Aleksandr Düma
Aleksandr Düma | |
---|---|
fr. Alexandre Dumas | |
Doğum tarixi | 24 iyul 1802[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 5 dekabr 1870[2][3][…] (68 yaşında) |
Vəfat yeri |
|
Vəfat səbəbi | insult |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Atası | Tomas-Aleksandr Düma[d][2] |
Anası | Mari-Lüis-Elizabet Laboret Düma[d] |
Fəaliyyəti | romançı, dramaturq, yazıçı |
Fəaliyyət illəri | 1829-cu ildən |
Əsərlərinin dili | fransız dili |
Tanınmış əsərləri | |
Mükafatları | |
Aleksandr Düma Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[1][2][…], Ville-Kotre[d][7][2][…] – 5 dekabr 1870[2][3][…], Pyuys[d], Dənizkənarı Sena[2]) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır. O, əmək fəaliyyətinə notariat kontorunda xidmətə başlamış, lakin bu iş onu qane etmədiyindən meylini teatra salmışdır. Teatra maraq onun ədəbi fəaliyyətinin başlanğıcını müəyyənləşdirmiş və o, ədəbiyyata dramaturq kimi daxil olmuşdur. Düma həyatda çox bədxərc insan olmuş, nəticədə müflisləşmişdir. Ağır vəziyyəti və dalınca düşmüş kreditorlar onu Belçikaya qaçmaq məcburiyyəti qarşısına qoymuşdur. Bu vəziyyətdə ikən övladları – qızıyla məşhur dramaturq oğlu ona dayaq olmuşdur.
Düma dramaturq kimi 1826–1830-cu illərin geniş romantik savaşında mühüm rol oynamış və onun dram əsərləri həmin vaxt çox böyük əks-səda yaratmışdır. 1829-cu ildə gənc Dümanın ilk sanballı əsəri olan "III Henrix və onun sarayı" adlı tarixi dramı səhnələşdirilir. Bu milli tarixi əsər ilk növbədə köhnə klassisizm qanunlarına qarşı yönəlmiş tipik romantik dram əsəri idi. Burada antik süjetlər yerinə XVI əsr Fransa həyatının hadisələri və tarixi şəxsiyyətlər səhnəyə çıxmışdı. Bundan əlavə Düma klassisizm faciəsinin zaman, məkan, hərəkət birliyi qaydalarına da qətiyyətlə son qoyur. "III Henrix və onun sarayı" əsərində nə zaman, nə məkan sabitliyi var. Hərəkət burada heç bir zaman məhdudiyyətinə məruz qalmır.
"III Henrix və onun sarayı" əsərinə görə əldə etdiyi uğur Dümaya dəbdə olan yazıçı şöhrəti qazandırmışdır. O, atası kimi respublikaçı olduğunu nümayiş etdirərək 1830 və 1848-ci illərdə barrikadalarda görünür.
1830-cu il inqilabını Düma böyük heyranlıqla qarşılamışdı. O, iyul hadisələrində yaxından iştirak etmiş, liberal xadim Lafayetin tapşırığı ilə üsyançılar üçün barıt dalınca Suassona və milli ordu sıralarının təşkili üçün Vandeyə getmişdi. 30-cu illərin əvvəlində o, İyul inqilabının azadlıq ideyalarına hüsn-rəğbət nümayiş etdirmiş, hökumətin tutduğu mürtəce kursa hiddətini bildirmişdi. Düma general Lamarkın dəfn mərasimində iştirak etmişdir.
İyul inqilabından təsirlənən Dümanın dram əsərləri bu hadisələrdən az müddət sonra hələ də davam edən xalq üsyanları şəraitində yayıldığı üçün romantik və üsyankar xarakter daşıyır. Nəşri 1831-ci ilə təsadüf edən "Antoni" dramında Paris cəmiyyətinin yüksək təbəqəsi tənqid atəşinə tutulur. Əsərin qəhrəmanı atılmış, əsli-nəcabəti məlum olmayan Antoni adlı gənc silk üstünlükləri və onu rədd edən mühitə qarşı mübarizə aparır. Mövcud qanunlarla hesablaşmaq istəməyən baş qəhrəman öz məhəbbəti uğrunda mübarizəyə qalxır. Məsələ burasındadır ki, bu dram əsəri kübar cəmiyyətə, onun köhnəlmiş adət-ənənələrinə və üstünlüklərinə müharibə elan edən qabaqcıl gənclərin duyğu və hisslərinə uyğun gəlirdi. Qarşısıalınmaz mənəvi azadlığın cəsarətli təsdiqi və dramın faciəli sonluğu – Antoni sevgilisini rüsvayçılıqdan qurtarmaq üçün onu öz əlləri ilə öldürür. Bunlar hamısı tamaşanın uğurlu alınmasına gözəl zəmin yaratmışdı. Əsər İyul inqilabı ilə bağlı mühitin yüksək ümidlərinə cavab verirdi.
