Əsməhan Sultan
Əsməhan Sultan | |
---|---|
osman. سيدة تهب سلطان خان türk. Ismihan Gevher Sultan | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1545[1] |
Doğum yeri | |
Vəfat tarixi | 8 avqust 1585[1] |
Vəfat yeri | |
Dəfn yeri | Sultan Səlim türbəsi, İstanbul |
Atası | II Səlim |
Anası | Nurbanu Sultan |
Həyat yoldaşları |
Sokullu Mehmed Paşa Nişançı Əli Paşa |
Uşaqları |
Sultanzadə İbrahim bəy Gülruh Sultan Sultanzadə Mahmud bəy |
Ailəsi | Osmanlı xanədanı |
Əsməhan Sultan (1545[1], Manisa – 8 avqust 1585[1], İstanbul) — 11. Osmanlı sultanı II Səlimin qızı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Əsməhan Sultan 1544-cü ildə Manisada dünyaya gəldi. Atası Qanuni Sultan Süleymanın oğlu və o illərdə Manisa sancaqbəyi olan Şahzadə Səlim, anası isə Venesiya əsilli kənizlərindən Nurbanu Sultandır. Nurbanu Sultanın eyni il içində dünyaya gətirdiyi üçüncü qız olduğu üçün, bacıları Şah və Gövhərxan Sultanlarla birlikdə üçəm olduğu qəbul edilir. Uşaqlıq illəri atasının sancaqbəyi olaraq xidmət etdiyi Manisa, Qaraman və Kütahyada keçdi. 1 avqust 1562-ci ildə İstanbulda baş tutan möhtəşəm mərasimlə Qanuni Sultan Süleyman yeganə varisi olan Şahzadə Səlimin qızlarını hələ 18 yaşında ikən mühüm siyasi şəxslərlə evləndirdi: Əsməhan Sultan babasının vəzirlərindən Sokollu Mehmed Paşayla, Gövhərxan Sultan kaptan-ı dərya Piyalə Paşayla, Şah Sultan isə yeniçəri ağası Çakırcıbaşı Həsən ağayla nikahlandı. Bu evlilikdən iki uşağı olmuşdu. Bunlar Sultanzadə İbrahim və Gülruh Sultandır. Bir il sonra Sədrəzəm Səmiz Əli Paşa vəfat etdi və beləliklə sədrəzəm xanımı oldu. 1566-cı ilin sentyabr ayında babası Qanuni Sultan Süleymanın ölümündən sonra anası və qardaşı ilə birlikdə İstanbula gəldi. Atasının səltənəti dövründə dövlət əri Sokullu Mehmed Paşa tərəfindən idarə edilirdi. Bu səbəbdən Əsməhan Sultan dövrün güclü qadınlarından birinə çevrildi.
1574-cü ildə atası vəfat etdi və yerinə qardaşı III Murad taxta çıxdı. Əsməhan Sultanın qardaşı III Muradın baş hasəkisi Safiyə Sultanla münasibətləri pis idi. Hətta bəzi mənbələrdə bu səbəbdən qardaşına onlarla kəniz hədiyyə etdiyi qeyd olunur. Bu düşmənçiliyin nəticəsində 1579-cu ildə həyat yoldaşı Sokullu Mehmed Paşa Safiyə Sultan tərəfindən tutulan bir əsgər tərəfindən öldürüldü və Əsməhan Sultan dul qaldı. Birinci ərinin ölümündən sonra Özdəmiroğlu Osman Paşayla nişanlansa da, naməlum səbəblərdən nikah ləğv edildi. Daha sonra Əsməhan Sultan Budin (Budapeşt) hakimi Əli Paşa ilə evləndirildi. 1585-ci ildə İstanbulda uşaq dünyaya gətirdiyi əsnada vəfat etdi. Dünyaya gələn uşaq isə hələ qırxı çıxmadan dünyasını dəyişdi. Məzarı atası Sultan Səlimin türbəsindədir.
Xeyriyyə işləri
[redaktə | mənbəni redaktə et]1571-ci ildə birinci həyat yoldaşının adına Memar Sinan tərəfindən bir məscid inşa etdirdi. (Sokullu Mehmed Paşa Məscidi) və Sokullu Mehmed Paşanın ölümündən sonra isə onun adına bir bulaq tikdirdi. 1573-1575-ci illər arasında Rumıniyada bir məscid inşa etdirdi. Bu məscid Rumıniyanın ən qədim məscididir.
Övladları
[redaktə | mənbəni redaktə et]- Sultanzadə İbrahim (1565-1621): Sokullu Mehmed Paşanın oğlu olduğundan Sokullu İbrahim kimi, Əsməhan Sultanının oğlu olduğu üçün isə Sultanzadə İbrahim kimi tanınırdı. 1565-ci ildə İstanbulda dünyaya gəlib. Budində hakimlik etdi. 1621-ci ildə vəfat etdi və Əyyub Sultan məscidində atasının yanına dəfn edilib.
- Gülruh Sultan: Haqqında çox məlumat yoxdur, Şeyxülislamın oğlu ilə evlənmişdir.
- Sultanzadə Mahmud (1585): Əsməhan Sultanın ikinci evliliyindən dünyaya gələn və doğumundan 40 gün sonra vəfat edən oğludur.