İvan Şişkin
İvan Şişkin | |
---|---|
rus. Иван Иванович Шишкин | |
Doğum tarixi | |
Doğum yeri | Alabuqa |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Sankt-Peterburq |
Dəfn yeri |
|
Milliyyəti | Rus |
Vətəndaşlığı | Rusiya İmperiyası |
Fəaliyyəti | rəssam, rəssam-qravürçü[d], vizual incəsənət rəssamı, qrafika ustası[d] |
Təhsili | |
Janr | peyzaj |
Stil | realizm |
Tanınmış işi | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873).
Həyat və yaradıcılığı
[redaktə | mənbəni redaktə et]İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur.
Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir [2]. Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень. В окрестностях Москвы, 1869) adlanır[3].
Günəş şüaları elə məharətlə təsvir olunub ki, sanki ətraf həqiqətən parlaq işıq selinə bürünüb. Bundan sonra rəssam öz əsərlərində parlaqlığa, gözqamaşdırıcı işıq effektlərinə, həyatın dolğunluğunun təcəssümü olan yay fəslinə üstünlük verəcək. Onun “Vyatka quberniyasında şam meşəsi” (rus. Сосновый бор. Мачтовый лес в Вятской губернии, 1872), “Çovdar zəmisi” (rus. Рожь, 1878), “Ucsuz-bucaqsız meşə” (rus. Лесные дали, 1884) əsərləri məhz bu tərzdə yaradılıb.
Şişkinin əsərləri arasında tamaşaçıda sanki həqiqətən qaranlıq çökmüş meşədə azmış kimi vahimə hissi yaradan sıx meşəyə də təsadüf olunur. “Meşənin dərinliyində” (rus. Лесная глушь, 1872) belə əsərlərdəndir. Bu əsərə saatlarla tamaşa etmək olar, amma hər dəfə yenə də, məsələn, pusquda durmuş tülkü və uçaraq ondan uzaqlaşan ördək kimi nə isə yeni bir ştrix tapırsan. Doğrudur, bir çoxları hesab edirdi ki, rəssam lüzumsuz xırdalıqlara çox əhəmiyyət verir və buna görə də onu qınayırdılar. 1880-ci illərin əvvəllərində artıq “ovqat mənzərəsi” janrı yaranmağa başlayırdı.
1880-ci illərin ikinci yarısında Şişkin dövrün ümumi nəbzini tutur və sənət yoldaşı İ.N.Kramskoyun dedeyi kimi, ümumi atmosferə, təbiətin tamaşaçıya bəxş etdiyi “əhval-ruhiyyəyə” xüsusi diqqət yetirməyə başlayır. Amma o, dəbdə olan meyillərə təslim olmur və özünə sadiq qalır. Əvvəlki kimi kətan üzərində aydın, qabarıq, mürəkkəb, mükəmməl və eyni zamanda çox sadə mənzərələr yaradır: “Palıdlar” (rus. Полдень. В окрестностях Москвы “Дубы”,1887), “Günəşin işıqlandırdığı şam ağacları” (rus. Сосны, освещенные солнцем “Сосны, освещенные солнцем”), “Mordvin palıdları” (rus. Мордвинские дубы, “Palıd meşəsində yağış” (rus. Дождь в дубовом лесу, hamısı 1891), “Payız” (rus. Осень,1892)...
Bu tablolar heyrətamizdir. Onlara tamaşa edəndə düşünürsən ki, gördüklərin bir gerçəklikdir. İ.Şişkin çar II Aleksandrın sevimli rəssamı olur, hətta şahzadələrin rəsm müəllimi təyin edilir. Ustadın son əsəri “Şam meşəsi” (“Корабельный лес“, 1898) adlanır. Bu əsər üzərində iş başa çatandan dərhal sonra Şişkin dünyasını dəyişir. Ani ölüm onu növbəti əsərini yaratdığı zaman molbert qarşısında haqlayır.
Rəssam faciəli ömür yaşayıb: iki sevimli xanımını, oğullarını torpağa tapşırıb. Amma onun həyat eşqi ilə çağlayan bənzərsiz mənzərələrinə tamaşa edəndə, bütün bunların dərdli adamın məhsulu olduğunu düşünmək çətindir. Qəribə bir paradoksdur, amma bəlkə də sadəcə böyük sənətkarın fırçasından çıxmış bir ovsundur. Şişkinin mənzərələrində insan təsvir olunmayıb, amma onun varlığı daim hiss olunur: Şişkinin tablolarına baxan tamaşaçı özünü bu mənzərənin içində təsəvvür edir.
