Ənvər Yusifoğlu
Ənvər Yusifoğlu | |
---|---|
Ənvər Yusif oğlu Qasımov | |
Doğum tarixi | 15 yanvar 1914 |
Doğum yeri | |
Vəfat tarixi | 4 mart 1989 (75 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı |
Ənvər Yusifoğlu (15 yanvar 1914, Yevlax, Cavanşir qəzası – 4 mart 1989, Bakı) — Azərbaycan yazıçısı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Ənvər Yusifoğlu (tam adı və soyadı Ənvər Yusif oğlu Qasımov) 15 yanvar 1914 ildə Yevlaxda anadan olmuşdur. Əslən Ordubaddandır.
Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. "Yeni kənd" (Tiflis), "Kommunist" (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir.
Ənvər Yusifoğlu 1937 ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938 ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir.
Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950–1956), "Ədəbiyyat və incəsənət" (indiki "Ədəbiyyat") qəzetində, "Azərbaycan" jurnalında ədəbi işçi (1957–1965) vəzifələrində çalışmışdır.
Ənvər Yusifoğlu 4 mart 1989 ildə Bakıda vəfat etmişdir.
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. "Cərrahlar" (1967), "Gənclik illərinə sayahət" (1976) povestlərinin, "Düşmənimin düşməni" (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair "Maral Rəhmanzadə" (Bakı, 1968) adlı kitabın müəllifidir.
Mənbə
[redaktə | vikimətni redaktə et]Naxçıvan ensiklopediyası. Bakı, 2002