Şimali Afrika pişiyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şimali Afrika pişiyi
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şimali Afrika pişiyi (lat. Felis silvestris lybica) — pişik cinsinə aid heyvan yarımnövü.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

130 min il əvvəl yaranıb. Bu yarımnövün 5 nümayəndəsi Yaxın Şərqdə 10000 il əvvəl əhliləşdirilmiş və ev pişiyinin əcdadıolmuşdur. Çölpişiyinin rəngi qəhvəyidən sarı-boza qədər ola bilir. Quyruğunda qara zolaqlar var. Tükləri Avropa pişiyinin tüklərindən qısadır. Bədəninin uz. 45–75 sm, quyruğu 20–38 sm-dir. Kütləsi 3–6,5 kq-dır. Afrika, Ön, Orta və Mərkəzi Asiya, Şimali Hindistan, Cənubi QafqazQazaxın çöl, səhra və bəzi dağ rayonlarında yaşayır. Siçan, siçovul və d. xırdaməməlilərlə, həmçinin quş, sürünən, suda-quruda ya şayan və cücülərlə də qidalana bilir. Ov zamanı pişiklər şikarına təqr. 1 m məsafədən hücum edir. Çölpişiyi günün işıqlı vaxtı kollurlarda gizlənir, gecə və toranlıqda, gündüz bəzən buludlu havada fəal olur. Düşmənlə qarşılaşdıqda onu qorxutmaq üçün tüklərini qabardır. Dişiləri yağış mövsümün də, qidanın bol olan vaxtı 2–6 (adətən, 3) bala doğur. Boğazlıq dövrü 56–69 gün çəkir.   [1]

Azərbaycan poçt markası 1994-cü il
  1. Çölpişiyi// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 162.