İstifadəçi müzakirəsi:S.Rauf

Vikipediya, azad ensiklopediya
Ən son rəy:13 il öncə, İrada tərəfindən "Bakı stili (avtomobil)" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
   Vikipediya Xoş gəldiniz, S.Rauf!
Tez-tez soruşulan suallar Salam, S.Rauf. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--Sultan11 04:55, 21 noyabr 2010 (UTC)Cavabla

Bakı stili (avtomobil)

[mənbəni redaktə et]
Rauf, salam. Məqalənin silinməsinin əsas səbəbi mənbənin olmaması və "Bakı Stili" termininin cəmiyyətdə tanınmamasıdır. Hər-hansı forum, bloq, şəxsi sayt etibarlı mənbə kimi göstərilə bilməz. Amma xahişinizi və mövzunun müəyyən qədər maraqlı olduğunu nəzərə alaraq məqaləni müvəqqəti geri qaytarıram. Ümid edirəm ki, müəyyən vaxtdan sonra məqalə Vikipediyanın qaydalarına cavab verəcəkdir. Mənbə kimi, rəsmi saytlardan, KİV-dən və çap olunmuş kitablardan istifadə etmək olar. Stil barədə 1-2 məqalə yazıb KİV-də nəşr etdirsəniz, həm məqalə burada daimi qalar, həm də bu məsələ cəmiyyətdə tanınar.
Commonsda şəkil yerləşdirmək istəyirsinizsə mütləq şəkillərin müəlliflik hüquqları sizdə olmalıdır. Yəni yazmalısınız ki, müəllif özüməm (Own Work, uyğun lisenziya seçin: GFDL, PD-oz və s.). Yalnız 70 ildən çox yaşı olan şəkillərə müəlliflik hüququ şamil edilmir. Hörmətlə, --Irada 12:33, 22 noyabr 2010 (UTC)Cavabla


Çox sağ olun. Cəmiyyətdə bu stil "Peredok" kimi tanınır. Russiya ilə münasibəti olanlar bizim stilin "Бакинский стиль" adlandırıldığını bilir. Əgər forumdakı məqaləni oxumusunuzsa, bu stilin artıq Russiyada, Ukraynada, Türkmənistanda və digər keçmiş SSR-i ölkələrində yayıldığını oxumusunuz və ona sübut olaraq həmyerlilərimizin avtomobillərinin şəkillərini də qoymuşam.

Bu məqaləni yazmağımın səbəbi isə bir rusun bu stildə olan avtomobili "Ара стайл" adlandırması oldu ki, o da məni çox qıcıqlandırdı. İndi dərslərlə başım qarışıqdı deyə tam ərsəyə gətirə bilməmişəm. Bu səbəbdən üzr istəyirəm. Məqaləni rus dilində də yaratmaq fikirimiz var.

Hansı KİV belə məqalə çap etməyə razı ola bilər? :( Bu qanuni bir şey deyil, amma, mövcuddur. Rəsmi saytda nəşr etmədik, forumda yerləşdirməyi məsləhət gördük. Adminimizlə danışaram, görüm nə deyir. :)

Müəlliflik hüququ məndə deyilsə və müəllifi tanıyıramsa, o zaman müəllif mənə mail yazsa ki, bəli, şəkili dərc etməyivə icazə verirəm, bu kifayətdirmi? Çünki bu stildə olan avtomobillərin şəkillərinin bəzilərinin müəlliflərini tanıyıram və razı olacaqlarını bilirəm.

Hörmətlə, --S.Rauf 17:31, 22 noyabr 2010 (UTC)Cavabla

"Bakı stili" haqqında ətraflı, dolğun bir məqalə yaz və xəbər portallarına təqdim et. Misal üçün: lent.az saytının avtomobil bölməsi. Fikrimcə onlar bu mövzuya kifayət qədər isti münasibət göstərərlər. --Cekli829 18:12, 22 noyabr 2010 (Cek vaxtı ilə)

Təklifivə görə çox sağ ol. auto.az saytının məqalələr bölməsində çıxması üçün saytın admini ilə danışdım. Bir məqaləm artıq orada dərc olunub. Bu məqaləni də sayt üçün hazırlamışdım, adminimiz dedi ki, forumda yerləşdirsək daha yaxşı olar. Adminimizin də məqsədi Azərbaycanda olmayan avtomobil mədəniyyətini yaratmaq olduğuna görə stilimiz haqda vikipediyada məlumat yerləşdirməyim üçün mənbə kimi rəsmi saytda yazımın dərc olunmalı olduğunu dediyimdə, saytda dərc olunması üçün razılıq verdi.

Görəsən hansısa avtomobil jurnalı məqaləni dərc etməyə razılıq verərmi?

İstifadəçi:S.Rauf 18:02, 22 noyabr, 2010 (Estoniya vaxtilə)

Məncə hələlik kifayətdir. Nəzərə alsaq ki, bəzi məqalələr ümumiyyətlə mənbəsizdir, hesab edirəm ki, məqaləni saxlamaq olar. Amma commonsa 1-2 stil şəkillərindən yükləsəniz [1] daha yaxşı olar. Sonradan o şəkilləri məqaləyə daxil edərdik. --Irada 18:37, 23 noyabr 2010 (UTC)Cavabla

Başqa nə mənbə verə bilərəm? Deyin, bəlkə əlim harasa çatdı.

Commons-a şəkil yükləmək istəyirəm, özü də bir xeyli. Çünki aksesuarları anlamayanlar başa düşsünlər deyə o aksesuarları əyani şəkildə göstərmək lazımdır şəkil vasitəsilə. Sadəcə müəlliflik hüququ məndə olmayan şəkilləri yükləmək üçün müəllifin mənə mail vasitəsilə icazə verdiyini göndərməyim kifayətdirmi? Bu sualıma cavab versəniz sevinərəm.

Müəlliflərdən icazə alıb öz adıma da göndərə bilərəm, sadəcə müəllif mövcud olduğu halda və mən onu tanıyıramsa, niyə öz adımdan göndərim?!

Bir də bu yazı nə vaxt google-da "Bakı stili" yazıb axtarış verəndə çıxacaq? Qaralama halından çıxdığı zaman?

S.Rauf 1:42, 24 noyabr 2010 (Estoniya vaxtı ilə)