Abdulla Ələkbərov (bioloq)
Abdulla Ələkbərov | |
---|---|
Doğum tarixi | |
Vəfat tarixi | |
Vətəndaşlığı | SSRİ Azərbaycan |
Elm sahəsi | Herpetologiya |
Elmi dərəcəsi | Biologiya elmləri doktoru |
Elmi adı | Professor |
İş yerləri | BDU Onurğasızlar və onurğalılar zoologiyası kafedraları |
Təhsili | ADPU |
Mükafatları | «Qırmızı ulduz, «Şərəf nişanı» ordenləri və bir sıra medallar |
Abdulla Mustafa oğlu Ələkbərov (1912 – 1981) — Biologiya elmləri doktoru, professor.
Həyatı
[redaktə | mənbəni redaktə et]Abdulla Ələkbərov 1912-ci ildə anadan olmuş, Azərbaycan Dövlət Pedaqoji Universitetində ali təhsil almışdır. A.Ələkbərov 1946–1967-ci ildə illərdə AMEA-nın Zoologiya universitetində baş elmi işçi vəzifəsində çalışmış, namizədlik və doktorluq dissertasiyalarını Leninqrad Dövlət Universitetində müdafiə etmişdir. Abdulla Ələkbərov 1967-ci ildən ömrünün sonlarınadək Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, Biologiya fakültəsinin dekanı, Onurğasızlar və onurğalılar zoologiyası kafedralarının müdiri vəzifələrində çalışmışdır.
Elmi yaradıcılığı
[redaktə | mənbəni redaktə et]Abdulla Ələkbərovun əsas tədqiqat sahəsi herpetologiyadır. Onun "Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri" (1978) adlı monoqrafiyası (rus dilində) nəşr olunmuşdur. A.Ələkbərov 80-ə qədər elmi məqalənin müəllifidir, 10 nəfər biologiya elmləri namizədi hazırlamışdır. Abdulla Ələkbərov "Qırmızı ulduz", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.[1]
Əsas monoqrafiyası
[redaktə | mənbəni redaktə et]- Azərbaycanın suda-quruda yaşayanları və sürünənləri. Bakı, 1978
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014