Adana soyqırımı
Adana soyqrımı | |
---|---|
Əsas münaqişə: Türklərin ermənilər, aysorlar və digər xristian azlıqları hədəfə almış olan son qırğınları | |
| |
Tarix | aprel 1909 |
Yeri | Adana vilayəti, Osmanlı imperiyası |
Səbəbi | Xristianafobiya, ermənifobiya, rasizm |
Nəticəsi | 20.000-dən çox erməni öldürülmüşdür[1], erməni, aysor və yunanlara böyük zərər dəymişdir[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Adana Soyqırımı (erm. Ադանայի կոտորած; türk. Adana Katliamı) və ya Kilikiya Soyqırımı və yaxud da Osmanlı dilindəki adı ilə adlandırılarsa Adana iğtişaşları (erm. դանայի կոտորած) kimi də tanınan 1909-cu ilin aprel ayında Osmanlı İmperiyasının Adana vilayətində baş vermiş olan qarşılıqlı silahlı hücumlar ilə müşahidə edilmiş etnik münaqişələr nəticəsində Adana regionunun müsəlman əhalisi tərəfindən ermənilərin yaşadıqları məhəllə və kəndlərdə həyata keçirildiyi iddia edilən ermənifob talanların adıdır.[3] Hadisələr nəticəsində 15-30 min arasında erməninin öldürüldüyü iddia olunur.[4][5][6] Osmanlı və türk mənbələrində qeyd edilmiş olan məlumatlara görə isə bunun tam əksi olaraq, tərəflər arasında qarşılıqlı toqquşmalar nəticəsində hər iki tərəfdən də ölənlər olmuşdur. Bu hadisələrdən dərhal sonra hökumət təcili olaraq Rumelidən Adanaya hərbi qüvvələr göndərmişdir. Onlar regiona gəldikdən sonra hadisələr yenidən alovlanmış olsa da, lakin bu dəfə qiyam qısa bir zaman ərzində yatırılmışdır. Camal Paşa Adana hadisələri nəticəsində 17.000 erməni və 1.850 müsəlmanın öldürüldüyünü, əgər şəhərin əhali nisbətinin ermənilərin xeyrinə olacağı təqdirdə isə, bu rəqəmlərin tərsinə çevriləcəyini bildirmişdir. “Yeni Təsvir-i Əfkar” qəzetin də isə ölənlərin sayı belə verilmişdir: 1186 nəfər müsəlman, 5243 nəfər isə qeyri-müsəlman əhali. Həmçinin İsmayıl Hami ölənlərin sayının 1850 türk və 1700 erməni olduğunu müəyyənləşdirmişdir. Digər tərəfdən isə, Erməni patriarxlığı özünün aparmış olduğu tədqiqatlar nəticəsində ölənlərin sayının 21.300 nəfər olduğunu müəyyən etmişdir. Həmçinin də Osmanlı parlamentinə Ədirnədən seçilmiş millət vəkili olan Babikyan Əfəndi də öz növbəsində parlamentə təqdim etmək üçün hesabat hazırlamışdır. Lakin o, çox keçmədən vəfat etdiyi üçün parlamentdə müzakirə oluna bilinməyən bu hesabatda ölənlərin sayının 21.001 nəfər olduğu göstərilmişdir. Camal Paşanın vermiş olduğu rəqəmlərin məhkəmələrin bitməsindən sonrakı dövrə aid olduğu nəzərə alınarsa, hadisələr zamanı qaçıb sonradan geriyə gələnlərin ola biləcəyi ehtimalı olduğu üçün, ölən ermənilərin sayının 21 min yox, 17 minə yaxın olduğunu güman etmək mümkündür.[7][8][9][10][11][12][13][14]
Adlandırılması
[redaktə | mənbəni redaktə et]Adanada baş vermiş olan bu hadisələr müxtəlif tərəflər tərəfindən müxtəlif fərqli adlarla adlandırılmışdır:[15]
- Adana iğtişaşı (Adana qarışıqlığı): Osmanlı idarəçilərinə (rəsmilərinə) görə
- Adana vaqiəsi (Adana hadisələri): Yerli hökumət nümayəndələrinin adlandırmasına görə
- Adana Fəlakəti və ya Adana faciəsi: Erməni mənbələrinə görə
- Adana soyqırımı: Missioner mənbələrinə görə
Bu adlandırılmalardan əlavə olaraq hadisələr bəzi mənbələrdə isə “Adana üsyanı” və yaxud da “Adana hərəkatı” kimi də qeyd edilmişdir.
