Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün klikləyin.

Azərbaycan 2008 Yay Paralimpiya Oyunlarında

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan
Yay Paralimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Paralimpiya Komitəsi
İdmançı sayı18 idmançı (4 idman növündə)
Bayraqdarİlham Zəkiyev (açılış mərasimi)
Medallar
Yer: 38




2 3 5 10
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022

Azərbaycan — 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında. Azərbaycan Milli Paralimpiya Komandası 6-18 sentyabr tarixlərində baş tutan XIII Yay Paralimpiya Oyunlarında 18 idmançı ilə 4 idman növündə təmsil olundu.

Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçular İlham Zəkiyev (qızıl), Tofiq Məmmədov (gümüş), Kərim Sərdarov (gümüş) və Ramin İbrahimov (bürünc), yüngül atletlər Oloxan Musayev (qızıl), Zeynəddin Bilalov (gümüş), Vladimir Zayets (bürünc), Oleq Panyutin (bürünc), Rza Osmanov (bürünc) və Vüqar Mehdiyev (bürünc) medala sahib oldu.

XIII Yay Paralimpiya Oyunlarında 2 qızıl, 3 gümüş və 5 bürünc medala sahib olan Azərbaycan Milli Paralimpiya Komandası medalların əyarına görə 37-ci pillədə, medalların sayına görə isə 31-ci pillədə qərarlaşdı.

Medalçıların siyahısı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Paralimpiya Komandası XIII Yay Paralimpiya Oyunlarını 10 medalla (2 qızıl, 3 gümüş və 5 bürünc) başa vurdu. Komandanın heyətində cüdoçu İlham Zəkiyev və yüngül atlet Oloxan Musayev Paralimpiadanın qalib oldu.

Cüdo üzrə Azərbaycan yığması 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahibi oldu. Yüngül atletlərdən ibarət yığma isə 1 qızıl, 1 gümüş və 4 bürünc medalla turniri başa vurdu.

Qızıl medala sahib olan cüdoçu İlham Zəkiyev, 2 dəfə Paralimpiadanın qalibi olan birinci Azərbaycan idmançısı oldu.

Komandanın yolasalma mərasimi

[redaktə | mənbəni redaktə et]

2008-ci il iyulun 30-da Çində baş tutacaq XXIX Yay Olimpiya OyunlarıXIII Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan yığmasının rəsmi yolasalma mərasimi baş tutdu. Mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər qatıldı.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 avqust 2008-ci il tarixli Sərəncamına əsasən Çində baş tutacaq XIII Yay Paralimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatı müəyyən edildi. Sərəncama əsasən, Paralimpiada da qızıl medal qazanan idmançıya 200 000 ₼ (onun məşqçisinə 100 000 ₼), gümüş medal qazanan idmançıya 100 000 ₼ (onun məşqçisinə 50 000 ₼), bürünc medal qazanan idmançıya 50 000 ₼ (onun məşqçisinə isə 25 000 ₼) məbləğində pul mükafatı müəyyən edildi.

Komandanın heyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan XIII Yay Paralimpiya Oyunlarında 4 idman növü üzrə 18 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Paralimpiya Oyunlarında ən çox idmançı ilə təmsil olunduğu turnir oldu. Bundan əvvəl Azərbaycan 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan Paralimpiya Oyunlarında 9 idmançı ilə təmsil olundu. Komandanın heyətində 18 idmançıdan biri — Yelena Taranova qadın idi. Bundan əvvəl 2000 və 2004-cü illərdə baş tutan turnirdə Azərbaycanı təmsil edən yeganə qadın idmançı da məhz atıcı Yelena Taranova idi.

Azərbaycan yığmasının heyətində ən çox yüngül atletlər və cüdoçular yer aldı — 7 nəfər.

Komandanın heyətində 18 idmançıdan 13 nəfəri Paralimpiya Oyunlarının debütantı idi. Paralimpiada təcrübəsi olan 5 idmançıdan 2 nəfəri isə bundan əvvəl turnirdə qızıl medallara da sahib olmuşdu — Paralimpiadanın qalibləri Oleq Panyutin (yüngül atlet) və İlham Zəkiyev (cüdoçu).

