İstifadəçi müzakirəsi:MrArifnajafov/Arxiv/2

Vikipediya, azad ensiklopediya
Ən son rəy:14 il öncə, Sefer azeri tərəfindən "Coser ehramı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Şablonlardan istifadə

[mənbəni redaktə et]

{{Dövlət xadimi}} şablonunu Roma imperatorları və onların xanımları haqqındakı məqalələrdə istifadə etdiyinizi gördüm. Xatırladım ki, şablon yalnız dövlət xadimləri üçün istifadə edilməlidir. İmperatorun bacısı və ya xanımı dövlət xadimi hesab olunmur və onlar haqqındakı məqalələrdə sadəcə {{Şəxslər}} və ya "Tərcümeyi-hal qutusu" şablonlarından istifadə etməyinizi məsləhət görürəm. {{Şəxslər}} şablonuna şəxs haqqında daha ətraflı məlumat verilməsi üçün yeni bəndlər əlavə edilib. Wertuose 11:57, 5 yanvar 2010 (UTC)Cavabla

Hörmətli Wertuose Məncə əlavələr olunmuş Şəxs şablonu hələ aktiv deyil. cəhd gostərirəm imperator şablonunu şəxslə əvəz edim nəisə alınmır.--MrArifnajafov 14:17, 5 yanvar 2010 (UTC)Cavabla
Həmin şablon {{Şəxslər}} adlanır və onu tam olaraq istifadə etmək mümkündür. Siz sadəcə məsələn, Livilla məqaləsindən {{Dövlət xadimi}} şablonunu silib onu Şəxslər şablonu ilə əvəz etməlisiniz. Şablonun səhifəsinə baxıb, hansı bəndlərin əlavə edildiyini görə bilərsiniz. Wertuose 19:08, 5 yanvar 2010 (UTC)Cavabla


Rəqslər

[mənbəni redaktə et]

Bəlkəm rəqslər standart şablonda göstərilsə daha estetik görünər.--MrArifnajafov 20:38, 23 yanvar 2010 (UTC)Cavabla

Məncə də elə yaxşı olar. Redaktə etmişdim, geriyə qaytardız redaktələrimi amma:) --Sortilegus 20:44, 23 yanvar 2010 (UTC)Cavabla

Anlamadım --MrArifnajafov 20:51, 23 yanvar 2010 (UTC)Cavabla

"Rəqs" və ya "Rəqslər" şablonu yoxdur axı bizdə. Məqaləyə şablonun içi köçürülmür, şablon özü yararadılmalıdır. Məsələn, Şablon:Rəqs və ya "Rəqslər" şablonları yoxdur, Şablon:Şəxs və ya Şablon:Dövlət xadimi şablonları var. Bilirəm, anlamaq bir az çətindir, amma hər halda şablonlaşdırmanı daha təcrübəli istifadəçilərimizin öhtəsinə buraxaq.--Sortilegus 21:15, 23 yanvar 2010 (UTC)Cavabla

Sizi anlamadım. indiki Tanqo variantını standart və estetik sayırsınız? Hansı redaktədən danışırsınız?--MrArifnajafov 21:15, 23 yanvar 2010 (UTC)Cavabla

Onda nə vaxta kimi gözləməliyik? Bəlkə siz deyən o təcrübəli tapılana qədər bundan istifadə edək? Bəlkəm bu təqdim etdiyim variantı təcrübəlilərin müzakirəsinə buraxaq?--MrArifnajafov 21:23, 23 yanvar 2010 (UTC)Cavabla

Nəyisə gözləməyə ehtiyac yoxdur:) İstədiyiniz məqaləni yaradın, redaktə edin. --Sortilegus 21:37, 23 yanvar 2010 (UTC)Cavabla

Mən İstifadəçi:Wertuosedən xahiş elədim, yaratdığınız rəqs şablonuna düzəlişlər etsin. Şablonların hazırlanmasında o məndən daha təcrübəlidir. Sonra rəqslərlə bağlı bütün məqalələrə bu şablonu əlavə edərik. Fürsətdən istifadə edib, bir də Sizə yaratdığınız və zənginləşdirdiyiniz məqalələrə görə təşəkkürümü bildirirəm. Sizin kimi AzVikinin inkişafına və zənginləşdirilməsinə məsuliyyətlə yanaşan, bunun üçün çalışan istifadəçilərimizin sayı çox olsaydı indi vikipediyamız özünə layiq daha yüksək yerlərdən birini tutardı. Hörmətlə:--Sortilegus 15:56, 24 yanvar 2010 (UTC)Cavabla

