Avropa cüyürü
Avropa cüyürü | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: İnfradəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Avropa cüyürü |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Avropa cüyürü (lat. Capreolus capreolus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin cüyür cinsinə aid heyvan növü. Cüyürün 5 yarımnövü məlumdur. Azərbaycanda Avropa yarımnövünə aid olan xırda formalı cüyür yayılmışdır. Cüyürə bəzən əylik də deyirlər.
Qısa təsviri
[redaktə | mənbəni redaktə et]Uzunluğu 100–150 sm, hündürlüyü 75–100 sm olur. Qulaqları uzun, quyruğu qısadır. Çox yaraşıqlı görkəmə malik olan cüyürün dırnaqları iti, burun güzgüsü tünddür. Dişi cüyürlər buynuzsuz, erkək cüyürlər də isə 3–5 çıxıntılı buynuzlar olur.
Yayılması
[redaktə | mənbəni redaktə et]Bütün Avropa, Şimali İran, Kiçik Asiyanın şərqindən Volqaya qədər yaşamışdır. Azərbaycanda vaxtilə (XX əsrin 50–60-cı illəri) bütün təbii vilayətlərdə yayılmışdı. Hazırda Kür-Araz vilayətində nəsli kəsilmiş, qalan ərazilərdə isə çox lokal sahələrdə nadir və nəsli kəsilmək təhlükəsində olan növə çevrilmişdir. Böyük Qafqazın cənub-şərq və çox az miqdarda şimal-şərq yamaclarında qalmışdır. Vaxtı ilə geniş ərazidə yayılsa da, hazırda bu ərazilər xeyli daralmışdır. Buna səbəb onların yaşadığı ərazilərdə yırtıcı heyvanların çox olması, qanunsuz ovlanmasıdır.
Yaşayış yeri və həyat tərzi
[redaktə | mənbəni redaktə et]Zoğal, fındıq, qoza toxumlu kollar, ağaclar olan alçaq dağlıq və dağətəyi biotoplarda yaşamağa üstünlük verirlər. Əsas yaşayış yerləri dəniz səviyyəsindən 200–2500 m hündürlükdə olan palıd, vələs, fıstıq və qarışıq meşə landşaftlarını əhatə edir. Sürü halında yaşayırlar. Adi halda sürülərin tərkibində 4–5, qış fəslində isə onların sayı 15–20 başa qədər artır. Qidalanma və təhlükəsizliyini təmin etməklə əlaqədar ilin fəsillərindən asılı olaraq üfüqi və şaquli formada köç edirlər. Belə yerdəyişmələr fəsillərlə əlaqədar olub, yaşayış biotopları daxilində baş verir. Sutkalıq və fəsillərlə əlaqədar olaraq fəal həyat tərzinə malikdirlər. Bu fəallıq ilin isti fəsillərində daha da artır. Cinsi yetişkənlik, dişi fərdlərdə 2, erkəklərdə isə 3 yaşında başa çatır. Boğazlıq müddəti adətən 9 aydan 10 aya qədər davam edir. Doğum dövrü aprel-may aylarına təsadüf edir. Azərbaycanda cüyürlərin qida rasionuna 44 növ bitki daxildir. Bunların paxlalılar, taxılkimilər, kol və ağac bitkiləri üstünlük təşkil edir. Orta ömür müddəti 10–12 ilə qədərdir.
Sayı
[redaktə | mənbəni redaktə et]Hazırda Azərbaycanın təbii vilayətlərində cüyürlərin sayı XX əsrin birinci yarısında olan məlumatlarla müqayisədə 60–65% azalaraq 1000–1200 baş təşkil edir.
Məhdudlaşdırıcı amillər
[redaktə | mənbəni redaktə et]İki qrupa bölünür: təbii və antropogen. Quraqlıq, uçqunlar, sürüşmələr, meşə yanğınları, sellər, brakonyerlik, cüyürlərin yay otlaqlarında ev heyvanlarının otarılması, çoban itləri, meşələrin qırılması, biotoplarında otlarının biçilməsi və s. kimi amillər.
Qorunması üçün qəbul edilmiş tədbirlər
[redaktə | mənbəni redaktə et]Azərbaycanda cüyürün yaşayış yerlərinin qorunması Bern konvensiyasının II əlavəsinə uyğun olaraq həyata keçirilir. Hirkan, Şahdağ, Altıağac, Samur-Yalama və Göygöl milli parklarının təşkili və bir sıra dövlət təbiət qoruqlarının genişləndirilməsi həyata keçirilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər
[redaktə | mənbəni redaktə et]Daşkəsən-Gədəbəy dağ-meşələri ərazisində hər hansı bir qorunma statusu olan sahələrin yaradılması zəruridir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0