Alekseev
Alekseev | |
---|---|
ukr. Микита Володимирович Алєксєєв | |
| |
Ümumi məlumatlar | |
Doğum adı |
Nikita Vladimiroviç Alekseyev ukr. Микита Володимирович Алєксєєв rus. Никита Владимирович Алексеев |
Ləqəbi | Alekseev |
Doğum tarixi | |
Doğum yeri | Kiyev, Ukrayna |
Vətəndaşlığı | Ukrayna |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, bəstəkar |
Fəaliyyət illəri | 2014–h.h. |
Janr | |
Səs tembri | lirik tenor |
Albom şirkətləri | Zion Music, Sony Music |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Nikita Vladimiroviç Alekseyev (ukr. Микита Володимирович Алєксєєв, rus. Никита Владимирович Алексеев; 18 may 1993[2], Kiyev) və ya sadəcə Alekseev — Ukrayna müğənnisi və bəstəkarı. Onun musiqi karyerası 2014-cü ildə Ukraynanın Holos Krainy səs yarışmasındakı iştirakı ilə başlamışdır. 2015-ci ildə ifaçının "Pyanoye solntse" mahnısı Postsovet ölkələrində hit olmuşdur. O, "Forever" mahnısı ilə Belarusu 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nikita Alekseyev 18 may 1993-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. O, bir yaş yarım ikən ailəsi ilə birlikdə Rusiyanın Çita şəhərinə köçmüş və iki ildən sonra ailə yenidən Kiyevə geri dönmüşdür. Alekseev Kiyevdə 106 nömrəli məktəbdə təhsil almışdır. O, uşaqlıq musiqi seçimləri arasında Queen, Led Zeppelin, Maykl Cekson, Corc Maykl və Castin Timberleykin musiqisini qeyd etmişdir.
12 yaşında ikən Alekseev musiqi ilə dərindən maraqlanmağa başlamış və Konstantin Ponadan musiqi dərsləri almışdır. Bir neçə ay sonra o, Ukraynanın Avroviziya Uşaq Mahnı Müsabiqəsi üçün keçirdiyi milli seçim turunda iştirak etmiş və nəticədə yarışmada məğlub olmuşdur. Lakin gənc ifaçı oxumaqdan imtina etməmiş və özünün "Mova" adlı qrupunu yaratmışdır.
Musiqi ilə yanaşı Alekseev həm də, tennis və futbol oynamağı da sevir. O, marketinq ixtisası üzrə təhsilini başa vurmuşdur.[3]
Musiqi karyerası
[redaktə | mənbəni redaktə et]Alekseev 2014-cü ildə Ukraynanın Holos Krainy səs yarışmasında iştirak etmiş və orada Ani Lorakın komandasında yer almışdır. Lakin ifaçının yarışmada iştirakı çox da uzun sürməmiş və yarışmanı erkən başa vurmuşdur. Daha sonra Ani Lorak Alekseevə ilk sinqlı "Всё успеть" üçün videoklip çəkdirməkdə yardım etmişdir.
2015-ci ilin sentyabr ayında onun "Пьяное солнце" mahnısı ilk dəfə təqdim olunmuşdur. Növbəti ay isə həmin mahnıya çəkilmiş videoklip təqdim olunmuşdur. 2016-cı ilin mayında Alekseev "Пьяное солнце" mahnısına görə RU. TV mükafatına layiq görülmüşdür. O, eyni amanda həmin mahnıya görə Yuna Award mükafatı da qazanmışdır. Daha sonra ifaçının "Снов осколки", "Океанами стали", "Чувствую душой" sinqllarına çəkilmiş videokliplər təqdim olunmuşdur.
2016-cı ilin iyun ayında Alekseev Rusiyanın MUZ-TV Awards və dekabr ayında Ukraynanın M1 Music Awards mükafat mərasimində "İlin nailiyyəti" mükafatlarına layiq görülmüşdür. 2017-ci ilin martında ifaçı müxtəlif kateqoriyalarda ZD Awards və Top Hit Music Awards mükafatlarını da qazanmışdır.
2017-ci ilin fevralında Alekseev özünün ilk Ukrayna turuna başlamışdır. Final konserti ifaçının doğum günündə, 18 mayda keçirilmişdir.