Ad dəyişmə

[mənbəni redaktə et]

Salam. Məqalənin adını indilik həmin adda Azvikidə məqalənin olub-olmamasına uyğun olaraq dəyişmək lazımdır. Məsələn, Heyvagülü adında burda məqalə yoxdur, niyə həmin rəqs haqqında məqalənin adını Heyvagülü (Rəqs) qoyaq ki? (hətta belə adlandırmada da mötərizə içində "Rəqs"in "r" hərfi kiçik yazılmalıdır). Məncə, adı elə "Heyvagülü" qalsa yaxşıdır.--Sortilegus 17:01, 26 yanvar 2010 (UTC)Cavabla

Siz çox haqlısınız. Mən də hesab edirəm ki müstəsna hallardan başqa rəqs əlavəsi götürülsə yaxşıdır. Qabaqcadan bir çox rəqslərdə əlavə olduğundan "standart" kimi qəbul edib, razı olmasam da mən də əlavə etdim. Müzakirə:Martinika müzakirəsi qalmaqalından sonra çox şeyləri dəyişdirməkdə ehtiyat edirəm.--MrArifnajafov 18:25, 26 yanvar 2010 (UTC)Cavabla

Salam. Bir az müzakirələrdə dözümlü olaq. Hətta iddiamızda haqlı olmasaq da. Sizin fəaliyyətinizə mən bu səhifədə nəzarət edirəm Vikipediya:İdarəçi müzakirəsi. Həddən artıq çox orfoqrafik, qrammatik və s. səhvlər var yaratdığınız məqalələrdə. Sonda redaktə edəcəm, özü də "Azərbaycan Sovet Ensiklopediyası"na uyğun:) Hörmətlə:--Sortilegus 17:00, 29 yanvar 2010 (UTC)Cavabla

Şablon

[mənbəni redaktə et]

Əyalət və ya ada şablonundakı fəaliyyətinizlə bağlı bildirmək istəyirəm ki, {{Region}} şablonu mövcuddur və hər hansı inzibati-ərazi vahidi ilə bağlı məqalələrdə istifadə edilə bilər. Wertuose 11:40, 27 yanvar 2010 (UTC)Cavabla

Bəlkəm istifadə qaydasındakı "paytaxt" sözünü çıxardasınız (Hər halda paytaxt dövləti xarakterizə edir). "İnzibati mərkəz" və ya "əsas şəhəri" ya da "böyk şəhəri" .

Mümkündürmü şablonda reqionun atributlarını aid olduğu ölkənin bayrağının altında göstərilsin?
P.S. Başımız bu vilayətlərdən çox çəkib ona görə bu kimi halları dövlət atributuna yaxın tutmasaq yaxşı olar.

Hörmətlə--MrArifnajafov 12:07, 27 yanvar 2010 (UTC)Cavabla

Deyəsən telefon kodu bəndi çalışmır. Bax Martinika--MrArifnajafov 12:24, 27 yanvar 2010 (UTC)Cavabla
Bütün bəndlər normal çalışır. Həmçinin, "paytaxt" bəndinin adını dəyişməyə ehtiyac yoxdur, çünki şablonda o "inzibati mərkəz" adı ilə görünür. Sadəcə şablonu məqalədə istifadə edən şəxs üçün aydın olması üçün elə yazılıb. Sizin əlavə etdiyiniz "əsas şəhər" isə başqa anlayışdır. Məsələn, Türkiyənin paytaxtı Ankaradır amma əsas şəhəri İstanbul və ya Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidir, amma əsas şəhəri Dubay. Bu iki anlayışı qarışdırmamaq üçün "paytaxt" yazılması düzgündür. Regionun bayraq və gerbinin aid olduğu ölkənin bayrağının altında göstərilməsinin əhəmiyyətini nədə görürsünüz. Əgər məqalə konkret ölkənin regionuna həsr olunubsa və bu barədə həm şablonda, həm də məqalənin mətnində məlumat verilirsə, onda bu cür formallığa nə ehtiyac var? Əgər siz problemli bölgələri nəzərdə tutaraq yazırsınızsa, onda nəzərə alın ki, Azərbaycan Respublikasının tərkibində yalnız bir muxtar respublika var və onun atributları Azərbaycan Respublikasınınkı ilə eynidir. Sovet dövründə mövcud olan DQMV-nin isə bayrağı və gerbi olmayıb. Hazırda işğal altında olan rayonlar haqqında isə ayrıca məqalələr mövcuddur. Wertuose 09:27, 28 yanvar 2010 (UTC)Cavabla

