Ş-213

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ş-213
Щ-213
Ölkə SSRİ SSRİ
Mənşə ölkə
Təşkilat SSRİ Dəniz Donanması
Salınma tarixi 4 dekabr 1934
Batma tarixi 14 oktyabr 1942
İstehsalçı SSRİ
Tipi sualtı qayıq
Növü döyüş
İştirak etdiyi döyüşlər Struma gəmisinin batırılması
MV Çankaya gəmisinin batırılması
Dor ağacı 6,2
Uzunluğu 57
Su sıxışdırması 3,96 m
Tərsanə nömrəsi 1037

Ş-213 (rus. Щ-213; ing. Shch-213) — İkinci dünya müharibəsində SSRİ tərəfindən Qara dənizdə istifadə edilən X tipli[1] sualtı qayıq. Sualtı qayıq Ukrayna SSR-nın Mikolayev şəhərində hazırlanmış və 1938-ci ilin oktyabrında istifadəyə verilmişdir.

1942-ci ildə Ş-213 dəniz minası ilə toqquşaraq bütün heyəti ilə batmışdır.

Ş-213-ə verilən gizli əmrə görə sualtı qayıq Qara dənizdə nasistlərə potensial silah-sürsat və material daşıyan bütün tərəfsiz və düşmən gəmiləri vurmalı idi. 23 fevral 1942-ci ildə Bosfor boğazının şimal-qərbində Türkiyənin "MV Çankaya" gəmisini batırmışdır.

Struma faciəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Struma faciəsi

12 dekabr 1941-ci ildə Rumıniyadan yola düşən və nasistlərin əlindən qaçan yəhudiləri aparan "Struma" gəmisi nasazlıq nəticəsində İstanbul yaxınlığında dayanmağa məcbur olmuşdur. Lakin Türkiyə hökümətinin tərəfsizliyinə görə gəmidəkilər sahilə çıxa bilməmişdirlər. 24 fevral 1942-ci ildə gəmi axıntıya düşmüş və Ş-213 tərəfindən vurulmuşdur. Hadisə nəticəsində 768 nəfər ölmüş, ancaq bir nəfər qurtula bilmişdir.

Batırdığı gəmilər

[redaktə | mənbəni redaktə et]

Ş-213 2 mart 1942-ci ildə bir tacir gəmisini Bosfor boğazının şimal-şərqində vurmağa çalışmış, amma torpedo yan keçmişdir. Növbəti gün Bosfor boğazının şimal-şərqində bir Türkiyə gəmisi olan "Adana"nı vurmaq istəsə də, hədəfini qaçırmışdır.

1942-ci ilin 14 oktyabrında mina ilə toqquşaraq batmışdır.[2]

Ş-213 tərəfindən batırılmış gəmilər[3]
Tarix Gəmi Bayraq Tonaj Qeydlər
23 fevral 1942 MV Çankaya Türkiyə 464 atəşlə
24 fevral 1942 Struma Panama 169 torpedo ilə
Cəmi: 633

15 noyabr 2008-ci ildə 1 holland və 2 rumın dalğıc tərəfindən Konstant yaxınlığında sualtı qayığın qalıqları aşkarlanmışdır və eyniləşdirməsi 2010-cu ilin 23 avqustunda elan olunmuşdur.

  1. "Arxivlənmiş surət". 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
  2. "Arxivlənmiş surət". 2012-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.
  3. "Arxivlənmiş surət". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-04.