Komandanın heyətində milliləşdirilən idmançılar yox idi. Komandanın ən gənc üzvü 18 yaşlı yüngül atlet Elçin Muradov, ən yaşlı üzvü isə 47 yaşlı atıcı Yelena Taranova oldu.

Azərbaycan bayrağını XIII Yay Paralimpiya Oyunlarının açılış mərasimində 2004-cü ildə Paralimpiadanın qalibi olan cüdoçu İlham Zəkiyev apardı.

  • Q — növbəti mərhələyə adladı

XIII Yay Paralimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 7-12 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə bir idmançı təmsil elədi: Yelena Taranova.

Sentyabrın 8-də Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı.[1] 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirinin təsnifat mərhələsində Yelena Taranova 364 xal topladı və mərhələni 17 idmançı sırasında 8-ci pillədə başa vurdu.[1] Bu nəticəyə əsasən Taranova final mərhələsinə vəsiqə qazandı.[1] Final mərhələsində isə Yelena Taranova 460.1 xal topladı və Paralimpiadanı altıncı pillədə başa vurdu.[1][2]

Digər turnirlərdə də Yelena Taranova medala sahib ola bilmmədi.[3][4] Yelena Taranova 25 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində 526 xal topladı və mərhələni 25-ci pillədə, 50 metr məsafəyə tapançadan atəşaçma turnirinin təsnifat mərhələsində isə 516 topladı və mərhələni 16-cı pillədə başa vurdu.[3][4] Bu nəticələrə əsasən Yelena Taranova XIII Yay Paralimpiya Oyunlarını medalsız başa vurdu.[3][4][5][6]

İdmançı
Yarış
Təsnifat mərhələsi
Final
Yer
Nəticə
Yer
Qadınlar
Yelena Taranova 10 m., hava tapançası SH1
364
8 Q
460.1
6
25 m., tapançası SH1
526
25
N/A
50 m., tapançası SH1
516
16
N/A
  • Qəl. — qalib gəldi
  • Məğ. — məğlub oldu
Tofiq Məmmədov (ağ geyimdə) Paralimpiadada mübarizə aparan zaman

XIII Yay Paralimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlər 7-9 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə yeddi idmançı təmsil elədi: 2004-cü il Afina Paralimpiadasının qalibi İlham Zəkiyev, Dünya Çempionatının qalibi Ramin İbrahimov, Avropa Çempionatının qalibi Tofiq Məmmədov, həmçinin Kərim Sərdarov, İlkin Alışov, Ramin ƏliyevNatiq Novruzzadə. Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Əhməddin Rəcəbli, məşqçiləri isə İbrahim İbrahimovTərlan Rəcəbov idi.

Sentyabrın 7-də XIII Yay Paralimpiya Oyunlarında Ramin İbrahimov (-60 Kq.) və İlkin Alışov (-66 Kq.) mübarizə apardı.[7] 2007-ci ildə Dünya Çempionatının qalibi olan Ramin İbrahimov, Paralimpiadanın 1/8 final mərhələsində Ukrayna cüdoçusu İqor Zasyadhoviç ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və turnirin 1/4 final mərhələsinə vəsiqə qazandı.[7] Bu mərhələdə Ramin İbrahimov Rusiya nümayəndəsi Səid Şahmanov ilə üz-üzə gəldi. Həmin görüşdə də Ramin İbrahimov rəqibi üzərində ipponla qələbə qazandı.[7] Bununla da Ramin İbrahimov turnirin yarım-final mərhələsinə adladı.[7] Bu mərhələdə onun rəqibi Əlcəzair cüdoçusu Mövlud Noura oldu.[7] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Ramin İbrahimov bu səfər rəqibinə özü ipponla məğlub oldu və mübarizəni bürünc medal uğrunda görüşdə davam elədi.[7] Həmin görüşdə Ramin İbrahimov Birləşmiş Krallıq nümayəndəsi Ben Quilter ilə üz-üzə gəldi.[7] Həmin görüşdə Ramin İbrahimov rəqibinə ipponla qalib gəldi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[7][8]

