2007 Güləş üzrə Dünya Çempionatı
2007 Güləş üzrə Dünya Çempionatı | ||||
---|---|---|---|---|
Məlumat | ||||
Şəhər | Bakı, Azərbaycan | |||
İştirakçı ölkələr | 92 | |||
İdmançı sayı | 810 | |||
Medal dəsti | 21 | |||
Açılış mərasimi | 17 sentyabr | |||
Bağlanış mərasimi | 23 sentyabr | |||
Keçirildiyi yer | Heydər Əliyev adına İdman Arenası | |||
Çempionlar | ||||
Sərbəst güləş | Rusiya Federasiyası | |||
Yunan-Roma güləşi | ABŞ | |||
Qadınlar arası güləş | Yaponiya |
Güləş üzrə dünya çempionatı 2007-ci il, sentyabrın 23-dən 17-dək Bakıda, Azərbaycanın paytaxtında keçirilib. Yarış Heydər Əliyev adına İdman-konsert kompleksində keçirilmiş, həmçinin 2008-ci il Pekin Olimpiadasına təsnifat turunun hissəsi idi. Belə ki, bütün çəki dərəcələri üzrə ilk 8 yeri tutmuş idmançılar olimpiya oyunlarına vəsiqə aldılar. Bu dünya çempionatında 92 ölkədən 810 idmançı çıxış edib, 25-dan çox ölkədən 130-yə yaxın jurnalist isə çempionatın gedişini izləyib.
Açılış mərasimi
[redaktə | mənbəni redaktə et]Çempionatın açılış mərasimində həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev adına Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyeva iştirak etmişlər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan güləş Federasiyasının prezidenti Fazil Məmmədov beynəlxalq idman yarışlarında, son 10 ildə Azərbaycanda keçirilən olimpiya oyunlarında azərbaycan güləşçilərinin və nailiyyətləri haqqında məlumat vermişlər.
Beynəlxalq güləş assosiasiyaları federasiyasının prezidenti (FILA) Rafael Martinetti çıxış etmişdir.Daha sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycanın həyata keçirdiyi işləri qeyd edib. Sonra Rafael Martinetti Azərbaycan Prezidenti İlham Əliyevə FILA ali mükafatını — "idman Əfsanəsi" medalını təqdim edib[1].
İştirakçılar
[redaktə | mənbəni redaktə et]Çempionatda dünyanın 92 ölkəsinin nümayəndələri iştirak edib. Sərbəst güləş üzrə 313, qadın 198, yunan-roma növündə isə 299 idmançı iştirak edib. Çempionatda cəmi 810 atlet iştirak edib.
Medal Sıralnması
[redaktə | mənbəni redaktə et]Yer | Ölkə | Qızıl | Gümüş | Bürünc | Toplam |
---|---|---|---|---|---|
1 | Rusiya | 7 | 1 | 5 | 13 |
2 | Yaponiya | 4 | 1 | 0 | 5 |
3 | Bolqarıstan | 2 | 1 | 1 | 4 |
4 | Gürcüstan | 2 | 0 | 2 | 4 |
5 | Kuba | 1 | 2 | 2 | 5 |
6 | İran | 1 | 1 | 3 | 5 |
7 | Fransa | 1 | 1 | 2 | 4 |
8 | ÇXR | 1 | 1 | 1 | 3 |
9 | Azərbaycan | 1 | 0 | 1 | 2 |
10 | Türkiyə | 1 | 0 | 0 | 1 |
11 | ABŞ | 0 | 2 | 5 | 7 |
12 | Ukrayna | 0 | 2 | 2 | 4 |
13 | Qazaxıstan | 0 | 1 | 2 | 3 |
14 | Kanada | 0 | 1 | 1 | 2 |
Litva | 0 | 1 | 1 | 2 | |
Monqolustan | 0 | 1 | 1 | 2 | |
Cənubi Koreya | 0 | 1 | 1 | 2 | |
18 | Danimarka | 0 | 1 | 0 | 1 |
Almaniya | 0 | 1 | 0 | 1 | |
İsveç | 0 | 1 | 0 | 1 | |
Tacikistan | 0 | 1 | 0 | 1 | |
22 | Özbəkistan | 0 | 0 | 3 | 3 |
