Albantəpə yaşayış yeri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albantəpə yaşayış yeri
Ölkə  Azərbaycan
Rayon Şərur rayonu
Yerləşir Axura kəndi
Aidiyyatı Antik dövr
Üslubu arxeoloji abidə
İstinad nöm.1995, 1996, 1997
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Albantəpə (Azərbaycan)
Albantəpə

Albantəpə yaşayış yeriNaxçıvan Muxtar Respublikasının Şərur rayonunun Axura kəndinin qərbində yerləşən, antik dövrə aid qədim yaşayış yeri.[1]

Yaşayış yeri hər tərəfdən dağlarla əhatələnmiş dərədə yerləşən ümumi dağ sistemindən ayrılmış uzunsov təpə üzərindədir. Abidədə 1979-cu ildə aparılmış arxeoloji qazıntılar nəticəsində 1,5 m dərinlikdə mədəni təbəqə aşkar edilmiş, daş divar qalıqları, torpağa basdırılmış iki küp tapılmışdır. 6–7 sm qalınlığında kül təbəqəsi ilə örtülmüş mədəni təbəqədə küp və qazan tipli gil qab qırıqları, osteoloji qalıqlar (it, at, qoyun, keçi və qaramal sümükləri), bitki qalıqları (taxıl, şaftalı və ərik dənələri), dəmirdən hazırlanmış metal əşyalar (oraq, bıçaq, ox və nizə ucluqlar), şüşə qab parçaları və sair əldə edilmişdir.[1]

  1. Yuxarıda get: 1 2 Ə. İ. Novruzlu, V. B. Baxşəliyev. Şərurun arxeoloji abidələri. Bakı: 1993.