Şeyxulla Çanbarisov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şeyxulla Çanbarisov
Doğum tarixi 9 may 1916(1916-05-09)[1]
Vəfat tarixi 4 oktyabr 1996(1996-10-04) (80 yaşında)
Vəfat yeri
Fəaliyyəti tarixçi
Elmi dərəcəsi
Partiyası

Şeyxulla Habibulloviç Çanbarisov (9 may 1916[1]4 oktyabr 1996, Ufa) — başqırd elm xadimi, tarix elmlər doktoru, siyasətçi, hərbçi, professor.[2] Ufa Rektorları Şurasının başçısı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının lideri olan Çanbarisov Ufanın millət vəkilliyini də etmişdir.

Şeyxulla Çanbarisov 22 may 1916-cı ildə Büzdek bölgəsinə bağlı Büzdek kəndində kasıb ailədə dünyaya gəlmişdir. Kənd şurası başqanlığı edən atası müxtəlif Sovet vəzifələrini icra etsə də, spirtli içki qəbul etdiyi üçün ailəvi və siyasi problemlər yaşadı. Böyümə illərində anasının Şeyxullaya təsiri böyük olmuşdur.

1929-cu ildə ibtidai məktəbi bitirmişdir. Ardından Novo-Kulevo kəndində toplu əkinçilik məktəbinə girdi və 1932-ci ildə məzun oldu. 1920-ci ildə Komsomola qatıldı və Komsomolun yerli orqanının katibi seçildi. Məzun olduqdan sonra Komsomol Bysdyak bölgə komitəsinə təhsil nümayəndəsi olaraq təyin edildi və eyni zamanda bölgə komitəsi katibi olaraq çalışdı.

Şeyxulla Çanbarisov 4 oktyabr 1996-cı ildə Ufada həyatını itirmişdir.

Universitet təhsili

[redaktə | mənbəni redaktə et]

Çanbarisov 1932-ci ilin sentyabrında Başqırd Dövlət Pedoqoji İnistitutunda qeydiyyatdan keçdi və tarix fakültəsinin tələbəsi oldu. Bu dövrdə də komsomol fəaliyyətini davam etdirdi və fakültə partiya nümayəndəliyinin rəhbəri seçildi. 1937-ci ildə universitetdən məzun oldu. Eyni ilin dekabr ayında Qırmızı Orduya çağırıldı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Çanbarisov Uzaq Şərqdəki Qırmızı Ordu tərkibində yer alan 92-ci Qırmızı Bayraq taborunun təcili tibbi xidmət bölməsində xidmət etmişdir. 1939-cu ilin yanvarında gənc leytenant olaraq Ufaya geri dönmüşdür. Başqırd Dövlət Pedoqoji İnistitutunda marksizm-leninizm şurasının rəhbəri olaraq, avqust ayından isə təhsil işçisi kimi çalışmışdır.

1939-cu ilin noyabrında Sovet-Fin mühaibəsi başladı. 1940-cı ilin yanvar ayında Qış müharibəsinə görə silahlı qüvvələrin tam formada səfərbər edilməsiylə Çanbarisov yenidən xidmətə çağırıldı. Zlatoustdakı hərbi məlktəbə göndərildi. Burada 1941-ci ilin dekabrın qədər Sovet İttifaqı Kommunist partiyası tarixi mövzusunda dərslər keçdi.

1941-ci ildə yeni qurulan 133-cü piyada alayının piyada taborunun komandanı olaraq təyin edildi. 1942-ci il boyunca şimal-qərb cəbhəsindəki döyüşlərə girdi. 1943-cü ilin sonuna qədər müxtəlif döyüşlərə qatıldı.

1943-cü ilin dekabrından 1944-cü ilin iyununa qədər Qırmızı Ordunun siyasi kompozisiyasının yaxşılaşdırılması mövzusunda magistr təhsili aldı, lakin təhsilini davam etdirmək istəmədi və orduya geri dönməyi üstün tutdu. III Belorusiya cəbhəsindəki alayın komandan köməkçisi oldu. Nasist Almaniyasına qarşı qələbədən sonra Çanbarisovun mənsubu olduğu alay Uza Şərqə transfer edildi. Yaponiya imperiyasının sonuna qədər birinci Uzaq Şərq ordusunun bir hissəsi idi. 63-cü piyada tüməni ilə birlikdə 1945-ci ilin noyabr ayına qədər Mançuriyada xidmət etdi. 1946-cı ilin avqustunda polkovnik-leytenant rütbəsində ikən səhhətindəki problemlərə görə ordudan tərxis oldu.

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1946-cı ildə Başqırd Pedoqoji İnistitutunda dərs deməyə davam etdi. 1951-ci ildə magistr tezisi ilə məzun olduğu SİKP Mərkəzi Komitəsi altında Sosial Elmlər Akademiyasına qəbul oldu. Elmi rəhbəri 1961–1986-cı illərdə Sovet İttifaqında güclü şəxslərdən biri olmu. B.N.Ponomaryev idi. 1952-ci ilin oktyabr ayında partiya məktəblərinin başqırd əyalət komitəsi rəhbəri olaraq təyin edildi.

Başqırd Dövlət Unversitetinin rektorluğu vəzifəsini yerinə yetirmişdir. 1973-cü ildə təqaüdə ayrılana qədər Ufa Rektorları Şurasının başqanı və Sovet İttifaqı Kommunist Partiyasının Ufadakı yerli təşkilatının üzvü idi.

Rektorluq dövrü

[redaktə | mənbəni redaktə et]

İnistitut müdiri və universitet rektorluğu etdiyi 28 illik dövrdə universitetdə bir çox yeni strukturlar inşa edildi. Moskva Dövlət Universiteti, Leninqrad Dövlət Universiteti və digər irəlidə gedən universitetlərin magistr fəaliyyətlərindən yararlanaraq elmi fəaliyyətə xüsusi əhəmiyyət verdi.[3][4]

  1. 1 2 Başqırdıstan Ensiklopediyası (rus.). Башкирская энциклопедия, 2005. 4344 с.
  2. "Şeyxulla Canbarisov". trpedia.org. 20 iyun 2020 tarixində arxivləşdirilib.
  3. "Его жизнь вошла в легенды. Но не вся." bashinform.ru. 5 mart 2016 tarixində arxivləşdirilib.
  4. Шайхулла Хабибуллович Чанбарисов. Формирование советской университетской системы. University of California. səh. 255.