Artsak (mahnı)
"Artsak erm. Արցախ" | ||||
---|---|---|---|---|
tərəfindən Ani albomunda ifa olunmuş mahnı | ||||
Yayımlanıb | 1999[1] | |||
Müddət | 5:35 | |||
Bəstəkar | Ara Gevorkyan | |||
Studiya | Eye Records | |||
Audio nümunəsi | ||||
|
Artsak (erm. Արցախ) — Ermənistan bəstəkarı Ara Gevorkyanın 1999-cu ildə "Ani" albomunda yayımlanmış instrumanetal xalq musiqisi. Yayımlanmasından qısa müddət sonra, mahnı Ermənistanda məşhurlaşmışdır.[2][3] Musiqi kompozisiyasında Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşası əsaında çəkilmiş "Kor Ərəbin mahnısı"[4][5] filmi üçün bəstələdiyi 4 dəqiqə 16-saniyyəlik mahnının ilk və son parçalarından istifadə olunur[6] (melodiyanın 4-dəfə sürətləndirilmiş şəkli oranjman edilib, 25-50-ci saniyyələrində və 03:05-03:55-ci saniyyələrində). Musiqi bir çox mədəni, idman və siyasi mərasimlərdə istifadə edilmişdir.[qeyd 1] Dünyanın müxtəlif ölkələrindən fiqurlu konkisürənlər, gimnastlar və digər idmançılar da dəfələrlə bu musiqiyə müraciət etmişlər.
İdmanda istifadəsi
[redaktə | mənbəni redaktə et]İl | İdmançı | Ölkə | İdman | Tədbir(lər) | İst |
---|---|---|---|---|---|
2001–02 | AleksandrAbt | Rusiya | Fiqurlu konkisürmə | 2002 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü | [7] |
2005–06 | Elene Gedevanişvili | Gürcüstan | Fiqurlu konkisürmə | 2006 Qış Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü | [8] |
2007 | Dinarə Gimatova | Azərbaycan | Gimnastika | 2007 Ribbon AA Deriugina Kuboku | [9][10][11] |
2007-08 | Vazgen Azroyan Anastasiya Qrebenkina |
Ermənistan | Fiqurlu konkisürmə | orijinal rəqs | [12] |
2008 | Aliyə Yussupova | Qazaxıstan | Gimnastika | [13] | |
2009 | Holon Israel | İsrail | Fiqurlu konkisürmə | [14] | |
2009 | Vic Darçinyan | Ermənistan | Boks | Giriş musiqisi | [15] |
2010 | Dou Baobao | ÇXR | Gymnastics | 2010 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı | [16] |
2010 | Marta Koczkovska | Polşa | Gimnastika | 2009 Korbeyl-Essonn Beynəlxalq Ritmik Gimnastika Yarışı | [17] |
2010 | Corco Petrosyan | İtaliya | Kikboksinq | Giriş musiqisi | [18] |
2013 | Viktoriya Murs | Kanada | Gimnastika | 2013 AT&T Amerika Kuboku | [19] |
2013 | Geqard Musasi | Niderland | Kikboksinq | Giriş musiqisi | [20] |
2014 | Süzanna Kentikyan | Almaniya | Gimnastika | Giriş musiqisi | [21] |
2016 | Seda Tutxalyan | Rusiya | Gimnastika | 2016 Yay Olimpiya Oyunları da daxil olmaqla, bütün idman mövsümü | [22][23] |
Digər
[redaktə | mənbəni redaktə et]- Ermənistan Pan-Armenian Oyunları
- Rusiya Pervıy kanalda yayımlanan "Buz dövrü" adlı televiziya şousunda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovski bu musiqinin sədaları altında çıxış etmişlər.[24]
- ABŞ 2017-ci ildə National Geographic Channel tərəfindən çəkilmiş “Hidden Cities Revealed: Baku” sənədli filmində (43-44-cü dəq.) istifadə edilib.[25]
Qalmaqal
[redaktə | mənbəni redaktə et]2007-ci ildə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Artsak" mahnısında Azərbaycan musiqisindən istifadə edilməsini bildirmişdir. Ara Gevorkyan bu iddiaya cavab verərək, mübahisənin Rusiyanın Pervıy kanalında yayımlanan "Lednikoviy period" teleşousunun epizodlarından birində baş vermiş qarışıqlıqla əlaqəli olduğunu bildirmişdir. Belə ki, şouda müğənni Aleksandra Savaleva və Rusiyada doğulmuş İsrail fiqurlu konkisürəni Sergey Saxnovskinin çıxışı zamanı Ermənistan bəstəkarı Ara Gevorkyanın musiqisi səslənəcəyi elan edilsə də, Azərbaycan bəstəkarı Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısı səsləndirilmiş və yalnız bundan sonra Gevorkyanın "Artsak" mahnısından kiçik hissə əlavə edilmişdir.[26]
2017-ci ildə Azərbaycanda dərs ilinin başlanması ilə əlaqədar Masazırda yerləşən 3 saylı orta məktəbdə təşkil olunmuş mərasimdə şagirdlər Ara Gevorkyanın “Artsax” əsəri ilə xüsusi rəqs kompozisiyası təqdim ediblər. Məktəb rəhbərliyinə etiraz edilməsi zamanı, mahnının Fikrət Əmirovun “Qarabağ mirvarisi” adlı əsəri olduğu iddia olunub, lakin Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimi və bəstəkarın oğlu Cəmil Əmirov, Fikrət Əmirovun belə bir əsərinin olmadığını və iddianın yalan olduğunu bildiriblər.[27]
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Musiqinin istifadə edildiyi bəzi tədbirlərə nümunə:
- Video of Raffi Hovannisian's rally — YouTube platformasında during the 2013 Armenian presidential election protests.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Ani". Ara Gevorgyan Website. 2017-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
- ↑ "Գիլանն առաջարկ է արել Արա Գևորգյանին" (erməni). A1plus. 23 May 2012. 5 June 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2017.