Telefon kodundakı kiçik mexaniki xətanı mən ozüm aradan qaldırmışdım ona görə çalışır. Əgər DQMV münaqişəsi ərazi çərçivəsində həll olunarsa (1 ilə 100 ilə bilmirəm) onda onların atributları istəsək də istəməsək də əyalət statusu alacaq onda necə? Siz bu günlə danışırsınız mən isə sabahı düşünürəm. İdarəçi bürokratlığınızla razıyam amma monopolistliyinizlə yox. Hörmətlə --MrArifnajafov 10:11, 28 yanvar 2010 (UTC)Cavabla

Amma unudursunuz ki, əgər elə bir hal baş versə onda, həmin bayraq və gerb Azərbaycan tərəfindən rəsmi qəbul olunmuş bayraq və gerb olacaq. Üstəlik əgər hansısa konkret məqalədə bu cür dəyişikliyə ehtiyac olduğuna dair müzakirə gedərsə və lazımi qərar qəbul olunarsa, onda bunu yüzlərlə məqalədə istifadə olunan şablonda yox, həmin məqalənin özündə də düzəltmək olar. Bu problem deyil. Digər vikilərə baxın, şablonda bayraq və gerbin yeri eynilə bizdəki kimidir. Yəqin ki, ordakı 100 minlərlə istifadəçi bu cür halları artıq nəzərə alıblar. Mən inhisarçı deyiləm, sadəcə olaraq siz tələb edirsiniz ki, hər şey qaydalar çərçivəsində yox, sizin istədiyiniz kimi həll olunsun. Wertuose 11:02, 28 yanvar 2010 (UTC)Cavabla

Uzundərə (Rəqs)Uzundərə

[mənbəni redaktə et]

Hörmətli Səfər Azəri bəlkəm bunları birləşdirək? Necə baxırsınız? Ümumi işin xeyrinə olar. Mənim mətnim AzTV nin Azərbaycan rəqsləri verlişindən gıtürülmədir. Artıq (İstifadəçi:Wertuose tərəfindən) Şablon:Rəqs mövcuddur.--MrArifnajafov 21:52, 25 yanvar 2010 (UTC)Cavabla

Salam.Eyni mövzuda iki məqalənin olması sözsüz ki,normal hal deyil.Məncə də birləşdirsəniz yaxşı olar.İşlərinizdə uğurlar.--Sefer azeri 19:23, 29 yanvar 2010 (UTC)Cavabla

Uzundərə

[mənbəni redaktə et]

Hörmətli, Sortilegus zəhmət olmasa deyərdiniz, Uzundərəyə (rəqs) əlavə olunmalıdır yoxsa ehtiyac yoxdur? Hörmətlə--MrArifnajafov 02:14, 31 yanvar 2010 (UTC)Cavabla

Salam. "Uzundərə" adında burda başqa məqalə yoxdur, ona görə də adı elə "Uzundərə" yazılsa yaxşıdır. Hörmətlə: --Sortilegus 18:31, 31 yanvar 2010 (UTC)Cavabla

Kateqoriya:Anatomiya

[mənbəni redaktə et]

Hörmətli Sortilegus idarəçi olduğunuza görə bir xahişim var. Adı gedən Kateqoriyadakı məqalələrdə coxlu tibbi nöqteyi nəzərdən uyğun gəlməyən (savadsız) cümlələr mövcuddur. Etiraz etməsəydiniz və müəlliflərinin razılığı ilə onları silib mən təzədən yazardım. Elə məqalələr var ki, silinib təzədən yazılsa daha məsləhətdir. Hörmətlə --MrArifnajafov 17:30, 31 yanvar 2010 (UTC)Cavabla

Etiraz etmirəm. Amma çalışmaq lazimdir ki, məqalənin məzmununda minimum itki olsun. Mümkün qədər zənginləşdirmək lazimddir. Hörmətlə:--Sortilegus 18:31, 31 yanvar 2010 (UTC)Cavabla

Təbabətə dair məqalələr YARATMAQda Sizə müvəffəqiyyətlər arzulayıram. Neçə vaxtdır tibb məqaləsinə baxıram, adamın lap "ürəyi ağrıyır" :)) --Vago 11:00, 1 Fevral 2010 (UTC)

  • Hörmətli Vago narahat olmayın tezliklə baxanda hamının ürəyi açılacaq.

