Şizantus

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şizantus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Şizantus
Beynəlxalq elmi adı

Yunancadan tərcümədə cinsin adı "yarılmış gül" deməkdir. Bu, gülün yarılmış formada olması ilə izah edilir. Cinsdə 11 növ vardır. Gülçülükdə onların iki növündən istifadə olunur. Vizeton şizantusu (S.x.wisetonensis) lələkvari şizantusun və qrexema şizantusunun çarpazlaşdırılması nəticəsində alınmışdır. Bitkinin hündürlüyü 80 sm-ə çatır, çiçəkləri müxtəlif rəngli, formalıdır, zoğların uclarında salxımlara yığılmlşdır. Qrexema şizantusu (S.grahamii) əvvəlki növdən xırda, çəhrayı-bənövşəyi gülləri ilə fərqlənir. Şizantusun toxumlarını torpağa əkməklə çoxaldırlar. Cücərtiləri şitil edib başqa yerlərdə əkirlər, zəif cücərtiləri isə saxlayırlar. Onların müxtəlif rəngli çiçəkləri olur. Gül kompozisiyaları yaratdıqda bitkini kökü ilə çıxardır, sonra budayırlar. Şizantus dibçək bitkisi kimi istifadə edilə bilər.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112 Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine