Almaniyada təhsil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Almaniyada təhsil — Almaniya təhsil sistemi klassik struktrura malikdir: məktəbəqədər, orta və ali. Almaniyanın hər bir əyaləti təhsil haqqında öz qanununa malikdir. Buna görə də atestat və diplomların əldə olunması imkanları və yolları bir birindən fərqlənirlər. Məsələn, Berlində şagirdlər 6-cı sinifə qədər ibtidai siniflərdə qalırlar, Saksoniya və Bavariyada isə bu cəmi 4 il davam edir.

Məktəbəqədər təhsil

[redaktə | mənbəni redaktə et]

Bir çox alman uşaqları məktəbəqədər müəssisələrə -uşaq bağçalarına (alm. Kindergarten‎) 3 yaşından etibarən gedirlər. Uşaq bağçalarında körpələr qrupları (alm. Kinderkrippe‎) da fəaliyyət göstərirlər. buraya uşaqlar altı ayından qəbul edilirlər. Almaniyada belə qruplar az olduğundan orada yer almaq çox çətindir. Bu problemi aradan qaldırmaq üçün şəxsi fəaliyyət göstərən tərbiyəçilərə də imkan yaradırlar.

Uşaq bağçalarının qiymətini yerli hakimiyyət orqanları təyin edir. Belə ki, Berlində uşaq bağçaları pulsuz olduğu halda, Aşağı Saksoniyada bu aylıq orta hesabla 250 avro təşkil edir. Az təminatlı ailələrə bütün əyalətlərdə sosial yardımlar verilir və uşaq bağçaları üçün aşağı qiymətlər qoyulur.

Məktəbəqədər müəssisələrdə dərslər yalnız oyun formasında təşkil olunur. Bu oyun zamanı uşaqları öz dostları ilə ünsiyyətə girmək və onlarla ümumi dil tapmağın vərdişləri öyrədilir. Bundan əlavə şifahi nitqin inkişafına və düşünmə tərzinin formlaşmasına böyük diqqət yetirilir. Meşədə fəaliyyət göstərən uşaq bağçaları da vardır. Bu onunla fərqlənir ki, uşaq bağçası bir başa meşədə yerləşir və bütün proqram meşə daxilində həyata keçirilir.

Miqant uşaqlarında uşaq bağçalarında xüsusi testlə dilin səviyyəsi yoxlanılır. Bu lazımi səviyyədə olmadıqda onlara pulsuz əlavə dil kursları təklif olunur.

Saksoniyada orta təhsil pillələri

Almaniyada orta təhsil 3 pillədə aparılır. İbtidai məktəb 4 ili əhatə edir. Buranı bitirən məktəblilər aldıqları qiymətlərdən asılı olaraq seleksiya olunurlar. Qiymətləri “4” –dən yuxarı (azərbaycan bal sistemi ilə) olan məktəblilər təhsillərini gimnaziyada davam etdirmək şansı qazanırlar. Bu ali məktəbə qəbul üçün vacib olan “Abitur” deyilən kamal attestatının alınmasına gedən birbaşa yoldur. Qiymətləri aşağı olanlar isə tədris planı asanlaşdırılmış şəkildə icra olunan orta məktəblərə gedirlər. Hər iki xətt üzrə 10 sinifə qədər oxuduqdan sonra buraxılış imtahanı sonuncu “Abituryent” pilləsinə qədəm qoymağı həll edir. Əlbəttə orta məktəbdən sonra “Abitur” etmək çox çətindir, bu təhsilin səviyyəsi ilə bağlıdır. 11-12-ci siniflərdə  “Abituryentlər” seçdikləri profilə uyğun iki gücləndirilmiş fənn də daxil olmaqla həm humanitar, həm təbiət elmləri, həm də incəsənət sahələrini əhatə edən bir çox fənlərdən (təxminən 12 fənn) kurs şəklində dərslər keçirlər. Yəni 10-cu sinifdən sonra sinif məfhumu artıq dağılır və şagirdlər seçdikləri fənn kursları üzrə birgə dərsə gedirlər. 12-ci sinifin sonunda 5 buraxılış imtahanı və son iki ildə yığılan balların sayı əsasında “Abitur” vəsiqəsinin orta qiyməti hesablanır. Bundan sonra abituryentlər istənilən ali məktəbə daxil ola bilirlər. Ali məktəblərə daxilolma attestatın qiytmətindən asılı olaraq qəbul kvotasına uyğun aparılır.

