Adam Maniok

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Adam Maniok
mac. Mányoki Ádám
Doğum tarixi
Vəfat tarixi
Vəfat yeri
Fəaliyyəti rəssam
Janr portret
Stil Barokko
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adam Maniok – (mac. Mányoki Ádám, 1673[2][3][…]6 avqust 1757[4], Drezden[1]) Macar portret rəssamı. Barokko sənət axımının nümayəndələrindən olmuşdur.

Adam Maniok 1673-cü ildə protestant bir rahibin oğlu olaraq dünyaya gəlmişdi. Ailəsi kasıb olduğundan onu alman bir ailənin himayəsinə vermişdi. Maniokun təhsilində bu ailənin rolu böyük olmuşdur. O ilk əvvəl Lüneburq şəhərinə, oradan isə Hamburqa gələrək burada təhsil almışdır. Daha sonra Hannoverdə Andreas Şeyts və Parisdə Nicolas de Largillierenin yanında çalışmışdır. Niderlandda təhsilini tamamladıqdan sonra 1703-1707-ci illərdə Prussiya kralı I Fridrix Uilyamın sarayında yaşamış, saray rəssamı olmuşdur. 1707-ci ildə Adam Maniok II Ferens Rakoçinin sarayında xidmət etməyə başlayır. 1711-ci ildə o Rakoçi ilə birgə Polşaya yola düşsə də Fransada qalır. Burada ona Kral II Avqustun portretini çəkmək tapşırılmışdı. 1717-ci ildə yenidən saray rəssamı olan Maniok 6 il sonra İmperator VI Çarlz və qızı Maria Annanın portretini çəkmək üçün VyanaPraqaya yollanır. 1724-1731-ci illər ərzində Macarıstana qayıdaraq burada yaşamışdır. 1731-ci ildən sonra isə rəssam DrezdenLeypsiq şəhərlərində yaşamış, 1736-cı ildə Polşa kralı III Avqustun sarayında yenidən saray rəssamı olmuşdur. Lakin burada maaşı vaxtı vaxtında ödənmədiyi üçün Maniok 1753-cü ildə sarayı tərk edir. Həyatının son illərini yoxsulluq içində yaşayan rəssam 1757-ci ildə, 83 yaşında vəfat etmişdir.[5]

  1. 1 2 Deutsche Nationalbibliothek Record #121986500 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. ?d?m M?nyoki // British Museum person-institution thesaurus.
  3. Ádám Mányoki // Faceted Application of Subject Terminology.
  4. Garas K. Adám Mányoki // Mányoki, Adám (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T054101
  5. "Mányoki Ádám". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-31.