P.S. təsəvvür edə bilmirəm ki bunları tibbi təhsili olan yazıb. Tibbi təhsili olmayana min güzəşt (əksinə sağ olsunlar ki, nəsə yaradırlar) amma olanlara min xəcalət. Vay-vay-vay. (yazıq millət) Daha nə deyim. Hörmətlə--MrArifnajafov 11:40, 1 Fevral 2010 (UTC)

İnşallah! -Vago 11:53, 1 Fevral 2010 (UTC)
Amin!--MrArifnajafov 11:54, 1 Fevral 2010 (UTC)

Şəfqətli əllər

[mənbəni redaktə et]

İnsan ürəyi ilə bağlı məqaləyə görə xüsusi təşəkkürümü bildirirəm. Bakıda yaxşı qar yağır! --Vago 13:02, 5 Fevral 2010 (UTC)

Ürək - Məqalənin tibb terminalogiyasına

uyğun gəlmədiyi üçün silinməsini və Ürək (insan anatomiyası) məqaləsi ilə əvəz olunmasını təklif edirəm. Hörmətlə --MrArifnajafov 22:16, 2 Fevral 2010 (UTC)

Vax tapdıqca o birilərini də yeniləşdirmək fikirim var. Təşəkkürə görə çox sag ol.--MrArifnajafov 14:02, 5 Fevral 2010 (UTC)

anatomiyada qəbul olunmuş çəkidir kütlə yox.

İstifadə etdiyim mənbə ən mükəmməl məbədir ondan artığı yoxdur və ola da bilməz. Azərbaycan tibbinin "müqəddəs kitabı " sayılır. Həmin kitab cəki yazır kütlə yox . Bu məqalədə hərif səhfindən başqa heçnə düzəldilməməlidir! Hörmətlə --MrArifnajafov 16:56, 5 Fevral 2010 (UTC)

Arif müəllim, bağışlayın həkim :)), dilimizə qeyri-dəqiq daxil olmayan anlayışlardan biri də çəkidir. Fizikada cismin çəkisi dedikdə onun dayağa və ya asqıya təsir qüvvəsi təzərdə tutulur, yəni çəki qüvvədir, vahidi də BS-də N - Nyutondur. Məlum səbəblərər görə Azərbaycan dilindəki elmi kitablar belə zibillərlə doludur. Ona görə də bununla birqiymətli olaraq Sizinlə razılaşmıram :)) --Vago 18:37, 6 Fevral 2010 (UTC)
Yazı konkret mənbəyə əsaslanır ona görə də olduğu kimi qlması məsləhətdir. Müsəqil mənbəsiz və ya tərcümə məqələsi yazaramsa mütləq kütləni nəzərə alaram.--MrArifnajafov 18:53, 6 Fevral 2010 (UTC)
Ay həkim, onsuz da kimsə onu nə vaxtsa dəyişəcək. Süleymana qalmayan dünya bizə qalmayacaq ki... :) Sizə bir situasiyanı desəm yəqin ki dediklərimi təsdiq edəcəksiniz.
40 ildir Əlifba kitabında gedir, yəqin Siz də ondan oxumusunuz:

"Dələ, dələ ay dələ,
quyruğu var bir şələ

Nəhayət onun müəllifinə sübut edəndən sonra həqiqəti yerinə gətirə bildik və bu kitablarda dəyişdirildi. Sən demə quyruğu şələ olan "dələ" yox, "sincab" imiş. Müəllimlər Sincabın adını görəndə etiraz etmişdilər ki, bu dələdir. Şükür Allaha artıq onlar da "sincab"ın sifətinə öyrəşiblər :)) --Vago 11:30, 7 Fevral 2010 (UTC)

Salam Arif bəy. Sələf-xələf şablonları əla alınır. Yorulmayasız. Deyəsən şablon tərtib etməyi artıq öyrənmisiniz. Wertuose-yə yalvar-yaxardan canımız qurtardı:) Hörmətlə:--Sortilegus 23:39, 13 Fevral 2010 (UTC)

