Abuna Yemata Quh

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pravoslav ortodoks
Abuna Yemata Quh
ኣቡና የማታ ጉሕ
Kilsənin girişində duran rahib
Kilsənin girişində duran rahib
Din
Statusu Kilsə
Yerləşməsi
Ölkə  Efiopiya
Bölgə Tiqray
Şəhər Havzen
Memarlıq
Üslubu Kapella
Vəziyyəti fəaliyyət göstərir
Abuna Yemata Quh xəritədə
Abuna Yemata Quh
Abuna Yemata Quh
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abuna Yemata QuhEfiopiyanın Tiqray bölgəsinin Havzen şəhərində yerləşən monolit kilsə. 2,580 metr (8,460 fut) yüksəklikdə yerləşir[1] və kilsənin içərisinə daxil olmaq üçün piyada dırmaşmaq lazımdır. V əsrə aid olan günbəzi, divar rəsmləri və memarlığı ilə diqqət çəkir.[2]

Ziyarətçilər kilsəyə çatmaq üçün təxminən 250 m enişli təbii daş körpüdən, sonra isə dar taxta piyada körpüsündən keçməlidirlər.[3] Ardınca 300 metr (980 fut) hündürlüyündə məsafəni əl tutacaqlarından və ayaq tutacaqlarından (əlavə dayaq olmadan) istifadə edərək şaquli halda qaya divarına dırmaşmalıdırlar. Sonda isə 50 sm enində, aşağısı isə qaya olan çıxıntı üzərində keçmək lazımdır.[4] Kilsənin hazırda mövcud olan sütunlarının kimyəvi tərkibi Kembridən əvvələ aid olan qumdaşı formasiyasının son eroziya qalıqlarından, entiçoadiqrat mənşəli qumdaşlarından ibarətdir.[5] Abuna Yemata Quh dünyanın ən əlçatmaz ibadət yeri olsa da, əsasının qoyulduğu 1500 il əvvəldən indiyədək buraya dırmaşmaq istəyən bir nəfər belə yerə yıxılmayıb.[6]

Yerli əfsanəyə görə kilsənin əsası (qayanın yonulması) VI əsrdə qoyulub və "doqquz müqəddəslər"dən biri olan Abuna Yemataya (yaxud Abba Yem'ata da deyilir) ithaf olunub. Doqquz müqəddəslərin V əsrin sonu və VI əsrin əvvəlləri arasında Roma, KonstantinopolSuriyadan gəldiyinə inanılır.[7][8]

Kilsədəki rəsmlər

[redaktə | mənbəni redaktə et]
Kilsənin daxili

Kilsədəki rəsmlərin dizaynı Debre Tsion kilsəsi kimi yaxınlıqdakı digər kilsələrdə tapılanlarla eynidir. Rəsmlərdə Əhdi-ətiqi əks etdirən fiqurlar, Əhdi-cədidi əks etdirənlərdən daha çoxdur. Həmçinin quru hava və rütubətin olmaması bu freskaları orijinal mükəmməlliyi ilə qoruyub saxlamışdır.[9] Rəsmlər Efiopiyada xristianlığın ilkin izlərinə aiddir və doqquz müqəddəs və on iki həvari haqqında mövzuları əhatə edir.[10] Ən qədim ikonalar XV əsrə aiddir və diptix, yaxud triptix şəklindədir.[11]

  1. The Rough Guide to Ethiopia (1). UK: Rough Guides. 2 Mar 2015. 160. ISBN 9780241181850.
  2. Buxton, David. The Abyssinians (1. publ.). London: Thames & Hudson. 1970. səh. 145. ISBN 9780500020708.
  3. Scott, Audrey; Noll, Daniel. "In Ethiopia, an adrenaline-filled act of faith". BBC Online. 22 Aug 2014. 17 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2024.
  4. Gebremariam, Kidane Fanta; Kvittingen, Lise; Nicholson, David Graham. "Multi-analytical investigation into painting materials and techniques: the wall paintings of Abuna Yemata Guh church". Heritage Science. 4 (1). 28 September 2016. doi:10.1186/s40494-016-0101-6. hdl:11250/2652856.
  5. Williams, Frances M. Understanding Ethiopia: Geology and Scenery (illustrated). Springer. 2016. 343. ISBN 9783319021805.
  6. https://africageographic.com/stories/ethiopia-living-churches-ancient-kingdom/#:~:text=Priests%20cheerfully%20tell%20visitors%20that%20pregnant%20women%2C%20babies,Guh%20is%20removed%20from%20the%20noise%20of%20life Arxivləşdirilib 2024-04-07 at the Wayback Machine.
  7. Votrin, Valery. "The Orthodoxy and Sustainable Development a Potential for Broader Involvement of the Orthodox Churches in Ethiopia and Russia". Environment, Development and Sustainability. 7 (1). January 2005: 9–21. doi:10.1007/s10668-003-5053-9.
  8. Hable Selassie, Sergew. Ancient and medieval Ethiopian history to 1270 (English). Printed by United Printers. 1972. 370. OCLC 868317.
  9. Fitzgerald, Mary Anne; Marsden, Philip. The Living Churches of an Ancient Kingdom. American University in Cairo Press. 536. ISBN 9789774168437.
  10. Williams, Frances M. Understanding Ethiopia: Geology and Scenery (illustrated). Springer. 2016. 343. ISBN 9783319021805.
  11. Henze, Paul B. Layers of time a history of Ethiopia (2nd impr.). London: Hurst. 2001. səh. 79. ISBN 9781850653936.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]