Ayaz Abdullayev
Ayaz Abdullayev | |
---|---|
Ayaz Hidayət oğlu Abdullayev | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | Texnika |
Elmi dərəcələri | Ali, Elmlər doktoru |
Elmi adı | Professor |
Təhsili | Azərbaycan Politexnik İnstitutu (İndiki Texniki Universitet) |
Ayaz Hidayət oğlu Abdullayev — Alim, texnika elmləri doktoru, Professor, Azərbaycan Politexnik İnstitutunda Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiri (1976-cı ildən). 2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
Həyatı və elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1940-ci il iyunun 2-də Gəncə şəhərində anadan olmuşdur. Əslən Qazax rayonundandır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) Maşınqayırma texnologiyasi, metalkason dəzgahlar və alətlər ixtisası üzrə ali təhsil almışdır. 1963-cü ildə institutu bitirərək Bakı Su Kamərləri idarəsində texniki şöbənin rəisi, Ümumittifaq Elmi-Tədqiqat Layihə-Texnologiya Neft Maşınqayırma İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmışdır.
1965-ci ildən etibarən Azərbaycan Politexnik İnstitutunda assistent, baş müəllim, dosent, professor vəzifəsində çalışmışdır.
1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda namizədlik, 1990-ci isə Xarkov Politexnik İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
1976-cı ildən Maşın detalları və yükqaldıran nəqledici maşınlar kafedrasının müdiridir.
Təltif və mükafatları
[redaktə | mənbəni redaktə et]2012-ci ildə Avropa Nəşrmətbu Evinin "Ən yaxşı Vətənpərvər Tədqiqatçı Alim" qızıl medalı ilə təltif olunmuşdur.
İstinadlar
[redaktə | mənbəni redaktə et]Mənbə
[redaktə | mənbəni redaktə et]- Salatın Əhmədli, Rövşən Babanlı. "Qazax mahalının alimləri" (ensiklopedik məlumat). "Günəş" nəşriyyatı. Bakı. 2017. 512 səh.