İlkin Alışov isə 1/8 final mərhələsində Braziliya nümayəndəsi Eduardo Amaral ilə üz-üzə gəldi.[9] Həmin görüşdə İlkin Alışov şido cərimə ballarının hesabına rəqibi üzərində qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı.[9] Bu mərhələdə İlkin Alışov Əlcəzair cüdoçusu Sidali Lamri ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[9] Sidali Lamri final görüşünə vəsiqə qazandığına görə İlkin Alışov təsəlliverici qrupda mübarizə apardı.[9] Təsəlliverici qrupun birinci görüşündə İlkin Alışov Ukrayna nümayəndəsi Sergey Karpeniuk ilə üz-üzə gəldi.[9] Bu görüşdə də İlkin Alışov rəqibinə məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[9]

Cüdo üzrə Azərbaycan yığmasının baş məşqçisi Əhməddin RəcəbliParalimpiadanın qalibi olmaqla bu turnirdə 2 dəfə qızıl medala sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşən cüdoçu İlham Zəkiyev

Sentyabrın 8-də XIII Yay Paralimpiya Oyunlarında Ramin Əliyev (-73 Kq.) və Natiq Novruzzadə (-81 Kq.) mübarizə apardı.[10] Ramin Əliyev 1/8 final mərhələsində Yaponiya cüdoçusu Tahayuhi Kimura ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Ramin Əliyev rəqibi üzərində ipponla qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı.[10] Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Xu Jilin oldu. Həmin görüşdə Ramin Əliyev rəqibinə məğlub oldu.[10] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Ramin Əliyev təsəlliverici qrupda mübarizə apardı.[10] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Almaniya cüdoçusu Mattias Krieqer oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə rəqibinə məğlub olan Ramin Əliyev, XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[10][11]

Natiq Novruzzadə isə 1/8 final mərhələsində İspaniya nümayəndəsi Salvador Qonzalez ilə üz-üzə gəldi.[10] Həmin görüşdə Natiq Novruzzadə rəqibi üzərində ipponla qələbə qazandı və 1/4 final mərhələsinə vəsiqə qazandı.[10] Bu mərhələdə isə Natiq Novruzzadə Argentina cüdoçusu Yorge Lensina ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu.[10] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Natiq Novruzzadə təsəlliverici qrupda mübarizəni davam elədi.[10] Təsəlliverici qrupun birinci görüşündəcə Natiq Novruzzadə Yaponiya nümayəndəsi Kenji Oqaya məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarını yeddinci pillədə başa vurdu.[10][12]

Cüdo turnirlərinin son günündə 2004 Afina Paralimpiadasının qalibi İlham Zəkiyev (+100 Kq.), Avropa Çempionatının qalibi Tofiq Məmmədov (-90 Kq.) və Kərim Sərdarov (-100 Kq.) mübarizə apardı. Tofiq Məmmədov 1/8 final mərhələsində Litva cüdoçusu Yonas Stoshus üzərində qələbə qazandı və 1/4 final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Sebastian Yunh oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tofiq Məmmədov qalib gəldi və turnirin yarım-final mərhələsinə adladı.[13] Bu mərhələdə onun rəqibi Fransa cüdoçusu Olivier Suqnon de Sevrihourt oldu.[13] Həmin görüşdə Tofiq Məmmədov rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı.[13] Qızıl medal uğrunda görüşdə onun rəqibi Rusiya nümayəndəsi Oleq Kretsul oldu.[13] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Tofiq Məmmədov rəqibinə məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[13]

Təsnifat mərhələsindən azad olan Kərim Sərdarov isə 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hirosen üzərində ipponla qələbə qazandı və yarım-final mərhələsinə adladı.[14] Bu mərhələdə onun rəqibi Kuba cüdoçusu Xuan Karlos Kortada oldu.[14] Həmin görüşdə Kərim Sərdarov rəibinə ipponla qalib gəldi və həlledici görüşə vəsiqə qazandı.[14] Final görüşündə Kərim Sərdarov 1996-cı il Atlanta, 2000-ci il Sidney2004-cü il Afina Paralimpiadalarının qalibi olan Braziliya nümayəndəsi Antonio Tenorio Silva ilə üz-üzə gəldi.[14] Təcrübəli və titullu rəqibi ilə görüşdə Kərim Sərdarov ipponla məğlub oldu və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[14]

