Allahyar Cavanşirov
Allahyar Cavanşirov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
Rusiya İmperiyası→ AXC→ SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqiçi |
Fəaliyyət illəri | 1922–1972 |
Musiqi aləti | tar |
Allahyar Aslan ağa oğlu Cavanşirov (5 fevral 1907, Şuşa – 17 fevral 1972, Bakı) — Azərbaycan musiqiçisi, tarzən.
Həyatı
[redaktə | vikimətni redaktə et]Allahyar Cavanşirov 1907-ci ildə Şuşada Aslan ağanın ailəsində anadan olub. Kiçik yaşlarından qrammafon vallarında və el şənliklərində o dövrün böyük sənətkarlarına qulaq asa-asa özü də tarzənliyə böyük həvəs göstərib. Çalışqanlığı, əzmkarlığı sayəsində 15 yaşından başlayaraq qardaşı Xanı tarda müşayiət edib. Bu musiqiçi qardaşların sorağı tez bir zamanda bütün Qafqazda yayılıb.
A.Cavanşirov keçən əsrin 30-cu illərinin əvvəllərində Bakıda keçirilən dövlət konsertlərinin birində Xan Şuşinskini tarda müşayiət edirmiş. Qardaşların gözəl ifası konsertə tamaşa edən M.C.Bağırovun o qədər xoşuna gəlir ki, səhəri gün onları Bakıya dəvət edib evlə təmin olunmaları haqqında göstəriş verib. Bakıya köçən A.Cavanşirov Azərbaycan Dövlət Filarmoniyasına işə düzəlib. 1939-cu ildən 1969-cu ilə kimi – 30 il filarmoniyada çalışıb. İkinci Dünya müharibəsi zamanı ön cəbhədə əsgərlər qarşısında dəfələrlə çıxış edib, filarmoniyanın kollektivi ilə birlikdə bir çox ölkələrdə qastrol səfərində olub. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan dekadasındakı çıxışına görə fəxri fərman alıb. Allahyar Cavanşirov çox dostcanlı olduğu üçün evi həmişə qonaq-qaralı olub.Onun dostları içərisində xalq şairi Səməd Vurğunun, xalq yazıçısı Mirzə İbrahimovun, dirijor Niyazinin və başqlarının adlarını qeyd etmək olar. Səməd Vurğunla Şuşada, İsa bulağındakı görüşlərində xalq şairi Allahyarın tarını alıb müxtəlif havalar çalarmış.
Görkəmli sənətkar Allahyar Cavanşirov 1972-ci ildə 65 yaşında Bakıda vəfat edib.
Xan Şuşinskinin qardaşıdır.