Əbdül Hüseyn Sərdari

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əbdül Hüseyn Sərdari
fars. عبدالحسین سرداری
Doğum tarixi
Doğum yeri Tehran, İran
Vəfat tarixi
Vəfat yeri Nottingem, İngiltərə
Milliyyəti iranlı
Təhsili
Fəaliyyəti diplomat
Tanınır Holokostda bir çox yəhudinin həyatını xilas etmək

Əbdül Hüseyn Sərdari Qacar (fars. عبدالحسین سرداری‎; 1914[1], Tehran[2]1981[2], Nottinqem[2]) – əslən azərbaycanlı olan İran diplomatı. İkinci dünya müharibəsi zamanı bir çox yəhudini Holokostdan xilas etdiyinə görə "İranlı Şindler" ləqəbi ilə tanınır. Paris konsulluğunun rəhbəri olmuşdur.[3]

" Burada yolunu azmış, öz karyerasını, mal-mülkünü təhlükəyə ataraq, həmvətənlərini xilas edən bir müsəlman var… Onun üçün "Mən müsəlmanam, sən isə yəhudi" – bunun heç bir mənası yox idi…
F.Muxtari
"

İkinci dünya müharibəsi zamanı Paris nasistlər tərəfindən işğal olunandan sonra orada yaşayan İran yəhudilərin həyatı təhlükə altına düşmüşdü. Bunun qarşısını almaq üçün konsulluğun rəhbəri Əbdül Hüseyn Sərdari Qacar yəhudilərə İran pasportları paylayırdı. Bu, onların İran vətəndaşı kimi xilas olmaları demək idi. Çünki o zaman Almaniya ilə İran arasında nasistlərin heç bir İran vətəndaşına toxunmaması barədə razılaşma mövcud idi.[3]

Bu zaman Sərdari öz əlaqələrindən istifadə edərək, 2 mindən çox iranlı yəhudini xilas edə bildi.[3]

1941-ci ildə SSRİ və Böyük Britaniya İrana hücum edən zaman Sərdarinin diplomatik fəaliyyəti üçün təhlükə yarandı. İranla müttəfiqlər arasında müqavilə imzalandıqdan sonra Sərdariyə mümkün qədər tez bir zamanda evə dönməyi əmr etdilər. Buna baxmayaraq, o, Parisdə qalmağa qərar verdi və yenə də öz yəhudilərə kömək etməyə davam etdi. Sərdarinin nasist ideoloqları ilə yazışmaları F. Muxtarinin "Aslanın kölgəsində" kitabında öz əksini tapmışdır. O, yazır ki, "fars hökmdarı Kir yəhudiləri Babil əsarətindən xilas edərək İrana gətirir. Bu zaman bir çox iranlı Musanın kitabı ilə tanış olur və bu təlimə yiyələnir. Ancaq bunların yəhudilərlə bir bağlılığı yoxdur və xüsusi qrup olaraq "Djuguten" ("Cuhud") adlanır".[3]

Sərdari ömrünün sonlarını İngiltərədə, diplomat məvacibindən və İrandakı mülkündən məhrum olunmuş şəkildə yaşadı və Nottingemdə ölmüşdür.[3]

O, ölümündən sonra 2004-cü ildə Los-Ancelesdə fəaliyyət göstərən yəhudi təşkilatlarından biri olan Simon Vizental Mərkəzi tərəfindən mükafatla təltif olundu.[3]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

"0 dərəcəli N dairəsi" teleserialı qismən də olsa Əbdül Hüseyn Sərdarinin fəaliyyətindən bəhs edir.

  1. Library of Congress Authorities (ing.). Library of Congress.
  2. 1 2 3 Deutsche Nationalbibliothek Record #1043117946 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. 1 2 3 4 5 6 ""İranlı Şindler": Yəhudi ailələrini nasist təqibindən xilas edən diplomat". Libre.az (az.). 25 iyun 2018. 2018-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]