Azərbaycan yığmasının əsas qızıl medal ümidi hesab olunan 2004-cü il Afina Paralimpiadasının qalibi İlham Zəkiyev isə 1/4 final mərhələsində Fransa nümayəndəsi Julien Taurinesi ipponla məğlub elədi və yarım-final mərhələsinə adladı.[15] Bu mərhələdə onun rəqibi Cənubi Koreya cüdoçusu Parh Junq-Min oldu.[15] Həmin görüşdə də İlham Zəkiyev rəqibi üzərində ipponla qələbə qazandı və final görüşünə vəsiqə qazandı.[15] Həlledici görüşdə isə onun rəqibi Çin nümayəndəsi Vanq Sonq oldu.[15] Həmin görüşdə də İlham Zəkiyev rəqibi üzərində ipponla qələbə qazandı və XIII Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[15][16] Bununla da İlham Zəkiyev 2 dəfə Paralimpiya Oyunlarının qızıl medala sahib olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü.

Cüdoçulardan ibarət Azərbaycan yığması XIII Yay Paralimpiya Oyunlarını 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurdu və qeyri-rəsmi medal sıralanmasında dördüncü pillədə qərarlaşdı.

İdmançı
Yarış
1/8 final
1/4 final
1/2 final
Təsəlliverici qrup
Final / BM
Yer
1-ci görüş
2-ci görüş
Kişilər
Ramin İbrahimov -60 Kq.
Ukrayna Zasyadhoviç
Qəl. 100:000
Rusiya Şahmanov
Qəl. 100:000
Əlcəzair Noura
Məğ. 000:100
N/A
Böyük Britaniya Quilter
Qəl. 100:000
İlkin Alışov -66 Kq.
Braziliya Amaral
Qəl. 000:000
Əlcəzair Lamri
Məğ. 000:001
N/A
Ukrayna Karpeniuh
Məğ. 000:010
N/A
7
Ramin Əliyev -73 Kq.
Yaponiya Kimura
Qəl. 100:000
Çin Jilin
Məğ. 000:100
N/A
Almaniya Krieger
Məğ. 000:110
N/A
7
Natiq Novruzzadə -81 Kq.
İspaniya Qonzalez
Qəl. 100:000
Argentina Lensina
Məğ. 000:100
N/A
Yaponiya Oqa
Məğ. 000:100
N/A
7
Tofiq Məmmədov -90 Kq.
Litva Stoshus
Qəl. 021:000
Almaniya Yunh
Qəl. 000:000
Fransa Sevrihourt
Qəl. 110:000
N/A
Rusiya Kretsul
Məğ. 000:010
Kərim Sərdarov -100 Kq.
N/A
Yaponiya Hirose
Qəl. 100:000
Kuba Kortada
Qəl. 100:000
N/A
Braziliya Silva
Məğ. 000:110
İlham Zəkiyev +100 Kq.
N/A
Fransa Taurines
Qəl. 100:000
Cənubi Koreya Junq-Min
Qəl. 100:000
N/A
Çin Sonq
Qəl. 100:000

XIII Yay Paralimpiya Oyunlarında pauerliftinq idman növü üzrə turnirlər 9-16 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə üç idmançı təmsil elədi: Elşən Hüseynov, Mehman RamazanzovMəhərrəm Əliyev. Pauerliftinq üzrə Azərbaycan yığmanın baş məşqçisi Vaqif Müsəddiq idi.