Şeyx Səfi kompleksi

[mənbəni redaktə et]

Hörmətli Səfər Azəri fikrinizi bilmək istərdim Şeyx Səfi kompleksini məqbərəsi və ya türbəsi ilə əvəz etmək mümkündürmü? Hörmətlə--MrArifnajafov 17:00, 15 Fevral 2010 (UTC)

Salam. Məqaləni yaradan mənəm və Şeyx Səfi kompleksi də mən adlandırmışam. Mən də əvvəl fikirləşirdim ki, Şeyx Səfi türbəsi adlandırmaq daha yaxşı olar. Amma kompleksə təkcə Şeyx Səfi türbəsi daxil deyil. Kompleks ərazisində Şah İsmayıl türbəsi, Çinixana, məscid, mehmanxana və digər xırda tikililər də daxldir və bunlar hamısı bir birini tamamlayan tikililərdir. Əgər məqləni Şeyx Səfi türbəsi adlandırsaq onda gərək Şah İsmayıl türbəsi və kompleksə daxil olan digər abidələrimiz haqqında da ayrıca məqalələr yaradaq. Məndə digər abidələr haqqında elə çox informasiya yoxdur. Fars dilini bilmədiyimdən farsca saytları araşdıra bilmirəm. Hörmətlə--Səfər Azəri 20:54, 18 Fevral 2010 (UTC)

Şablon:Mahnı

[mənbəni redaktə et]

Bir daha salam. Mahnı şablonunda bir az dəyişiklik edib mahnının ogg faylını da şablonun içində yerləşdirsək (rəqs şablonunda olduğu kimi) məncə daha yaxşı olar və daha səliqəli görünər. Deyəsən siz şablonlarla işləməyi bacarırsız. Təəssüf ki, mən bunu edə bilmirəm. Mümkünsə mahnı şablonuna bu dəyişikliyi edin. Hörmətlə--Səfər Azəri 03:34, 20 Fevral 2010 (UTC)

Çox sağ olun.Hörmətlə--Səfər Azəri 04:02, 20 Fevral 2010 (UTC)

Salam. Təklif edirəm həm şablonu həm də məqaləni yunan Allahları yox, yunan tanrıları adlandırasınız. Bilirəm ki, bir çox nüfuzlu alimlərin əsərlərində və kütləvi elmi nəşrlərdə yunan Allahları ifadəsinə rast gəlmək mümkündür. Lakin məncə Allah birdir və "Allahları" ifadəsi yalnışıdr. Bütpərəstlik və pagan dinlərlə bağlı araşdırsanız onlar tapındıqları nəsnələrə (istər bu Zevs,Paseydon, istər Pluton və digərləri olsun) Allah yox Tanrı demişlər. İşlərinizdə uğurlar. Hörmətlə--Səfər Azəri 23:00, 21 Fevral 2010 (UTC)

Mən də Səfər Azəri fikri ilə tam razıyam! -Vago 07:04, 23 Fevral 2010 (UTC)
Bəlkəm Şablon:Misir allahlarının da adını tanrı ilə əvəz edək? Təklifiniz nədir?--MrArifnajafov 10:42, 23 Fevral 2010 (UTC)

Salam.Sözsüz ki, Misir tanrıları yazılması daha doğrudur. Çünki, Bütpərəstlik və pagan dinlərin heç birində Allah anlayşı və ilhilik yoxdur. Hörmətlə--Səfər Azəri 15:34, 23 Fevral 2010 (UTC)

Şablon Mahnı

[mənbəni redaktə et]

Bir daha salam. Mahnı şablonunda nəsə problem var deyəsən. Ya da mən düz istifadə etmirəm. Sadness (Part I) səhifəsinə baxın zəhmət olmasa. Şablonun xronologiya yerindəki noname yazısı nədir?Hörmətlə--Səfər Azəri 23:03, 22 Fevral 2010 (UTC)

Anladım çox sağ olun.Bu arada ilk çərşənbəniz mübarək. Hörmətlə--Səfər Azəri 00:6, 23 Fevral 2010 (UTC)

Təşəkkür

[mənbəni redaktə et]

Amma sən bilirsən ki mən ulduza görə yazmıram Azərbaycan üçün yazıram. Çox sağol. Su cərşənbən mübarək

