Əliabbas Mədətzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əliabbas Mədətzadə
Doğum tarixi 1909
Doğum yeri
Vəfat tarixi 1972
Vəfat yeri
Elm sahələri iqlimşünaslıq, meteorologiya
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan SSR Dövlət mükafatı

Əliabbas Mədətzadə Abbasqulu oğlu (1909, Maştağa, Bakı qəzası1972, Bakı) — coğrafiya elmləri doktoru, professor, Azərbaycanın məşhur sinoptiki və iqlimşünası, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).

Ə.A. Mədətzadə Bakının Maştağa qəsəbəsində anadan olmuşdur.1931-ci ildə ADPİ-nın fizika-riyaziyyat fakültəsini bitirib, Respublika Hidtometeoroloji xidmət idarəsində əmək fəaliyyətinə başlamışdır.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlk elmi işi 1936-cı ildə tərtib etdiyi "Azərbaycanın sinoptik rayonlaşdırılması" xəritəsi olmuşdur və ondan indi də hava proqnozlarının verilməsində istifadə olunur. 1946-cı ildə "Cənubi xəzərin fırtınaları" mövzusunda namizədlik, 1957-ci ildə isə "Abşeronun havaiqlim tipləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1947–1950-ci illərdə Azərbaycan Hidrometeoroloji xidmət idarəsinin dəniz rəsədxanasının direktoru işləyib.Onun bütün həyatı AMEA Coğrafiya İnstitutu ilə bağlı olmuşdur.1959–1972-ci illərdə isə əvvəl sinoptik meteorologiya, sonra isə atmosfer fizikası şöbəsinə rəhbərlik edib.Onun Coğrafiya elmminə verdiyi töhfələr içərisində 1963-cü ildə çap olunmuş "Azərbaycan Respublikasının atlası"nda verdyi xəritələr xüsusi qeyd olunur. O, ilk dəfə Azərbaycana daxil olan hava kütlələrinin hərəkət istiqamətini müəyyənləşdirmiş, fəsillik hava proqnozunun metodikasını işləmiş, ilk dəfə təbii-sinoptik iqlim fəsillərinin xəritəsini tərtib etmişdir.[2]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Ə.A.Mədətzadə "Cənubi Xəzərin qasırğaları", "Abşeronun hava növləri və iqlimi", "Şərqi Qafqazın təbii sinoptik iqlim fəsilləri"monoqrafiyalarının, çoxlu sayda xəritələrin və 100-ə qədər məqalənin müəllifi olub.

  1. Budaq Budaqov.Azərbaycanın Coğrafiyaçı alimləri. Bakı "Elm" səh.64. 2013
  2. Budaq Budaqov.Azərb.coğrafiyaçı alimləri. "Elm" nəşriyatı Bakı-2013 səh65