XIII Yay Paralimpiya Oyunlarında Elşən Hüseynov sentyabrın 15-də mübarizə apardı. Elşən Hüseynov üçüncü cəhdində 190.0 kiloqramlıq ştanqın öhdəsindən gəldi və nəticədə Paralimpiadanı on idmançı sırasında beşinci pillədə başa vurdu.[17]

Sentyabrın 16-da mübarizə aparan Mehman RamazanzovMəhərrəm Əliyev də medala sahib ola bilmədi. Mehman Ramazanzov 190.0 kiloqramlıq nəticə göstərdi və turniri 11 idmançı sırasında 8-ci pillədə başa vurdu.[18] Məhərrəm Əliyev isə 205.0 kiloqramlıq nəticə göstərdi. Bununla da Məhərrəm Əliyev XIII Yay Paralimpiya Oyunlarını on idmançı sırasında yeddinci pillədə başa vurdu.[19]

İdmançı
Yarış
Cəhdlər
Yer
1.
2.
3.
Nəticə
Kişilər
Elşən Hüseynov -90 Kq.
190.0
190.0
190.0
190.0
5
Mehman Ramazanov -100 Kq.
180.0
185.0
190.0
190.0
8
Məhərrəm Əliyev +100 Kq.
190.0
200.0
205.0
205.0
7

Yüngül atletika

[redaktə | mənbəni redaktə et]
  • Q — növbəti mərhələyə adladı
  • DNF — bitimərid
  • DNS — mübarizə aparmadı
Vladimir Zayets T12 növündə üçtəkanla tullanma turnirində 15.00 metr nəticə göstərdi və bununla da XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu (foto 13 sentyabrda baş tutan uzunluğa tullanma turnirinə aiddir)

XIII Yay Paralimpiya Oyunlarında yüngül atletlərin turnirləri 8-17 sentyabrda baş tutdu. Azərbaycanı bu idman növü üzrə yeddi idmançı təmsil elədi: 2004-cü il Afina Paralimpiadasının qalibi Oleq Panyutin, həmin turnirin gümüş medalına sahib olan Zeynəddin Bilalov, Dünya Çempionatının qalibi Oloxan Musayev, həmçinin Elçin Muradov, Vüqar Mehdiyev, Rza OsmanovVladimir Zayets. Yüngül atletlərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi Sergey Təhməzov, məşqçiləri isə Hacıbaba ZeynallıMəhərrəm Soltanzadə idi.

Sentyabrın 8-də Vladimir ZayetsElçin Muradov mübarizə apardı. F12 növündə üçtəkanla tullanma turnirində çıxış edən Vladimir Zayets mübarizə apardı. Vladimir Zayets final mərhələsində 15.00 metr nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[20] T12 növündə 100 metr nmsafəyə qaçış turnirində mübarizə aparan Elçin Muradov isə təsnifat mərhələsində 11.35 saniyə nəticə göstərdi və mərhələni doqquzuncu pillədə başa vurdu.[21] Bununla da Elçin Muradov yarım-final mərhələsinə vəsiqə qazandı.[21] Sentyabrın 9-da baş tutan yarım-final mərhələsində isə Elçin Muradov 11.22 saniyə nəticə göstərdi və 8-ci pillənin sahibi oldu.[21] Bununla da Elçin Muradov, final mərhələsinə adladı.[21] Sentyabrın 10-da baş tutan final qaçışında Elçin Muradov 11.18 saniyə nəticə göstərdi və 8 atlet sırasında turnini 6-cı pillədə başa vurdu.[21]

Zeynəddin Bilalov F11 növündə üçtəkanla tullanma turnirində 12.80 metr nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu

Sentyabrın 11-də T12 növündə 400 metr məsafəyə qaçış turnirində çıxış edən Rza Osmanov mübarizə apardı.[22] Təsnifat mərhələsində Rza Osmanov 50.02 saniyə nəticə göstərdi.[22] Bu nəticəyə əsasən Rza Osmanov birinci pillənin sahibi oldu və yarım-final mərhələsinə adladı.[22] Bir gün sonra baş tutan yarım-final mərhələsində də Rza Osmanov uğurlu mübarizə apardı.[22] 50.86 saniyə nəticə göstərən Rza Osmanov, bu səfər 2-ci pillədə qərarlaşdı və final mərhələsinə adladı.[22] Sentyabrın 13-də baş tutan final mərhələsində isə Rza Osmanov 50.20 saniyə nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[22] Bununla da Rza Osmanov qaçış turnirlərində Paralimpiya Oyunlarının medallarına sahib olan birinci Azərbaycan idmançısı oldu.[22]

Sentyabrın 12-də F11 növündə üçtəkanla tullanma turnirində çıxış edən 2004-cü il Afina Paralimpiadasının gümüş medalına sahib olan Zeynəddin Bilalov mübarizə apardı.[23] 8 atletin mübarizə apardığı final mərhələsində Zeynəddin Bilalov 12.80 metr nəticə göstərdi.[23] Bu nəticəyə əsasən Zeynəddin Bilalov XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu.[23] Dörd il əvvəl də gümüş medala sahib olan Zeynəddin Bilalov, 2 dəfə Paralimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan atleti olaraq tarixə düşdü.[23]

Sentyabrın 13-də isə Oleq Panyutin, Vladimir ZayetsVüqar Mehdiyev mübarizə apardı. T13 növündə 100 metr məsafəyə qaçış turnirində çıxış edən Vüqar Mehdiyev mübarizə apardı.[24] Təsnifat mərhələsində Vüqar Mehdiyev 11.14 saniyə nəticə göstərdi.[24] Bu nəticəyə əsasən Vüqar Mehdiyev mərhələni dördüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[24] Həlledici mərhələdə isə Vüqar Mehdiyev 11.00 saniyə nəticə göstərdi.[24] Bürünc medala sahib olan Kuba atleti Luis Felipe Qutiyerezdən 0.02 saniyə geri qalan Vüqar Mehdiyev, turniri dördüncü pillədə başa vurdu.[24]

Oleq Panyutin F12 növündə uzunluğa tullanma turnirində 7.06 metr nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu

F12 növündə uzunluğa tullanma turnirində isə Azərbaycanı Oleq PanyutinVladimir Zayets təmsil elədi.[25] Panyutin dörd il əvvəl baş tutan Afina Paralimpiadasının qalibi idi. Zayets isə beş gün əvvəl Paralimpiadanın bürünc medalına sahib oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final mərhələsinin nəticələrinə əsasən Vladimir Zayets 6.80 metr nəticə göstərdi və turniri dördüncü pillədə başa vurdu.[25] Oleq Panyutin isə 7.06 metr nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[25]

Sentyabrın 14-də T12 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Elçin Muradov mübarizə apardı.[26] Təsnifat mərhələsində 22.38 saniyə nəticə göstərən Elçin Muradov, mərhələni 24 atlet sırasında 14-cü pillədə başa vurdu.[26] Bu nəticələrə əsasən Elçin Muradov final mərhələsinə vəsiqə qazana bilmədi.[26]

Sentyabrın 15-də F55/F56 növündə nüvə itələmə turnirində çıxış edən Oloxan Musayev mübarizə apardı.[27] 2007-ci il Dünya Çempionatının qalibi olan Oloxan Musayev, turnirin favoritlərindən biri hesab olunurdu. 17 atletin mübarizə apardığı final mərhələsinin nəticələrinə əsasən Oloxan Musayev 13.48 metr nəticə göstərdi.[27] Bu nəticəyə əsasən Oloxan Musayev XIII Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib oldu.[27] Bununla Oloxan Musayev həm də yeni Dünya rekordunu müəyyənləşdirdi.[27]

Sentyabrın 15-də isə T13 növündə 200 metr məsafəyə qaçış turnirində çıxış edən Vüqar Mehdiyev mübarizə apardı.[28] Təsnifat mərhələsində 22.18 saniyə nəticə göstərən Vüqar Mehdiyev, 15 atlet sırasında üçüncü pillədə başa vurdu və final mərhələsinə adladı.[28] Bir gün sonra baş tutan final qaçışında isə Vüqar Mehdiyev 22.00 saniyə nəticə göstərdi və XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[28]

Sentyabrın 15-də son olaraq T11/T12/T13 növlərində 100 metr məsafəyə qaçış estafeti turniri baş tutdu.[29] Zeynəddin Bilalov, Vüqar Mehdiyev, Rza OsmanovElçin Muradovdan ibarət estafet qrupu təsnifat mərhələsində uğursuz çıxış elədi və turniri nəticəsiz başa vurdu.[29]

Yüngül atletlərdən ibarət Azərbaycan yığması XIII Yay Paralimpiya Oyunlarını 1 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurdu və qeyri-rəsmi medal sıralanmasında 33-cü pillədə qərarlaşdı.