Arxa plan
[redaktə | mənbəni redaktə et]Əhali: Çukurova və ya qədim və orta əsrlərdəki adı ilə adlandırılmış olarsa Kilikiya, müasir erməni dövlətindən əvvəl mövcud olmuş olan son uzunmüddətli erməni dövləti olan Kilikiya Erməni Krallığının yaradıldığı coğrafi regiondur. Əvvəllər məmlüklərin, daha sonralar isə Osmanlıların hakimiyyəti altına keçən region bu dövrlərdə əhəmiyyətli sayda bir erməni əhalinin yaşadığı ərazi olmuşdur. Bu region 1894-1896-cı illərdəki qarşıdurmalar zamanı zərər görməmişdir.[15] Xüsusilə Cənub-Şərqi və Şərqi Anadoludakı erməni silahlı birləşmələri ilə Həmidiyyə alayları arasında baş vermiş olan qarşıdurmalardan mühafizə olunmuş olan erməni əhali bu hadisələrdən sonra keçirilmiş olan 1914-cü ildəki Osmanlının rəsmi əhalini siyahıya alma nəticələrinə görə Adanada və ətraf ərazilərdə hələ də 52.650 nəfər (müsəlman əhali: 341.903) təşkil etmişdirlər. Bu isə öz növbəsində, ermənilərin regionda varlığını davam etdirdiyi və regionun əhəmiyyətli etnik azlığını təşkil etdiyini göstərir.
31 Mart Hadisəsi: Konstitusiyalı monarxiya dövründə hakimiyyətdə olan İttihad və Tərəqqi Komitəsi ilə digər şəriət tərəfdarı olan qruplar arasında aprel ayının 12-dən 13-nə keçən gecə başlayan üsyan aprel ayının 13-də (Hicri təqvimi ilə mart ayının 31-də) Hərəkat ordusu tərəfindən yatırılmışdır. Baş vermiş olan bu hadisə bu dövrlərdə ölkədəki siyasi təlatümləri bir daha meydana çıxarmışdır. Adana hadisələri isə bu hadisədən yalnız bir gün sonra, yəni 14 aprel 1909-cu ildə baş vermişdir. Böyük Britaniyanın regiondakı səfiri hadisələrdən əvvəl şəhərdə tərəflər arasında baş vermiş olan etnik gərginliyi siyasi səbəblər ilə əlaqələndirir və hesabatında belə qeyd edirdi:[16] “Konstitusiyalı monarxiyanın elanından sonra (24 iyul 1908) Adanada demək olar ki, heç kim həqiqətən də hökumətdən razı deyildi. Türklər artıq daha uzun bir müddət ağa ola bilməyəcəkləri fikrinə nifrət edirdilər. Ermənilər muxtariyyət üçün tələsirdilər. Yunanlar isə öz növbəsində konstitusiyalı monarxiyaya etibar etmirdilər, çünki onun yaradılmasına töhfə verməmişdilər və eyni zamanda da köhnə rüşvət sistemində nail olduqları imkanların bəzilərini konstitusiyalı monarxiya dövründə itirəcəklərindən narahat idilər..."