Görkəmli mənzərə ustası İvan Şişkin 1898-ci ildə Sankt-Peterburq şəhərində vəfat etmişdir.
Qalereya
[redaktə | mənbəni redaktə et]-
«Meşədə koma»,
1870 -
«Ağcaqayın meşəsi»,
1871 -
«Ağcaqayın meşəsi»,
1878, Azərbaycan Milli İncəsənət Muzeyi -
«Çovdar zəmisi»,
1878 -
«Şam meşəsinin kənarında»,
1882, Lvov İncəsənət Muzeyi -
«Meşə kənarında»,
1882 -
«Axşam»,
1882 -
«Ağcaqayın meşəsində kiçik çay»,
1883 -
«Ucsuz-bucaqsız meşə»,
1884 -
«Qum üzərində şam»,
1884 -
«Meşəlik»,
1884 -
«Dumanlı səhər»,
1885 -
«Palıd meşəsi»,
1887 -
«Şam meşəsinin səhəri»,
1889 -
«Palıd meşəsində səhər»,
1891 -
«Şimalda vəhşi heyvanlar var…»,
1891 -
«Meri-Hovi fırtınadan sonra»,
1891 -
«Meşə»,
1895
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Шишкин, Иван Иванович // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
- Ф. Булгаков «Альбом русской живописи. Картины и рисунки И. И. Ш.» — СПб., 1892
- А. Пальчиков «Перечень печатных листов И. И. Ш.» — СПб., 1885
- Ровинский Д. А. «Подробный словарь русских граверов XVI—XIX вв.» Т. II. — СПб., 1885
- И. И. Шишкин. «Переписка. Дневник. Современники о художнике». — Л., Искусство, 1984. — 478 с., 20 л. илл., портрет. — 50 000 экз.
- В. Манин. Иван Шишкин. — М.: Белый город, 2008. — С. 47. — ISBN 5-7793-1060-2
- И. Шувалова Иван Иванович Шишкин. — СПб.: Художники России, 1993
- Ф. Мальцева Мастера русского пейзажа: Вторая половина XIX века. — М.: Искусство, 1999
- Галина Чурак. «ЖАНР» ИВАНА ШИШКИНА. Поиски и находки // «Третьяковская галерея». — № 1 (26). — 2010
- Галина Чурак. «Природу нужно искать во всей ее простоте…» — «Третьяковская галерея». — № 4 (17). — 2007
- Малоизвестные факты из жизни И. И. Шишкина // Газета «Новая Неделя». — вып. от 17.01.2014 г.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Ivan Shiskin: A collection of 352 painting (HD)
- Иван Иванович Шишкин. Биография, переписка, творчество и картины художника Arxivləşdirilib 2018-07-01 at the Wayback Machine (rus.)
- Все эскизы и картины Ивана Ивановича Шишкина (rus.)
- Шишкин Иван Иванович — Биография, статьи, 346 картин (rus.)
- Картины Ивана Ивановича Шишкина (rus.)
- Иван Шишкин, галерея картин на WikiPaintings (rus.)
- Шишкин Иван Иванович. Галерея картин художника, хронология его жизни и творчества Arxivləşdirilib 2018-07-05 at the Wayback Machine (rus.)
- Биография и 57 картин Ивана Ивановича Шишкина (rus.)
- Мемориальная доска в Елабуге Arxivləşdirilib 2017-02-02 at the Wayback Machine (rus.)
- Галерея работ Шишкина И.И. Arxivləşdirilib 2018-05-07 at the Wayback Machine (rus.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Шишкин, Иван Иванович (rus.). // Энциклопедический словарь СПб: Брокгауз — Ефрон, 1903. Т. XXXIXа. С. 607–608.
- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 548.
- ↑ İvan Şişkin | Mənzərə ustası
- 25 yanvarda doğulanlar
- 1832-ci ildə doğulanlar
- 66 yaşında vəfat edənlər
- 1 apreldə vəfat edənlər
- 1898-ci ildə vəfat edənlər
- Tixvin qəbiristanlığında dəfn olunanlar
- İmperator Rəssamlıq Akademiyasının məzunları
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- Əlifba sırasına görə rəssamlar
- Sankt-Peterburqda vəfat edənlər
- Rus rəssamlar
- Akademiklər
- Professorlar