Əbcəd
Naviqasiyaya keç
Axtarışa keç
Əbcəd hesabı – Türk, ərəb və fars ədəbiyyatında bir hadisəni, bir işin tarixini bildirmək üçün işlənən və rəqəmləri hərflərdən ibarət olan hesabdır. Biz orta əsrlərdə müsəlman səyyahların coğrafi kordinatları Əbcəd hesabı ilə verdiyinin şahidi oluruq. Məsələn: Hacı Zeynalabdin Şirvani özünün Riyaz əs-siyahət əsərində Səmərqənd, Konya, Qeysəriyyə və s. şəhərlərin coğrafi kordinatlarını verərkən Əbcəd hesabından istifadə etmişdir. Əbcəd hesabında Ərəb əlifbasının hər hərfi konkret say bildirir; Məsələn, Əlifin (ا) qiyməti 1-dir, Nunun (ن) qiyməti 50-dir:[1]
Əlif ا | 1 | Ha ح | 8 | Sin س | 60 | Tə ت | 400 |
Bə ب | 2 | Ta ط | 9 | `Ayn ع | 70 | Sə ث | 500 |
Cim ج | 3 | Yə ي | 10 | Fə ف | 80 | Xa خ | 600 |
Dəl د | 4 | Kəf ك | 20 | Sad ص | 90 | Zəl ذ | 700 |
Hə ه | 5 | Ləm ل | 30 | Qaf ق | 100 | Dad ض | 800 |
Vəv و | 6 | Mim م | 40 | Ra ر | 200 | Za ظ | 900 |
Zə ز | 7 | Nun ن | 50 | Şin ش | 300 | Ğayn غ | 1000 |
Mənbə
[redaktə | mənbəni redaktə et]- ↑ ""Əbcəd Hesabı və Cəfr Elmi"". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-27.