Ermənilərin silahlanması: Konstitusiyalı monarxiyadan əvvəlki dövrlərdə Qeyri-müsəlmanlara silah gəzdirmək qadağan edilmişdi. Bu qadağa aradan qaldırıldıqdan sonra isə Çukurova erməniləri xüsusilə də kilsə dəstəyi ilə silahlanmağa başlamışdırlar. Misirə qaçan erməni yepiskopu Muşeqin silahlanma və öldürmə mövzusunda dediyi sözlər xüsusilə əhəmiyyətli olub diqqətəlayiqdir;
- "Qisas; qətlə qarşılıq olaraq qətl, cinayətə qarşılıq olaraq cinayət; silah alın. 1895-ci ildə öldürülmüş olan hər bir erməniyə görə bir türk öldürün".
- Bir pencəyi olan belə, onu satıb yerinə silah alsın”[17].
Türklərə qarşı törədilmiş olan təxribatlar: Adananın yerli qəzetlərindən biri olan İtidal qəzeti hadisələr zamanı türkləri təxribata cəlb edəcək yazılar dərc etdirmişdir. Qəzetin sahibi olan İhsan Fikri bəy isə sonradan təşkil edilmiş olan məhkəmə prosesində mühakimə olunmuşdur.
Hadisələr və itkilər
[redaktə | mənbəni redaktə et]İstintaq və məhkəmə prosesi
[redaktə | mənbəni redaktə et]Hadisə şahidlərindən biri Hagop Terzian olmuşdur. Baş verənlərin təhqiqatı üçün İstanbuldan iki nümayəndə heyəti göndərilmişdir. Biri Adanada, digəri isə Osmaniyədə olmaqla iki hərbi məhkəmə (Divan-ı Hərb-i Örfi) yaradılmışdır. Heyətlərdən biri Mersin valisi Əsəd bəyin rəhbərliyi altında, Dövlət Şurasının üzvü olan Faiq bəy və Cinayət Məhkəməsinin üzvü Artin Mosmorciyan Əfəndidən, digəri isə Məclis-i Məbusan üzvü olan Yusif Kamal Tengirşenk rəhbərliyində, Babikyan Əfəndi, Arif bəy və Musdikyan Əfəndidən ibarət olmuşdur.[15]
Xülasə rəylər
[redaktə | mənbəni redaktə et]Erməni tezisi: Hadisələri daha əvvəllər baş vermiş olan Çukurova və ölkənin şərqində baş vermiş olan etnik münaqişələr ilə, 1915-ci il 24 aprel həbsləri və 27 mayda qüvvəyə minmiş olan Deportasiya Qanunu da daxil olmaqla bir vəhdət halında görürlər. Onlar, baş verənləri İttihad və Tərəqqi Komitəsinin erməni xalqına qarşı əvvəlcədən planlaşdırmış olduğu soyqırımı (erməni soyqırımı) kimi qiymətləndirirlər.[18][19][20][21][22][23][24]
Türk tezisi: Hadisələr zamanı baş vermiş olan dağıntı və itkiləri erməni milli hərəkatının təşkil etdiyi erməni üsyanlarının bir hissəsi kimi görür. Münaqişənin qarşı tərəfdən başladıldığı və məqsədinin müstəqil bir erməni dövlətinin yaradılması olduğu iddia edilir. Etnik münaqişə zamanı erməni tərəfinin təqdim etdiyi itkilər haqqındakı rəqəmlər şişirdilmiş hesab edilsə də, münaqişələrdə ermənilərin öldürüldüyü qəbul edilir. Bundan əlavə, hadisələr zamanı Osmanlı əleyhinə olan xarici dövlətlərin ermənilərə vermiş olduğu dəstək və itkilər arasında müsəlman əhalinin olduğu da xüsusi ilə vurğulanır.[25][26]
Mədəniyyətdə
[redaktə | mənbəni redaktə et]Kibaroğulları mərsiyəsi (Müfti mərsiyəsi, Müftinin mərsiyəsi) — [27] adlı Adana ətrafına məxsus olan mərsiyə 1909-cu ildəki Adana hadisələrindən sonra həyata keçirilmiş olan edamlar zamanı edam edilmiş olan şəxslərdən biri olan Baxça müftisi üçün yazılmışdır. Mənbələr mərsiyənin dövrü ilə bağlı başqa vaxtlara və ya fərqli edam yerlərinə işarə etsələr də, prof. Dr. Əli Osman Öztürk apardığı tədqiqatlar nəticəsində Dəniz İşləri Naziri və IV Ordu Komandanı olmuş olan Camal Paşanın xatirələrindən aşağıdakı hissəyə çatır:
- “Edam edilən müsəlmanlar arasında Adananın ən qədim və zəngin ailələrindən olan gənclərlə yanaşı, Baxça mahalının müftisi də var idi. “Bu müftinin o ərazinin türkləri arasında böyük bir nüfuzu var idi”.
