Adolf Leo Oppenheym
Adolf Leo Oppenheym | |
---|---|
Doğum tarixi | 7 iyun 1904[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 iyul 1974[1] (70 yaşında) |
Vəfat yeri | |
İş yeri | |
Təhsili |
Adolf Leo Oppenheym (ing. Adolph Leo Oppenheim, 7 iyun 1904[1], Vyana[2] – 21 iyul 1974[1], Berkli, Kaliforniya[2]) — ABŞ şərqşünası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Çikaqo universitetinin professoru A.Leo Oppenheym Qərbi Asiya sivilizasiya sərhədlərini aşağıdakı kimi müəyyənləşdirmişdir: «Cənub-qərbi Asiya böyük rəngarəngliyə malik coğrafi və ekoloji şəraitlə xarakterizə olunur... Bu sahənin bir neçə təbii və e’tibarlı sərhədi var: Pamirin qərb qolları, Qafqaz dağları və Hind okeanı genişliyi. Qara, Egey və Aralıq dənizlərinin daha əlverişli sulu massivləri – baxmayaraq ki onlar da şimal və qərblə kifayət qədər effektiv izolyasiyanı tə’min edir.»
O, daha sonra yazır: «...biz oxucunun diqqətini ona cəlb etmək istəyirik ki, Mesopotamiyada meydana çıxan mədəniyyət təcrid olunmuş hadisə deyildi və onu əhatə edən aləmdən ayrılmaz idi».
A.Leo Oppenheym 20 il üzərində işlədiyi «Qədim Mesopotamiya» (Moskva,1980) əsərində ən azı qədim Babil-Amori sülaləsi dövrünü (e.ə.1894-1595) nəzərə alaraq yazır: «Dağlılar ardıcıl olaraq düzənliyin əhalisinə təzyiq edirdilər. Sonuncular dəf edirdilər, lakin onların müqaviməti siyasi və iqtisadi şəraitdən asılı idi. Dağlılar düzənliyə gah işçi və ya muzdur kimi, gah da işğalçı kimi girirdilər. Bəzən onlar şəhərləri, bütöv dövləti özlərinə tabe və idarə etmək üçün kütləvi hücumlar təşkil edirdilər. Bu təhlükəyə Babilistan və Assuriya eyni cür yanaşmırdılar. Babillilər Şumer ənənələrini davam etdirərək (o öz ifadəsini En-Merkarın tarixində tapmışdı) mədəni tə’sir göstərməyə çalışırdılar (çalışırdılar ki, kontakt zonasında hibrid bufer dövlət səviyyəsi stimullaşdırılsın)...».
Düzənlik əhalisi dedikdə İkiçayarası, dağlılar dedikdə, Qərbi Azərbaycan – Zaqros dağlarının əhalisi – lullubilər, kutilər nəzərdə tutulur. Mədəni inkişaf az-çox yaxın olmasa, dağ əhalisi İkiçayarası və Assur dövlətlərini bu qədər təzyiq altında saxlaya bilməzdi. Oppenheym burada aşkar şəkildə "bufer dövlət"dən, eyni səviyyəli mədəni inkişafdan danışır, həm də babillilərin Şumer- Uruk hakimi En-Merkarla arattalılar arasındakı neçə yüz il əvvəlki tarixi əlaqəni, dostluq münasibətlərini nəzərə aldıqlarını qeyd edir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #137690428 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Elm xadimi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |