Azad Abışev
Azad Abışev | |
---|---|
Doğum tarixi | 15 may 1935 (89 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | |
Elmi adı |
|
Təhsili |
|
Mükafatları |
|
Abışov Azad Ziyad oğlu (15 may 1935, Puşkin) — Azərbaycan əsilli Rusiya kimyaçısı, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor.[1]
Həyatı
[redaktə | mənbəni redaktə et]Abışev Azad Ziyad oğlu 1935-ci il mayın 15-də Azərbaycan Respublikasının Puşkin (indiki Biləsuvar) rayonunun Qriboyedovka qəsəbəsində anadan olub.[2]
Atası — Ziyad Musa-Rza oğlu (1910—1981-ci illər) və anası Qəmər Heydər qızı (1914—2003-cü illər) əslən İran sərhədi ilə yaxın olan Qara-Kazımlı dağ rayonundandırlar. 1937—1939 illərdə bu rayonun sakinləri Orta Asiyaya deportasiya olunmuş, atası və anası isə Qriboedovka rus kəndinə köçmüşlər.
Təhsili
[redaktə | mənbəni redaktə et]1946—1956 illərdə Puşkin rayonun Nizami adına orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakultəsinə qəbul olmuş və oranı fərqlənmə ilə bitirmişdir.
1963-cü ildə Leninqrad şəhərində SSRİ EA-nın V.L. Komarov adına Botanika İnstitutu bitkilərin kimyası laboratoriyasının aspiranturaya qəbul olunmuşdur. Eyni zamanda 1963—1965-cü illərdə A.A. Jdanov adına Leninqrad Dövlət Universitenin kimya fakultəsində oxumuşdur. 1967 -ci ildə A.Z. Abışev LDU-nın kimya fakültəsinin elmi şurasında elmi dərəcə almaq üçün dissertasiya müdafiə etmişdir, 1978-ci və 1984 -cü illərdə bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə kimya elmləri doktoru elmi dərəcə almaq üçün disertasiya müdafiə etmişdir.
1979-cu ildə ona baş elmi işçi, 1991 -ci ildə isə professor adı verilmişdir.
1992-ci ildə о Avropa Kimyaterapeya Cəmiyyatinin üzvü, 1994 -cü ildə isə Nyu-York Elmlər Akademiyasının bitki dərmanların kimyası və texnologiyası və qeterodövrlü birləşmələrin biokimyası sahəsində həqiqi üzvü seçilmişdir.
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Azad Abışovun elmi-tədqiqat işi yeni ürək – damar, immunmodulyatorların və virus əleyhinə təsir göstərən dərman preparatlarının yaradılmasına yönəlmişdir. Ilk dəfə olaraq onun tərəfindən sintetik antigenlər sahəsində (immunomodulyatorların və onların konyuqə olunmuş (birləşmiş) antigenlərinin) və kalsium ionlarının antoqonistlərinin Rusiyada və xaricdə patentləşdirilmiş elmi istiqaməti işlənib hazırlanmışdır.
Təbii heterotsiklik birləşmələrin və onların sintetik analoqlarının A. Z. Abışovun rəhbərliyi altında aparılan kimyəvi və farmakoloji tədqiqatları prosesində ilk dəfə olaraq yeni nəsil kalsium ionlarının antoqonistlərinin xassələrinə malik olan və nəinki ürək əzələlərində və damar əzələlərində olan L-tipli potensial asılı kalsium kanallarının keçiriciliyinə, həm də mərkəzi sinir sistemi və qanqliyalarda geniş yayılmış N və T tipli kalsium kanallarının keçiriciliyinə fəal təsir edən birləşmələr (obtusifol, dekursinol, diumankal və ya onların analoqu) aşkar edilmişdir.
A. Abışovun elmi-tədqiqat işlərinin nəticələri onun çoxsaylı elmi işlərində işıqlandırılmışdır. O, 260-dan çox elmi məqalələrin və tezislərinin, o cümlədən tələbələrinin iştirakı ilə yazılmış 7 monoqrafiyanın, SSRİ-nın 17 müəllif şəhadətnaməsinin, 10 Rusiya patentinin, 3 İtaliya patentinin müəllifidir.
