Şerif Tiraspol FK

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şerif Tiraspol FK
Loqonun şəkli
Ölkə Moldova Moldova
 Dnestryanı
Rəng(lər) Sarı, qara
Yaranma tarixi 4 aprel 1997
Stadionu Şerif stadionu
Baş məşqçisi İtaliya Roberto Bordin
Liqa Divizia Națională
2023/24 2.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Şerif"Moldovanın tərkibində tanınmayan Dnestryanı dövlətinin Tiraspol şəhərini təmsil edən futbol klubu.

1997-ci il aprelin 4-də yaranan "Şerif" elə ilk cəhddən elitaya yüksələ bilib. Bunda komandanı çalışdırmış azərbaycanlı Əhməd Ələsgərovun rolu az olmasa da, tiraspollular elitada ona güvənməyi lazım bilməyib[1]. Elitadakı debüt mövsümündə dördüncü yerlə kifayətlənən komanda elə həmin il – 1999-un yazında ölkə kubokunu qazanıb. Finalda yenilən "Konstruktorul" isə ad və məskən dəyişmələrin sonunda Tiraspola köçərək "Şerif"in farm-klubuna çevrilib. "Şerif" güclülər dəstəsindəki ikinci mövsümdə də avrokuboklara vəsiqə qazanıb. Bu dəfə "gümüş" qazanmaqla. Özü də liderdən bir xal geri qalmaqla. Sonda isə kişinyovluların çempionatlardakı doqquz mövsümlük hegemonluğuna son qoyuldu.

Şerif 2000/2001 və növbəti mövsümlər "qızıl dubl"la yadda qaldı. Çempionatda əzəli rəqibini – "Zimbru"nu bir baş üstələyən tiraspollular kubokun finallarında penalti seriyasında, sonra əlavə vaxtda qalib gəlib. Növbəti üç çempionatda ciddi müqavimətə rast gəlməyən rəqibimiz kuboka köklənməsə də, 2005/2006-dakı altıncı çempionluğu üçüncü "dubl"a da boyadı.

Beynəlxalq arenada

[redaktə | vikimətni redaktə et]

Tiraspollular beynəlxalq arenada bir sıra uğurlar qazanmışdır.

UEFA turnirlərində

[redaktə | vikimətni redaktə et]

2017/2018 mövsümündə 16-cı dəfə[1] avrokuboka qatılan klub, UEFA turnirlərində 1999/2000 mövsümündə debüt etmişdir[1]. Həmin mövsüm UEFA Kubokunda iştirak etmiş, amma ilk iki cəhddə mərhələ keçə bilməmişdir. ÇL-ə qatıldığı ilk 6 mövsümün hamısında isi birinci mərhələni keçmişlər.

Tiraspol təmsilçisi ən böyük nailiyyətini 2013/2014 mövsümündə əldə edib[1]. Həmin il Çempionlar Liqasında yarışa başlayan moldovalılar III təsnifat mərhələsində Zaqreb "Dinamo"suna yenilsələr də, Avropa Liqasında yoluna davam edib və qrupa adlayıblar. Orda isə "Tottenhem", "Anji" və "Tromse" ilə üz-üzə gələn klub 6 xalla 3-cü yeri tutub[1].

Birlik Kubokunda

[redaktə | vikimətni redaktə et]
Şerif futbolçuları, 2009 CIS Kuboku

"Birlik kuboku"nu başı üzərinə qaldıran "Şerif" qəniməti iki dəfə əldə edib. İlk titul Vadim Boretsə ölkə prezidentinin "Şöhrət" ordeni verməsi, həmçinin tanınmayan Dnestryanı Respublikanın dəmir sikkələrində uğurun əks olunmasıyla yadda qalmışdı.

"Şerif stadionu"

Klub ev oyunlarını Tiraspolda yerləşən 12,746 azarkeş tutumuna malik "Şerif stadionu"nda keçirir[1].

Klubun baş məşqçisi Liviya əsilli italiyalı Roberto Bordindir[1].

Komandada Braziliyadan 3, Xorvatiyadan 2, Slovakiya, Bosniya və Herseqovina, Kürasao, Burkina Faso, Monteneqro və Belçikadan isə 1 əcnəbi futbolçu çıxış edir[1].

  • 2 dəfə Birlik Kubokunun qalibi – 2003, 2009.
  • 15 dəfə Moldova çempionu
  • 9 dəfə Moldova kubokununun qalibi
  • 7 dəfə Moldova Superkubokunun qalibi