsədilə yenidən Çindilli mənbələrdə istifadə edilməyə başlamışdır. İngiliscə termin sonradan 1980-ci illərdə bölgələr arasında artan iqtisadi əlaqələrə və siyasi birləşmə ehtimalına xitab etmək üçün yenidən populyarlaşmışdır.[14] Bu, Avropa İttifaqı, ASEAN və ya Afrika İttifaqı kimi institusional bir təşkilat deyil. Anlayış iqtisadi cəhətdən sıx əlaqəli olduğu görünən bir neçə bazarı qruplaşdırmaq üçün bir ümumiləşdirmədir və suverenliyi nəzərdə tutmur.[13] Həmçinin, ifadə həmişə Tayvanı əhatə etmir, məsələn, "Cisco Systems" bazara xitab etmək üçün "Böyük Çin və Tayvan" ifadəsindən istifadə edir.[15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Pact row could harm Greater China economic integration: ANZ". Focus Taiwan. 2 aprel 2014. 2017-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "MTV Channels In Southeast Asia and Greater China To Exclusively Air The Youth Inaugural Ball". MTV Asia. 22 may 2009 tarixində arxivləşdirilib.
- ↑ "Universal Music Group realigns presence in Greater China". Television Asia. 1 iyun 2008. 14 dekabr 2017 tarixində arxivləşdirilib.
- ↑ William, Yat Wai Lo. "The concept of greater China in higher education: adoptions, dynamics and implications". Comparative Education. 52. 2016: 26–43. doi:10.1080/03050068.2015.1125613.
This term can be narrowly defined as referring to a geographic concept that consists of the People's Republic of China, the Republic of China, the Hong Kong Special Administrative Region and the Macau Special Administrative Region, where ethnic Chinese comprise the majority of the population. In this sense, the term is used to describe the ethnic and the associated political, economic and cultural ties among these Chinese societies (Harding 1993; Cheung 2013).
- ↑ "Apple overtakes Lenovo in China sales". Financial Times. 18 avqust 2011. 27 November 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "《路透晚报》4月29日日间新闻摘要(大中华区)". 路透中文网 reuters. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ William, Yat Wai Lo. "The concept of greater China in higher education: adoptions, dynamics and implications". Comparative Education. 52. 2016: 26–43. doi:10.1080/03050068.2015.1125613.
However, some analysts see the Greater China concept as a way to summarise ‘the linkages among the fair-flung international Chinese community’, thereby incorporating Singapore and overseas Chinese communities in their usage of the term (Harding 1993, 660; also see Wang 1993).
- ↑ Harding, Harry. "The Concept of "Greater China": Themes, Variations and Reservations*". The China Quarterly (ingilis). 136. dekabr 1993: 660–686. doi:10.1017/S030574100003229X. ISSN 1468-2648. 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
- ↑ "P&G in Greater China". www.pgcareers.com (ingilis). 2020-10-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Isabel Ge Mahe named Apple's managing director of Greater China". Apple Newsroom. 2021-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ Mickle, Andrew Dowell and Tripp. "Apple Closes All Its Stores Outside China Over Coronavirus". Wall Street Journal. 14 mart 2020. 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ "Greater China - Weatherhead East Asian Institute". weai.columbia.edu. 2020-08-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.
- ↑ 1 2 Aretz, Tilman. The greater China factbook. Taipei: Taiwan Elite Press. 2007. ISBN 978-986-7762-97-9. OCLC 264977502. 2009-01-31 tarixində arxivləşdirilib.
- ↑ 1 2 Harding, Harry. "The Concept of 'Greater China': Themes, Variations and Reservations". The China Quarterly. 136 (136, Special Issue: Greater China). dekabr 1993: 660–686. doi:10.1017/S030574100003229X.
- ↑ "The Rundown: Pegatron's Tesla Ambitions, Tech Sector Bonuses, and Cisco's New Software Center". topics.amcham.com.tw. Taiwan Topics. 2021-02-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyun 2021.