Bəlkəm Şablon:Misir allahlarının da adını tanrı ilə əvəz edək?--MrArifnajafov 10:42, 23 Fevral 2010 (UTC)

1. Mən də Sizi təbrik edirəm.
2. Etirazmı edə bilərəm?! :)) --Vago 10:49, 23 Fevral 2010 (UTC)
Əlbətdəki edə bilərsən, düz sözə varam--MrArifnajafov 10:51, 23 Fevral 2010 (UTC)

Şeyx Səfi xalçası

[mənbəni redaktə et]

Xalça şablonu yaratmağınız çox yaxşı oldu. Şeyx Səfi xalçası haqqında məqalə yaratsanız məndə şəkli var yükləyərəm. Səhv eləmirəmsə Britaniya muzeyində saxlanılır və Azərbaycanda toxunmuş ən böyük xalçadır.Hörmətlə--Səfər Azəri 17:35, 23 Fevral 2010 (UTC)

Yox elə bir təklifim yoxdu, uğur olsun.Hörmətlə--Səfər Azəri 14:49, 23 Fevral 2010 (UTC)

Şablon

[mənbəni redaktə et]

Salam. Bizdə Mahnı albomu şablonu normal deyil deyəsən. Yaman qarışıqdır. İmkan daxilində ona baxsanız yaxşı olar.Hörmətlə-Səfər Azəri 16:37, 01 mart 2010 (UTC)Cavabla

Başqa dillərdəki şablonlar daha informativdi məncə. Bizdə albomun istehsal edildiyi ölkə göstərilməyib. İngilis dilindəki şablon kimi olsa yaxşı olar. Bir də mahnı şablonu kimi istifadə qaydası da göstərilsə yaşı olar. Mən baxdım heç nə başa düşmədim düzü. Hörmətlə-Səfər Azəri 17:27, 01 mart 2010 (UTC)Cavabla

Mahnı şablonundaı dəyişiklikdən sonra nəsə problem yarandı. Xronologiya yerində mahnının adı yerinə sadəcə ad yazıldı bütün səhifələrdə. Şablon:mahnı - da hər şey çox yaxşı idi. Şablon: mahnı albomu - na düzəliş etmək lazım idi. Deyəsən mən düz anlatmamışam. Hörmətlə-Səfər Azəri 18:54, 01 mart 2010 (UTC)Cavabla

Düz deyirsiz səhv məndədir. Fikrimi düzgün çatdıra bilmədim. Üzr istəyirəm Şablon:mahnı ilə hər şey qaydasındadır və artıq normal işləyir. Problem Şablon:Mahnı Albomlarındadır. Onu da Şablon:Mahnı kimi düzəldib qaydasına salsanız sizə minnətdar olaram. Əvvəlcədən təşəkkürlər. Hörmətlə-Səfər Azəri 20:05, 01 mart 2010 (UTC)Cavabla

Çox sağ olun. Allah razı olsun. Bu arada Çərşəmbəniz mübarək -- Hörmətlə-Səfər Azəri 15:18, 02 mart 2010 (UTC)Cavabla

Şablon:Mahnı Albomlarında Sinqlları yerinə albom xronologiyasını versək daha yaxşı olar məncə. Çünki sinql xronologiyası Şablon:Mahnı da onsuz da var. -- Hörmətlə-Səfər Azəri 15:18, 02 mart 2010 (UTC)Cavabla

Onda albom xronologiyası əlavə edin. Mən çalışaram həmin şablonun istifadə olunduğu bütün məqalələri yenidən redaktə edib, yeni şablona uyğunlaşdırım. -- Hörmətlə-Səfər Azəri 19:46, 02 mart 2010 (UTC)Cavabla

Şablon cəmi 4 məqalədə istifadə olunub, onlarda da hər şey qaydasındadır. Bizdə heç hansısa albom haqqında normal məqalə yoxdur ki... -- Hörmətlə-Səfər Azəri 19:55, 02 mart 2010 (UTC) Çox sağ olun. -- Hörmətlə-Səfər Azəri 20:17, 02 mart 2010 (UTC)Cavabla

[[1]] - bura baxın. Faydalı olar məncə.-- Hörmətlə-Səfər Azəri 21:32, 02 mart 2010 (UTC)Cavabla


