Aleksey Staxanov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aleksey Staxanov
rus. Алексей Григорьевич Стаханов
Şəxsi məlumatlar
Doğum tarixi 3 yanvar 1906(1906-01-03)
Doğum yeri
Vəfat tarixi 5 noyabr 1977(1977-11-05) (71 yaşında)
Vəfat yeri
Vəfat səbəbi dağınıq skleroz
Partiya
Təhsili
  • Ümumittifaq Sənaye Akademiyası[d]
Fəaliyyəti siyasətçi, mədənçi

Təltifləri Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 30 illiyi" yubiley medalı "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Əmək veteranı" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
1-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 2-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 3-cü dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı
Order of the Hero of Socialist Labour
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksey Qriqoryeviç Staxanov (rus. Алексе́й Григо́рьевич Стаха́нов; 3 yanvar 1906, Luqovaya[d], Orlov quberniyası[d]5 noyabr 1977, Torez, Donetsk vilayəti) — kömür sənayesi yenilikçisi, mədən mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1970), 1936-cı ildən Sov.İKP üzvü.

Aleksey Staxanov əmək fəaliyyətinə 1917-ci ildə başlamışdır. 1927-ci ildən kömür sənayesində çalışmışdır. 1935-ci ilin avqustunda işlədiyi "Mərkəzi-İrminov" şaxtasında (Kadiyevka, indiki Staxanov şəhəri) növbə ərzində 102 ton (normadan 14 dəfə artıq) kömür çıxarmışdı. Staxanovun əmək qələbəsi ilə bütün ölkədə kütləvi sosializm yarışının yeni mərhələsinin — Staxanov hərəkatının başlanğıcı qoyulmuşdur. SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Kadiyevka şəhəri 1978-ci ildən onun şərəfinə Staxanov adlandırılmışdır.

  • С.Гершберг. Стаханов и стахановцы. М.: 1981.
  • Стаханов Алексеј Григорјевич // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. С. 30.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]