2018-ci ilin əvvəlində Alekseevin "Forever" mahnısı ilə Belarusun BTRC telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. İfaçının ilkin olaraq Ukraynanın milli seçim turunda iştirak etməsi gözlənilsə də, onun müsabiqə üçün nəzərdə tutduğu mahnı Ukraynanın seçim qaydaları ilə üst-üstə düşməməsi səbəbindən Alekseev Belarusun milli seçim turuna qatılmışdır. Fevral ayında baş tutan yarışmada Alekseev səsvermədə bütün rəqiblərini məğlub edərək, qalib gəlmiş və "Forever" mahnısı ilə Belarusu Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.[4]
Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Alekseev 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 8-ci səhnə almışdır. Nəticədə ifaçı 65 xalla yarımfinalda 16-cı yeri tutaraq, finala adlaya bilməmişdir.
Avroviziyada iştirakından sonra Alekseev Sony Music Entertainment ilə əməkdaşlıq etməyə başlamışdır.
Diskoqrafiya
[redaktə | mənbəni redaktə et]Albomlar
[redaktə | mənbəni redaktə et]Albom adı | İl |
---|---|
Пьяное солнце | 2016 |
Mini-albomlar
[redaktə | mənbəni redaktə et]Albom adı | İl |
---|---|
Держи (EP) | 2017 |
Forever | 2018 |
Sinqllar
[redaktə | mənbəni redaktə et]Mahnı adı | Albom | İl |
---|---|---|
"Всё успеть" | Держи (EP) | 2014 |
"Больно, как в раю" | Пьяное солнце | 2015 |
"А я плыву" | ||
"Пьяное солнце" | ||
"Снов осколки" | 2016 | |
"ОМА" | ||
"Океанами стали" | ||
"Чувствую душой" | 2017 | |
"Навсегда" | Albomdan kənar sinqllar | |
"Forever" | 2018 |
Mükafatlar
[redaktə | mənbəni redaktə et]İl | Mükafat mərasimi | Mükafat | Nəticə |
---|---|---|---|
2016 | YUNA Awards | "İlin nailiyyəti" | Qazandı |
MUZ-TV Awards | "İlin nailiyyəti" | Qazandı | |
"Пьяное солнце" mahnısına görə "İlin mahnısı" | Nominant | ||
RU. TV Awards | Qazandı | ||
"İlin nailiyyəti" | Nominant | ||
Golden Gramophone Award | "Пьяное солнце" mahnısına görə | Qazandı | |
The Major League Awards | "Пьяное солнце" mahnısına görə "İlin mahnısı" | Qazandı | |
M1 Music Awards | "İlin nailiyyəti" | Qazandı | |
İlin mahnısı Festivalı | "Снов Осколки" mahnısına görə "İlin mahnısı" | Qazandı | |
Звуковая дорожка МК | "İlin nailiyyəti" | Qazandı | |
"İlin sənətçisi" | Qazandı | ||
Top Hit Music Awards | "İlin uğuru" | Qazandı | |
"Ən məşhur radio ifaçı" | Qazandı | ||
"Radioda ən çox səslənən mahnı" | Qazandı | ||
"Пьяное солнце" mahnısına görə "İlin mahnısı" | Qazandı | ||
OOPS! Video Awards | "Пьяное солнце" mahnısının klipinə görə "İlin ən yaxşı videoklipi" | Qazandı | |
2017 | Премия Муз-ТВ 2017 | "Океанами стали" mahnısının klipinə görə "İlin ən yaxşı kişi videoklipi" | Nominant |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 http://ya-student.com.ua/magazine_cover/320-dv-storoni-odnogo-alekseeva.html.
- ↑ Alekseev // https://pantheon.world/profile/person/Alekseev_(singer).
- ↑ "Alekseev: "Я родился вопреки желанию своего отца"". viva.ua (rusca). 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-18.
- ↑ "Belarus: Alekseev will fly to Lisbon!". esctoday.com. 16 fevral 2018. 2018-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-17.
Əvvəlki: NAVI "Historyja majho žyccia" |
Belarus Avroviziya Mahnı Müsabiqəsində 2018 |
Sonrakı: Zena "Like It" |