Əhməd Qocaman müftinin edamı məsələsinə belə işıq tutmuşdur:
- “Sultan Rəşadın taxta çıxdığı dövrlərdə Çukurovada ermənilər Osmanlı dövlətinə qarşı üsyan qaldırırlar. Baxça müftisi "ermənilərin qanı və malı halaldır" fətvası verdiyi üçün Dörd yolda hökumət tərəfindən edam edilir. “Anası isə bunlar üçün mərsiyə yazır” (əslində hadisələr Sultan II Əbdülhəmidin dövründə baş vermişdir)
Mərsiyə hadisələrdə əli olan təxribatçı bir müftinin edam edilməsinin, yəni dövlət tərəfindən cəzalandırılmasının mədəni sənədidir.
Haçin mərsiyəsi — müasir adı Saimbəyli olan ərazinin əvvəlki adı erməni mənşəli Haçin olmuşdur. O dövrdə burada Haçin mərsiyəsi yazılmışdır. Əhalisinin əksəriyyəti ermənilər olan bu rayonda türklər bu ərazinin etnik azlığını təşkil edirdilər. Mərsiyənin hekayəsində hadisələr türklərin gözü ilə təsvir edilmişdir.
- Məhşər qazanı qurmuşlar
- Körpələri qaynadırlar
- Gün görməmiş xanımları
- Süngü ilə oynadırlar
Adanayi Voqb (Adana mərsiyəsi) — Simpad Pürad tərəfindən yazılmış olan erməni mərsiyəsidir. Ermənilərin bu hadisələr zamanı vermiş olduqları itkiləri üçün yazılmışdır. Mərsiyədən bir hissə:
- Odlar içində üç gün üç gecə,
- Qılınclar içəridən, toplar çöldən,
- Sildilər ermənini dünya üzündən,
- Qanlar axır təmiz sulardan.
Qəssab Misak mərsiyəsi — 1960-cı ildən əvvəl Kapadokya mənşəli yunan musiqiçisi olan Teodoros Dəmirçioğlu tərəfindən lentə alınmış olan elegiyadır. “Mərsiyədə” 1909-cu ildəki Adana hadisələrindən sonra Misak adlı erməni qəssabının edam edilməsindən bəhs edilir. Əsərdə Qaramanlı şivəsinin xüsusiyyətləri hiss edilir. Mərsiyədən bir hissə:
- Bu nədir, qəssab Misak?
- Bu halına can dayanarmı?
- Qoyun kimi asıldın sən,
- Səni görən inanarmı?
Tarsusun Qırmızı Xalçaları (The Red Rugs of Tarsus) — Tarsus Amerika Liseyində, o dövrdəki adı ilə Müqəddəs Paul İnstitutunda işləyən qadın müəllim olan Hellen Davenport Gibbonsun xatirələrini özündə əks etdirən kitabdır. Bu kitabda da bu soyqırım haqqında məlumatlar verilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ McCullagh, Francis. The Fall of Abd-ul-Hamid. London: Methuen & Co. Ltd. 1910. səh. 138.