23 | Albaniya | 0 | 0 | 1 | 1 |
Ermənistan | 0 | 0 | 1 | 1 | |
Belarus | 0 | 0 | 1 | 1 | |
Çexiya | 0 | 0 | 1 | 1 | |
Qırğızıstan | 0 | 0 | 1 | 1 | |
Polşa | 0 | 0 | 1 | 1 | |
Rumıniya | 0 | 0 | 1 | 1 | |
Serbiya | 0 | 0 | 1 | 1 | |
Venesuela | 0 | 0 | 1 | 1 | |
Cəmi | 21 | 21 | 42 | 84 |
Komanda reytinqi
[redaktə | mənbəni redaktə et]Yerlər | Sərbəst güləş | Yunan-Roma güləşi | Qadınlar arası güləş | |||
---|---|---|---|---|---|---|
Ölkə | Xal | Ölkə | Xal | Ölkə | Xal | |
1 | Rusiya | 68 | ABŞ | 31 | Yaponiya | 52 |
2 | Türkiyə | 40 | Rusiya | 30 | Qazaxıstan | 39 |
3 | Kuba | 34 | Gürcüstan | 28 | Ukrayna | 39 |
4 | ABŞ | 32 | İran | 26 | ÇXR | 36 |
5 | Özbəkistan | 31 | Cənubi Koreya | 24 | ABŞ | 32 |
6 | Ukrayna | 28 | Fransa | 23 | Kanada | 31 |
7 | İran | 19 | Qazaxıstan | 21 | Rusiya | 31 |
8 | Qırğızıstan | 14 | Macarıstan | 19 | Fransa | 26 |
9 | Bolqarıstan | 12 | Bolqarıstan | 18 | Almaniya | 16 |
10 | Monqolustan | 12 | Litva | 17 | İsveç | 16 |
Yarışların nəticələri
[redaktə | mənbəni redaktə et]Yunan-roma güləşi üzrə mübarizədə ABŞ komandası birinci,Rusiya ikinci, Gürcüstan isə üçüncü olmuşdur.Azərbaycan komandası 11 xal toplayaraq, 16-ci yeri tutub.İran güləşçisi Həmid Sariyal üç qat və Kuba Mizhain Lopez — iki qat dünya çempionu oldular.
Sərbəst güləş növündə 68 xal toplayan Rusiya komandası birinci, Türkiyə komandası isə 40 xalla ikinci Kuba (34 xal) isə üçüncü yeri tutmuşdur. Azərbaycan komandası 12 xalla 9-cu yeri tutşdur. Rusiya güləşçisi Hacımurad Qatsalov üçqat dünya çempionu olmuşdur. Rusiyadan başqa 66 kq çəki dərəcəsində Türkiyəli güləşçi Ramzan Şahin qalib olmuşdur.
Qadın güləşi üzrə birinci yeri Yaponiya, ikinci yeri Qazaxıstan , üçüncü yeri isə Ukrayna, komandaları tutmuşlar.Azərbaycan komandası 11-ci yerə layiq görülmüşdür. Bundan başqa Yapon idmançıları Saori Yosida və Kaori Ityo beşqat dünya çempionu oldular.Çempionat sahiblərinin komandası bir qızıl və bir bürünc (Fərid Mansurov) (Çamsulvara Çamsulvarayev), 2 medal aldı.Fərid Mansurov müstəqil Azərbaycandan dünya çempionatlarında qızıl medal alan ilk yunan-roma güləşçisi oldu.2008-ci il Olimpiya Oyunlarına qalan 3 lisenziyanı isə Mariya Stadnik Yuliya Ratkeviç və Olesya Zamula əldə etdilər[1].
Çempionatın təşkilinə görə Azərbaycan Milli olimpiya komitəsinin vitse-prezidenti Xəzər İsayev, Azərbaycan güləş Federasiyasının Prezidenti Fazil Məmmədov və federasiyanın vitse-prezidenti Namiq Əliyev yüksək səviyyədə və güləşin inkişafı qarşısında xidmətlərinə görə FILA ali mükafatı ilə təltif olundular[1].
Sərbəst güləş (kişilər)
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Bakıda keçirilən güləş üzrə dünya çempionatı başa çatmışdır Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. "Azərbaycan" qəzeti. (az.)