Almaniyada elmi işlər universitetlərdə və elmi-tədqiqat mərkəzlərində, həmçinin kooperativ elmi mərkəzlərdə həyata keçirilir. Ali məktəblərdə elmi fəaliyyət əsasən federal büdcədən, qismən isə ictimai və sənaye fondlarından maliyyələşdirilir. Federal büdcənin həcmi illik 9,2 milyard avro civarında yerləşir.

Almaniyada elmi tədqiqiat işləri ilə həmçinin dörd böyük elm mərkəzi məşğul olur: Maks Plank cəmiyyəti, Helmholts birliyi, Fraunhofer cəmiyyəti və Laybnits cəmiyyəti.

Maks Plank cəmiyyətində 13000 işçi çalışır. Bunlardan 5000 nəfəri elmi fəaliyyətlə məşğul olanlardır. Cəmiyyətin büdcəsi illik 2 milyard avrodur. [1] Maks Plank institutuna daxil olan 84 elmi tədqiqat mərkəzi hüquqi cəhətdən sərbəst olmayıb, Almaniyanın bir çox şəhərlərində fəaliyyət göstərir.

Fraunhofer cəmiyyəti əsasən tətbiqi xarakterli problemlərin tədqiqi ilə məşğuldur. Hazırda Almaniyanın 40 şəhərində məskunlaşmış bu cəmiyyətə 80 elmi-tədqiqiat mərkəzi daxildir. Bu cəmiyyətdə çalışan 25000 işçi texniki yönümlü mütəxəssislərdən ibarətdir. Onların işlədikləri layihələrin maliyyə həcmi illik 2,3 milyard avronu keçir. Bu büdcənin 2 milyardı institutlar və sənaye müəssisələri arasında aparılan elmi tdəqiqiat işləri sayəsiondə formalaşır. Yerdə qalan 0,3 milyard federal büdcədən daxil olur[2].

Helmholts birliyi ümumilikdə təbiət, texnika və bioloji-tibbi sahələri əhatə edən, sərbəst fəaliyyət göstərən 18 elmi tədqiqiat mərkəzindən ibarətdir. Bu birlikdə 37000 işçi çalışır. Işçilərin tərkibi 15169 nəfəri sırf elmi işçi, 6789 nəfəri doktorant və 1657 nəfəri peşəyönümlü təhsil aln gənclərdən ibarətdir. birliyin büdcəsi 2015-ci il üçün 3,99 milyard avro təşkil edirdi.[3].

Laybnits cəmiyyətinə 49 elmi tədqiqiat institutu daxildir. Laybnits cəmiyyətində 18668 nəfər işçi çalışır, Maliyyənin 50%-i federal büdcədən, 50%-i isə əyalət büdcəsindən daxil olur. 2011-ci ildə cəmiyyətin ümumi büdcəsi 1,7 milyard avro olmuşdur [4]. Cəmiyyətin əsas tədqiqat sahələri humanitar, texniki, hüquq və ekologiyadan ibarətdir.

  1. "Arxivlənmiş surət" (PDF). 2022-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-04-06.
  2. "Arxivlənmiş surət". 2019-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.
  3. Helmholtz-Gemeinschaft: </nowiki>[http://www.helmholtz.de/ueber_uns/zahlen_und_fakten Zahlen und Fakten]<nowiki>
  4. "Über uns / Leibniz in Zahlen" (German). Leibniz Gemeinschaft. İstifadə tarixi: 2016-05-27. Arxivləşdirilib 2016-05-27 at the Wayback Machine "Arxivlənmiş surət". 2016-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-06.