- ↑ Nazan Maksudyan. Women and the City, Women in the City: A Gendered Perspective on Ottoman Urban History. Berghahn Books. 2014. səh. 122.
- ↑ "30,000 KILLED IN MASSACRES" (İngiliscə). The New York Times. 25 aprel 1909. 3 Aralık 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2011. (#apostrophe_markup)
- ↑ Akcam, Taner. A Shameful Act. 2006, page 69–70: "fifteen to twenty thousand Armenians were killed
- ↑ Century of Genocide: Eyewitness Accounts and Critical Views By Samuel. Totten, William S. Parsons, Israel W. Charny
- ↑ Walker, 1980, pp.182-88
- ↑ "Adana Olayları". Sakarya Üniversitesi Türk Ermeni İlişkileri Araştırma Merkezi. 14 fevral 2022 tarixində arxivləşdirilib.
- ↑ Osmanlı Belgelerinde 1909 Adana Olayları, T.C. Başbakanlık Devlet Arşivleri Genel Müdürlüğü Yayınları, Ankara, 2010.
- ↑ Akcam, Taner. A Shameful Act. 2006, pp. 69–70: "fifteen to twenty thousand Armenians were killed"
- ↑ "Armenian Wealth Caused Massacres". The New York Times. April 25, 1909. October 3, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2024.
- ↑ Suny, 2015. səh. 172–173
- ↑ Gaunt, David. "The Assyrian Genocide of 1915". Assyrian Genocide Research Center. 2009. 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ Suny, 2015. səh. 171
- ↑ Raymond H. Kévorkian, "The Cilician Massacres, April 1909" in Armenian Cilicia, eds. Richard G. Hovannisian and Simon Payaslian. UCLA Armenian History and Culture Series: Historic Armenian Cities and Provinces, 7. Costa Mesa, California: Mazda Publishers, 2008, pp. 339–369.
- ↑ 1 2 3 "1909 Adana İğtişaşı/ Faciası/ Katliamı" (Türkçe). Taraf Gazetesi. 15 aprel 2013. 20 may 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 aprel 2013. (#apostrophe_markup)
- ↑ The Armenian Rebellions-Ermeni İsyanları, The Adana insurrection (1909)-Adana İsyanı Arxivləşdirilib 2014-01-31 at the Wayback Machine Türkiye Dışişleri Bakanlığı
- ↑ Ermeni Soykırımı Aldatmacası ve 1919-1920 Adana Katliamları[ölü keçid] Yrd. Doç. Y.Z. BİLDİRİCİ
- ↑ "Sait Çetinoğlu: KİLİKYA 1909: Adana'da Adaletin Katledilmesi" (türk). 1 iyun 2015. 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "Ermeni Soykırımı (1915–16): Detaylı | Holokost Ansiklopedisi". 2022-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022. (#invalid_param_val)
- ↑ "Adana Katliamı". 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "1909 Adana Katliamı – Behçet Çelik – Altüst Dergisi" (Türkçe). 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "106. yıldönümünde Adana Katliamı'nın ardındaki gerçekler" (Türkçe). 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "Kilikya Katliamı 1909" (türk). 25 aprel 2020. 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "2009 Emirgan'ından 1909 Adana'sına: Sis'e, Darson'a, Haçin'e Bakmak - Aslı Odman" (Türkçe). 2022-10-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022. (#invalid_param_val)
- ↑ "Adana İğtişâşı Sırasında Ermeni-Türk Propaganda Savaşları". 4 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2022.
- ↑ "Sakarya Üniversitesi | Türk Ermeni İlişkileri Araştırma Merkezi | ADANA OLAYLARI". 4 oktyabr 2022 tarixində arxivləşdirilib.
- ↑ 1909 Adana-Ermeni Olaylarına bir Tanık:Kibaroğlullarının Ağıtı Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine,Prof.Dr. Ali Osman ÖZTÜRK