Şərqi Slovak Muzeyi
Naviqasiyaya keç
Axtarışa keç
Şərqi Slovak Muzeyi (slovak. Východoslovenské múzeum) — Slovakiyanın Koşitse şəhərində yerləşən və Slovakiyanın ən qədim muzeylərindən biridir. Muzey 1872-ci ildə təsis olunmuşdur.
Yeni renessans dövrü tikilisi olan bina 20-ci əsrin əvvəlində ucaldılmışdır. Bu muzey Koşitse şəhərində öz ehtiyaclarını ödəyə bilən ilk bina idi. Binanın fasadında Persey və Vulkan heykəltəraşlıq nümunələrini görmək olar.
Muzey 1741-ci ildə inşa edilən və daha sonra dağıdılmış taxta kilsənin üzərində tikilmişdir.[1]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "East Slovak Museum". Košice / Slovakia. Lonely Planet. 9 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 May 2016.