Ağaxan Ağabəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağaxan Ağabəyli
Ağaxan Ələskər oğlu Ağabəyli
Doğum tarixi 22 dekabr 1904(1904-12-22)[1]
Doğum yeri
Vəfat tarixi 20 avqust 1980(1980-08-20)[1] (76 yaşında)
Vəfat yeri
Elmi dərəcəsi
Elmi adı
Tanınır Camışçılıq elminin banisi
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağaxan Ələsgər oğlu Ağabəyli (22 dekabr 1904[1], Kür Qaraqaşlı[2]20 avqust 1980[1], Bakı) — kənd təssərrüfatı elmləri doktoru, professor, Ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyasının (hal-hazırda Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyası) müxbir üzvü (1956). AMEA-nın müxbir üzvü, Azərbaycanın Əməkdar elm hadimi (1964). Camışçılıq elminin banisi.[3][4][5]

Ağaxan Ağabəylinin atası Ələsgər Soltan oğlu Ağabəyli varlı, ziyalı, tacir və mülkədar olmuşdur. 1923-cü ildə Salyanda orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun kənd təsərrüfat fakültəsinə daxil olur və oranı bitirdikdən sonra göndərişlə Xalq Torpaq Komitəsinin Kolxoz mərkəzi sistemindəki salyan peşə məktəbinin direktoru (1927–1929) təyin olunur, daha sonra bakıŞəkidə aqronom – zootexnik (1929–1930) işləyir. Orta və ali məktəblərdə oxuduğu 1920–1927-ci illərdə təhsil almaqla paralel olaraq xalq məhkəməsinin istintaq şöbəsində kargüzar və Salyan şəhərinin sosial – təminat şöbəsində işaparıcı, Bakı və Salyan şəhərlərində müəllim vəzifələrində çalışmışdır.

1925–1926-cı illərdə o, tələbə elmi xətti ilə ətlik ingilis qoyun cinslərinin yetişdirilməsi tarixini öyrənmək məqsədilə Ukraniyadaki Ümumittifaq Hibridləşdirmə və İqlimləşdirmə İnstitutuna , onların yunluq və ətlik məhsuldarlığını öyrənmək məqsədilə Askaniya-Nova Hibridləşdirmə İnstitutuna, habelə professor N. D. Potyomkinin rəhbərliyi altında elmi tədqiqatlarla məşğul olmaq üçün Moskva və Leninqrad şəhərlərinə göndərilmişdir.

A. Ə. Ağabəyli 1930-cu ildə "İri buynuzlu qaramalın genetika və seleksiyası" ixtisası üzrə Moskva ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnistitutunun aspiranturasına daxil olmuş və "Ləzgi cinsli qoyunlar və onların meronoslarla çarpazlaşdırılmasının nəticələri" mövzusunda tədqiqatlar aparmışdır.

A. Ə. Ağabəylinin bir alim kimi formalaşmasında N. D. Potyomkin, E. N. Liskin, A. S. Serebrovski, M. A. Dyakov, N. İ. Kalugin, İ. V. Fiqurovski, V. T. Smirnov-Loginov və b. Görkəmli alimlərin böyük rolu olmuşdur.

1932-ci ildə aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra ,36 il müddətinə AzKTİ-nin "Heyvanların yetişdirilməsi və genetikası"kafedrasına rəhbərlik etməklə yanaşı, "Zoologiya və darvinizm"kafedrasının müdiri, Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnistitutunda baş elmi işçi (1932–1946), AzKTİ-nun zootexnika fakültəsinin dekanı (1932–1996) işləmişdir.

1966-cı ildən həyatının son günlərinədək A. Ə. Ağabəyli Azərbaycan EA Genetika və seleksiya İnistitutunda yeni yaradılmış "Heyvanların genetikası və seleksiyası" şöbəsinə rəhbərlik etmişdir. O, 1938-ci ildə namizədlik, 1949-cu ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1939-cu ildə dosent, 1950-ci ildə professor adlarına layiq görülmüşdür. 1956-cı ildə A. Ə. Ağabəylinin ÜİKT EA –nın müxbir üzvü seçilməsi isə onun genetika, seleksiya və zootexnika elmlərinə gətirdiyi yeniliklərin yüksək səviyyədə dəyərləndirilməsinə dəlalət edirdi.

A. Ə. Ağabəyli apardığı elmi tədqiqatlar və əldə etdiyi elmi nəticələrə əsaslanaraq zootexniki tövsiyələr, camışların bonitirovkası üzrə təlimatlar hazırlamış və onların istehsalatda geniş tətbiqinə nail olmuşdur..

A. Ə. Ağabəylinin camışlığa aid 135-dən çox elmi əsəri, "Camışçılıq"(1948,1959, və 1964) dərs vəsaiti, "Camışlar"(1967) monoqrafiyası, camışların həm taksonomik vahid kimi, həm də ev heyvanı kimi öyrənilməsinin, ümumiyyətlə camışçılıq sahəsindəki apardığı çoxillik elmi tədqiqatların nəticəsidir.

A. Ə. Ağabəyli heyvandarlıq sahəsindəki elmi tədqiqatlarını çox böyük məharətlə pedaqoji fəaliyyəti ilə uzaqlaşdıra bilirdi. Yarım əsrlik bir dövrü əhatə elmi fəaliyyəti müddətində o, 220-dən çox elmi əsər, o cümlədən bir neçə fundamental monoqrafiyya və dərs vəsaiti çap etdirmişdir. Onun "Camışçılıq " adlı dərs vəsaiti olan kitabı bir neçə dəfə "Azərnəşr " nəşriyyatında, fundamental əsər olan "Camışlar" monoqrafiyası və Moskvada ("Kolos"1967) rus dilində nəşr edilmiş və sonradan Vyetnam dilinə tərcümə edilmişdir; Azərnəşrdə 1975-ci ildə "Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi" dərsliyi,1980-ci ildə "Azərbaycan camışları monoqrafiyası", "Elm" nəşriyyatında isə 1981-ci ildə "Azərbaycanda iri buynuzlu qaramalın zebu ilə hibridləşdirilməsi"əsəri çap edilmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France Ağaxan Ağabəyli // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Агабейли Агахан Алескер оглы.
  3. "Агабейли Агахан Алескер оглы. Биографическая энциклопедия РАСХН, ВАСХНИЛ". 2014-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-24.
  4. Российская академия сельскохозяйственных наук: Биографическая энциклопедия / Отв. сост. И. В. Боровских; Под ред. Г. А. Романенко. — Тула: Гриф и К, 2004. — 616 с. — (Материалы к биобиблиографии академического состава Россельхозакадемии). — ISBN 5-8125-0460-1.
  5. "Aghabeyli Aghakhan. AI, Spring 2005. (13.1). pp. 28-31". 2014-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-13.
  • Əli Hüseynov, Məcnun Babayev. "Məşhur biologiya alimləri", Bakı, "Maarif", 2002. səh.135–140

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]