A. Z. Abışovun elmi-pedaqoji işləri tələbələrə dərs keçirilməsi formalarının və üsullarının və tibb ali məktəblərində bioüzvi kimyanın öyrədilməsi üsullarının təkmilləşdirilməsinə istiqamətlənmişdir. 1987-2000-ci illlər dövrü ərzində o İ. İ. Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasının bioüzvü kimya kursu ilə birlikdə biokimya fakültəsinin professoru vəzifəsini tutmuşdur. Onun tərəfindən bioloji fəal heterotsiklik birləşmələr üzrə xüsusi mühazirələr hazırlanmış və bunları o uzun illər rus və ingilis dilində tələbələrə, aspirantlara və ordinatorlara oxumuşdur.
Mühazirələrin əsas məzmunu "Антагонисты кальция" (Баку, изд-во "АМУ", 2002) adlı tədris-metodiki vəsaitni tibb və əczaçılıq ali məktəblərin tələbələri və müəllimləri üçün ümumiləşdirmişdir.
Ailə həyatı
[redaktə | mənbəni redaktə et]Azad Abışev həyat yoldaşı Sevda ı Abışeva ilə üc uşaq böyütmüşlər. Oğlu Rəşad Abışev (1978-ci il) — RTEA-nın Eksperimental Tibb İnstitutun kardiologiya üzrə aspirantıdır, qızı Sevinc Abışeva (1980-cı il) — həkim-fizioterapeft, kiçik qızı Sevil isə (1986-ci il) — İ.İ.Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasının tibbi-profilaktika fakultəsinin tələbəsidir.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- "Sovet xalqının 1941—1945 illərdə Böyük Vətən müharibəsində qələbəsinin əlli illiyi" medalı (1995-ci il) .
- "Sankt-Peterburqun 300 illiyi medalı (2003-cü il)
- RMHIF-nın "Rusiya həmkarlar ittifaqlarının 100 illiyi" medalı (2005-ci il)
Rusiya Federasiyası Prezidentin fərmanı ilə A.Z. Abışeva " Rusiya Federasiyasının əməkdar elm xadimi" fəxri adi verilmişdir (2007-ci il)
Əsas işləri
[redaktə | mənbəni redaktə et]- Абышев А.З. Диуманкал высокоэффективный антагонист ионов кальция для лечения ишемической болезни сердца. СПб.: Barcodes Prodaction Ltd, 1997.
- Абышев А.З., Семенов Е.В., Мельников К.Н. и др. Анкардин (диуманкал) — антагонист ионов кальция нового поколения. СПб.: Правда, 2002.
- Абышев А.З., Агаев Э.М., Семенов Е.В. Антогонисты ионов кальция нового поколения. Баку: АМУ, 2003.
- Абышев А.З., Агаев Э.М., Керимов Ю.Б. Химия и фармакология природных кумаринов. Баку: Caspian Supplies, 2003.
- Abyshev A.Z., Agayev E.M., Abdulla-zade A.A. et al. The development of new cardiovascular, immunomodulating and antiviral drugs. Baku: Uni-print, 2004.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Biləsuvar rayonunun tanınmış şəxsləri". 2012-10-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-11.
- ↑ Bağıyeva, Mətanət. Xaricdə yaşayan azərbaycanlılar. Qısa bioqrafik məlumat kitabçası (PDF) (az.). Bakı: "Papirus NP". 2016. ISBN 978-9952-8299-1-4. 2017-10-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-21.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Pages using the JsonConfig extension
- 15 mayda doğulanlar
- 1935-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Biləsuvarda (Azərbaycan) doğulanlar
- Kimya elmləri doktorları
- Professorlar
- Azərbaycan Tibb Universitetinin məzunları
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı ilə təltif edilənlər
- "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı ilə təltif edilənlər
- Rusiya Federasiyasının əməkdar elm xadimləri
- Əlifba sırasına görə alimlər
- Rusiya kimyaçıları