Dümanın 1830-cu illərdə yazdığı "Kin" (1836) və digər romantik dramları melodram xarakterini alır, buradakı münaqişələr çox vaxt xoşbəxt sonluqlu olur.
Düma 1870-ci il 5 dekabrda Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işğalı zamanı vəfat etmişdir. O, Villers-Koteretsdə dəfn edilmişdir.
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]- Üç muşketor haqqında əsərləri:
- "Üç muşketyor" (1844)
- "İyirmi il sonra" (1845)
- "Vikont de Brajelon və ya on il sonra" (1847)
- "Qraf Monte Kristo" (1845–46)
- "İki Diana" (1846)
- IV Henrix haqqında əsərləri:
- "Kraliça Marqo" (1845)
- "Qrafinya de Monsoro" (1846)
- "Qırx beş" (1847)
- Fransız inqilabı haqqında əsərləri:
- "Cüzeppe Balzamo və ya həkimin məktubları" (1846–48)
- "Şahzadənin boyunbağı" (1849–50)
- "Anj Pitu" (1853)
- "Qrafinya de Şarni" (1853–55)
- "Şevalye de Mezon-Ruj" (1845)
- "Qara zanbaq" (1850)
- "Qafqaz səfəri"
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Natəvan (film, 1982)
- Atəşgah (film, 2001)
- Mahur-hindi (film, 2001)
- Düma ömrünün qırx günü (film, 2002)
- Bakı bağları. Buzovna (2007-ci ilin filmi)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 M. Br. Dumas, Alexandre (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 8. P. 654–656.
- ↑ 1 2 Alexandre Dumas // Internet Speculative Fiction Database (ing.). 1995.
- ↑ 1 2 https://archives.paris.fr/arkotheque/visionneuse/visionneuse.php?arko=YTo2OntzOjQ6ImRhdGUiO3M6MTA6IjIwMjMtMDgtMTgiO3M6MTA6InR5cGVfZm9uZHMiO3M6MTE6ImFya29fc2VyaWVsIjtzOjQ6InJlZjEiO2k6Mzk7czo0OiJyZWYyIjtpOjIwODI4MjtzOjE2OiJ2aXNpb25uZXVzZV9odG1sIjtiOjE7czoyMToidmlzaW9ubmV1c2VfaHRtbF9tb2RlIjtzOjQ6InByb2QiO30=#uielem_move=-156%2C-1409&uielem_rotate=F&uielem_islocked=0&uielem_zoom=101. S. 18/48.
- ↑ F. T. M. Dumas, Alexandre (fils) (ing.). // Encyclopædia Britannica: a dictionary of arts, sciences, literature and general information / H. Chisholm 11 New York, Cambridge, England: University Press, 1911. Vol. 8. P. 656–657.
- ↑ Наркевич А. Ю. Дюма [отец] // Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 2.
- ↑ 1 2 Дюма (rus.). // Энциклопедический лексикон СПб: 1841. Т. 17. С. 392–393.
- ↑ http://www.alalettre.com/dumas-oeuvres-pantheon.php.
- ↑ Find a Grave (ing.). 1996.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Düma Aleksandr. Üç müşketyor / Tərcümə edənlər. M. Rzaquluzadə, B. Musayev.- B.: Öndər, 2004.- 600 s.
- Üç muşketyor. Aleksandr Düma (PDF yüklə)
- Aleksandr Düma. Qafqaz səfəri (PDF yüklə)
- 24 iyulda doğulanlar
- 1802-ci ildə doğulanlar
- 5 dekabrda vəfat edənlər
- 1870-ci ildə vəfat edənlər
- 68 yaşında vəfat edənlər
- Paris panteonunda dəfn olunanlar
- "Fəxri Legion" ordeni zabitləri
- Fəxri Legion ordeninin kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Aleksandr Düma
- Fransa yazıçıları
- Fransız yazıçılar
- Poçt markalarında şəxslər
- İnsultdan vəfat edənlər
- Məzarı köçürülənlər