Alla Mazur
Alla Mazur | |
---|---|
ukr. Алла Григорівна Мазур | |
Doğum tarixi | 16 sentyabr 1965 (59 yaş) |
Təhsili |
|
Fəaliyyəti | jurnalist, aparıcı, televiziya aparıcısı, radioaparıcı[d] |
Alla Qriqoryevna Mazur (ukr. Алла Григорівна Мазур; 16 sentyabr 1965) — ukraynalı jurnalist. Ukraynanın “1+1” kanalında TSN xəbər proqramının aparıcısı.[1][2][3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Alla Mazur 16 sentyabr 1965-ci ildə Xmelnitski vilayəti həkim ailəsində anadan olub.[4] Atası Qriqori diş həkimi olub. O, məktəbi qızıl medalla bitirib. Onun məqalələri yerli rayon qəzetində tez-tez dərc olunurdu.
O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin jurnalistika fakültəsini bitirib. O, Ukrayna radiosunda müxbir, redaksiya rəhbəri, Ukrayna radiosu Birinci Kanalının baş redaksiyasında, proqram aparıcısı kimi çalışıb. Çernobıl qəzasının ildönümü üçün və 1991-ci ildə Ukraynada prezident seçkiləri zamanı radio marafonları hazırlayıb və aparıcılıq edib. Radioda işləyərkən o, həm də “Şəhərdən şəhərə” radio proqramının aparıcısı olub. 1993-cü ildə UTN məlumat proqramlarını aparmaq üçün UT-1-ə dəvət edilib. O, iqtisadi və siyasi mövzularda “Kəsişmə” (Ukrayna-Amerika layihəsi) tok-şousunun aparıcısı olub, “İnvestisiya hekayəsi” televiziya jurnalistik serialının (Ukrayna-Slovakiya layihəsi) müəllifi və aparıcısı olub.
1997-ci ilin yanvar ayından "1+1" kanalında TSN xəbərlərinin aparıcısıdır.[5] Hazırda o, həftəlik “TSN. Həftə" proqramını aparır.
2019-cu ilin noyabrından 2020-ci ilin may ayına qədər o, xərçəng xəstəliyindən müalicə olunub.[6]
Ailəsi
[redaktə | mənbəni redaktə et]Oğul Artyom 15 aprel 2008-ci ildə anadan olub.[2][3]
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 1996-cı il — “İlin adamı” kampaniyası çərçivəsində 1995-ci ilin "Ən yaxşı telejurnalisti" nominasiyasında “Prometey-Prestij” mükafatının qalibi.
- 1998-ci il— Dördüncü Ümumkrayna Jurnalistika festivalının nəticələrinə görə, Ukraynada informasiya proqramlarının ən yaxşı aparıcısı və “Milli Tanınma” titulunun sahibi.
- 1998-ci il — MDB ölkələrinin birinci Dövlətlərarası Forumunda “İnformasiya proqramlarının ən yaxşı aparıcısı” nominasiyası üzrə qalib olmuşdur.
- 1999-cu il— "Ukraynanın işgüzar qadını - 1998" müsabiqəsinin nəticələrinə görə, "Televiziya aparıcısı" nominasiyasının qalibi.
- 1999 год — III dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilmişdir.[7]
- 2001-2003-cü illər — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü.
- 2010-cu il— Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü.
- 2012-2013-cü illər — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü.
- 2015-ci il — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü.
- 2016-cı il — Televiziya sahəsində Ukrayna Milli mükafatı "Teletriumf"a "İnformasiya proqramının aparıcısı" kateqoriyasında layiq görülmüşdü.
- 2018-ci il— Teletriumph-2018" mükafatına "İnformasiya, məlumat və analitik proqramın aparıcısı" kateqoriyasında layiq görülmüşdü.[8]
- 2020-ci il — II dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edilmişdir.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Телетриумф[ölü keçid]
- ↑ 1 2 "У Аллы Мазур День рождения!". 2014-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-13.
- ↑ 1 2 "У Аллы Мазур родился сын". 2013-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-13.
- ↑ "От призрака до винегрета: как випы росли на работе". 2010-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-13.
- ↑ "Знаменитості України". 2014-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-05-13.
- ↑ "Алла Мазур повідомила, що повертається до роботи після лікування раку". Детектор медиа. 2020-05-20. 2020-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-20.
- ↑ Указ Президента Украины от 20 августа 1999 года № 1031/99 «Про відзначення нагородами України працівників засобів масової інформації» Arxivləşdirilib 2018-02-02 at the Wayback Machine (ukr.)
- ↑ "«Телетріумф-2018» оголосив переможців (ПОВНИЙ ПЕРЕЛІК)". detector.media (ukrayna). 6 лютого 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-09.
- ↑ "Указ Президента України № 254/2020 від 27 червня 2020 року «Про відзначення державними нагородами України з нагоди Дня Конституції України»". 2022-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-27.