Այսուհետ կոմպոզիտորի հանրահայտ «Արցախ» ստեղծագործությունը....
- ↑ "Հայաստանի շունչը՝ Ռուսաստանում". Aravot (erməni). 23 March 2007. 3 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2017.
...«Արցախ» հանրահայտ կոմպոզիցիան:
- ↑ "Arxivlənmiş surət". 2020-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.
- ↑ Kor ərəbin mahnısı
- ↑ "Arxivlənmiş surət". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-23.
- ↑ Alexander Abt 2002 Olympics SP — YouTube platformasında
- ↑ Elene Gedevanishvili & Ara Gevorkyan - Artsakh — YouTube platformasında
- ↑ "Ара Геворкян подаст в суд" (rus) (187). Kommersant via Golos Armenii. 12 October 2007. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2017.
...выступления своей спортсменки Динары Гематовой на соревнованиях по художественной гимнастике в Минске под музыку Ары Геворкяна "Арцах".
- ↑ Dinara Gimatova Ribbon AA Deriugina Cup 2007 — YouTube platformasında
- ↑ Dinara Gimatova Ribbon 2007 Miss Valentine — YouTube platformasında
- ↑ "Anastasia GREBENKINA / Vazgen AZROJAN: 2007/2008". International Skating Union. 12 January 2008 tarixində orijinalından arxivləşdirilib.
- ↑ Aliya Yussupova Music Ribbon 2008 (Exact Version) — YouTube platformasında
- ↑ Holon Israel - Armenian Dance — YouTube platformasında
- ↑ "Դարչինյան-Ագբեկո մարտը՝ Ջեքսոնի երգերի ուղեկցությամբ". Aravot (erməni). 7 July 2009. 27 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2017.
...Վախթանգ Դարչինյանը, որը, ինչպես հայտնի է, ավանդաբար ռինգ է մտնում Արա Գեւորգյանի «Արցախ» ստեղծագործության երաժշտության հնչյունների ներքո:
- ↑ DOU Baobao ribbon - Corbeil 2010 AA — YouTube platformasında
- ↑ Marta KOCZKOWSKA rope - Corbeil 2009 AA — YouTube platformasında
- ↑ Albert Kraus vs Giorgio Petrosyan - Entrance K-1 MAX 2010 FINAL — YouTube platformasında
- ↑ "Victoria Moors - Floor Exercise - 2013 AT&T American Cup". USA Gymnastics. 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
- ↑ Giorgio Petrosyan [Artsakh Gegard Mousasi HD] — YouTube platformasında
- ↑ "Arxivlənmiş surət". 2017-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-15.
- ↑ "Российская гимнастка Седа Тутхалян исполнила на Олимпиаде вольное упражнение под композицию "Арцах"". newsarmenia.am (rus). 7 August 2016. 31 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 September 2017.
- ↑ https://www.youtube.com/watch?v=XMZ6e5ssK2k
- ↑ Фигурное катание | Армянский танец — YouTube platformasında
- ↑ ""Hidden Cities Revealed: Baku" - National Geographic channel's documentary film". YouTube. Heydar Aliyev Center. İstifadə tarixi: 23 oktyabr 2017.
- ↑ Հարցազրույց Արա Գևորգյանի հետ (erməni). Tert.am. 2 February 2009. 25 October 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2017.
- ↑ Sadıqzadə, Aytən. "Bir mahnının sirri - Fikrət Əmirov, yoxsa Ara Gevorqyan?". oxu.az. 15 Sen 2017. 2017-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 sentyabr 2017.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Sadıqzadə, Aytən. "Bir mahnının sirri - Fikrət Əmirov, yoxsa Ara Gevorqyan?". oxu.az. 15 Sen 2017.