Oloxan Musayev F55/F56 növündə nüvə itələmə turnirində 13.48 metr nəticə göstərdi və həm XIII Yay Paralimpiya Oyunlarının qalibi oldu, həm də yeni Dünya rekordunu müəyyənləşdirdi
İdmançı
Yarış
Təsnifat mərhələsi
Yarım-final
Final
Yer
Nəticə
Yer
Nəticə
Yer
Kişilər
Elçin Muradov 100 m., T12
11.35
9 Q
11.22
8 Q
11.18
6
200 m., T12
22.38
14
N/A
Rza Osmanov 400 m., T12
50.02
1 Q
50.86
2 Q
50.20
Vüqar Mehdiyev 100 m., T13
11.14
3 Q
N/A
11.00
4
200 m., T13
22.18
3 Q
N/A
22.00
Zeynəddin Bilalov
Vüqar Mehdiyev
Rza Osmanov
Elçin Muradov
4 x 100 m., T11/T12/T13
DNF
N/A
Oleq Panyutin Uzunluğa tullanma, T12
N/A
7.06
Vladimir Zayets
N/A
6.80
4
Üçtəkanla tullanma, T12
N/A
15.00
Zeynəddin Bilalov Üçtəkanla tullanma, T11
N/A
12.80
Oloxan Musayev Nüvə itələmə, F55/F56
N/A
12.48
  1. 1 2 3 4 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова заняла на Паралимпиаде 6-е место.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2008.
  2. International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Women's Air Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  3. 1 2 3 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова заняла на Паралимпиаде 25-е место.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2008.
  4. 1 2 3 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Стрелок из Азербайджана Елена Таранова вновь не смогла завоевать медаль на Паралимпиаде.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2008.
  5. International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Mixed Sport Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  6. International Paralympic Committee. "Shooting at the Beijing 2008 Paralympic Games // Mixed Free Pistol SH1". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  7. 1 2 3 4 5 6 7 8 9 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: На Паралимпийских Играх в Пекине сборная Азербайджана завоевала первую медаль.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 sentyabr 2008.
  8. International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -60 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  9. 1 2 3 4 5 6 International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -66 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  10. 1 2 3 4 5 6 7 8 9 10 11 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Дзюдоисты из Азербайджана Рамин Алиев и Натик Новруззаде заняли Паралимпийских Играх 7-е места.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 sentyabr 2008.
  11. International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -73 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  12. International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -81 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  13. 1 2 3 4 5 6 7 International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -90 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  14. 1 2 3 4 5 International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's -100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  15. 1 2 3 4 5 Эльмир Алиев (Day.az xəbər portalı). "Паралимпиада Пекин-2008: Дзюдоисты из Азербайджана Ильхам Закиев стал 2-х кратным Паралимпийским чемпионом.  (rus.)". www.news.day.az. 2018-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2008.
  16. International Paralympic Committee. "Judo at the Beijing 2008 Paralympic Games // Men's +100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  17. International Paralympic Committee. "Powerlifting at the Beijing 2008 Paralympic Games // Men's -90 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  18. International Paralympic Committee. "Powerlifting at the Beijing 2008 Paralympic Games // Men's -100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  19. International Paralympic Committee. "Powerlifting at the Beijing 2008 Paralympic Games // Men's +100 Kg". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  20. International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's Triple Jump F12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  21. 1 2 3 4 5 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 100 m T12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  22. 1 2 3 4 5 6 7 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 400 m T12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  23. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's Triple Jump F11". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  24. 1 2 3 4 5 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 100 m T13". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  25. 1 2 3 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's Long Jump F12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  26. 1 2 3 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 200 m T12". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  27. 1 2 3 4 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's Shot Put F55/56". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  28. 1 2 3 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 200 m T13". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.
  29. 1 2 International Paralympic Committee. "Athletics at the Beijing 2008 Paralympic Games // Men's 4x100 m T11-13". www.db.ipc-services.org (ing.)). 01.09.2022. 2022-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.09.2022.