Adams Uolter Sidni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adams Uolter Sidni
ing. Walter Sydney Adams
Doğum tarixi 20 dekabr 1876(1876-12-20)[2][3][…]
Doğum yeri
Vəfat tarixi 11 may 1956(1956-05-11)[4][2][…] (79 yaşında)
Vəfat yeri
Elm sahələri astronomiya, Günəş radiasiyası[d][1]
İş yeri
  • Vilson dağı rəsədxanası[d]
Təhsili
Üzvlüyü
Mükafatları Kral Astronomiya Cəmiyyətinin Qızıl medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adams Uolter Sidni (20. 12. 1876–11. 5. 1956)— Amerika astronomu, Milli EA üzvü (1917).

Həyatı və iş

[redaktə | mənbəni redaktə et]

1900 ildə Çikaqo Universitetini bitirmişdir. 1904–1946 illərdə Maunt-Vilson rəsədxanasında (1923 ildən direktoru, 1946 ildən fəxri direktoru) işləmiş. Elmi iş ləri ulduzların, planetlərin, Günəşin, ulduzlar arası mühitin spektral öyrənilməsinə həsr olunmuşdur. Maunt-Vilson rəsədxanasında şüa sürətlərinin və spektral parallaksların təyini, həmçinin ulduzların spektral təsnifatı üzrə geniş tədqiqatlarının təşkilatçısı və rəhbəri olmuşdur. Çoxlu sayda spektral qoşa ulduz kəşf etmiş, dəyişən və yeni ulduzların spektrlərini öyrənmişdir. 1925–1934 Ç. Sent-Con və T. Danhem ilə birlikdə Mars atmosferində su buxarının və oksigenin miqdarını ölçmüşdür. Öz əməkdaşları ilə birlikdə 60–100 düyümlü refrektorlar vasitəsilə 7000 ulduzun şüa sürətlərini ölçmüş, bir neçə min ulduzun təsnifatını verərək onların mütləq ölçülərini təyin edib. London Kral astronomiya cəmiyyətinin qızıl medalı (1917), ABŞ Milli EA Dreper ad. (1918) və Paris EA Jansen ad. (1935) medalları ilə təltif olunmuşdur.[6]

  1. 1 2 Adams, Walter S. // Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 Walter Sydney Adams // Brockhauz Ensiklopediyası (alm.).
  3. Walter Sydney Adams // Proleksis enciklopedija, Opća i nacionalna enciklopedija (xorv.). 2009.
  4. Адамс Уолтер Сидни // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 NNDB (ing.). 2002.
  6. Azərbaycan Milli Ensiklopediyası. I. Bakı. 2009. səh. 80. ISBN 978-9952-441-02-4 978-9952-441-00-0.