Hörmətli Sortilegus bilmək istərdim, mühafizə etmək və ya qoruma kilidi vurmaq hüququ yalnız idarəçilərə aiddir, yoxsa istifadəçi də bunu edə bilər? Əvvəlcədən öz təşəkkürümü bildirirəm.--MrArifnajafov 20:37, 2 Mart 2010 (UTC)

Salam. Mühafizə etmək və ya mühafizəni qaldırmaq ancaq idarəçilərin səlahiyyətlərinə daxildir. Siz hansısa səhifəni mühafizə etmək lazım gələrsə ya mənə, ya digər idarəçilərə müraciət edə bilərsiz. Ümumiyyətlə isə uzunmüddətli və ya həmişəlik hansısa səhifələri və ya şablonları tam mühafizə altında saxlamaq məqsədəuyğun sayılmır. Çünki bu halda onlar inkişaf etmirlər. Hansı səhifədə ki redaktə müharibəsi gedir və ya tez-tez vandalizmə məruz qalır onları adətən idarəçilər qısa müddətə mühafizə edirlər. Və ya həddən artıq çox səhifədə işlənən şablonlar və ana səhifəyə yerləşdirilən məqalələr mühafizə olunur. Hörmətlə:--Sortilegus 21:07, 2 Mart 2010 (UTC)

Boş-boş mübahisə yox konkret təklif gözləyirəm. Düzəliş etmək mənə əziyyət deyil, mənə görə narahat olmağınız yersizdir. Mənim üçün xoşdur. Yuxarıda qeyd etdiyiniz Vago təklifləriniz artıq nəzərə alınıb. Yenə varınızdırsa buyurun, mən böyük məmnuniyyətlə nəzərə alaram.

P.S.Müzakirə bölməsində yazmağı məsləhət bilmədim ona görə bilavasitə sizə yazdım.--MrArifnajafov 09:59, 3 Mart 2010 (UTC)
Heç bir faydasını görmədiyim mübahisələrdən ümumiyyətlə qaçmağa çalışıram. Əgər hansısa boş-boş mübahisələrimi görsəniz, xahiş edirəm, qeyd edin, vaxtımı elə şeylərə həsr etməyim. Minnətdarlıqla --Vago 11:18, 3 Mart 2010 (UTC)
[mənbəni redaktə et]

Salam. [[2]] bura da baxarsız. Maraqlı informasiyalar və şəkillər var. Bir də Şablon:Mahnı Albomlarında informasiya yerləşdirilməyən bölmələrin görsənməməsi yaxşı olrdı. Albom ili ,çıxış tarixi və Hazırlanma tarixi bölmələrindən biri qalmalıdı məncə. Hansısa mahnının davam etmə müddətini göstəririk amma albomun vaxtının da göstərilməsinə ehtiyac yoxdu, əvəzinə istehsal olunduğu ölkənin göstərilməsi daha yaxşı olardı.--Sefer azeri 18:36, 3 Mart 2010 (UTC)

Singleları da görünməsə lap yaxşı olardı. Redaktələr mənlikdi narahat olmayın. --Sefer azeri 20:18, 3 Mart 2010 (UTC)

Çox sağ olun.İndi əladı.--Sefer azeri 23:29, 3 Mart 2010 (UTC)

Yeni şablon

[mənbəni redaktə et]

Salam. Bizdə Təsəvvüf şablonuna ehtiyac var. Belə bir şablon yaratsanız yaxşı olardı. Təxminən [[3]] bu tipdə bir şablon nəzərdə tuturam. Təsəvvüf kateqoritasındakı məqalələri də ora yerləşdirərik. Siz şablonu yaratsanız mən onları məqalələrə əlavə edərəm. --Sefer azeri 17:12, 4 Mart 2010 (UTC)

Baş üstə mən adların Azərbaycan dilində qarşılığını sizə göndərərəm.--Sefer azeri 18:45, 4 Mart 2010 (UTC)

Hə, dizayn əladır. Amma bir iki düzəliş etsəz lap yaxşı olar. Lap aşağıdakı Sufizm sözünü Təsəvvüf şəklində lap yuxarı yazmaq, Dahi sufiləri tanınmış sufilərlə əvəz etmək, sufi ordenini təriqətlərlə əvəz etmək olsa lap yaxşı olar. Bir də sözlərin arasındakı xəttlərin yerinə ulduz və ya başqa bir şey ([[4]] bu şablondakı kimi) yerləşdirilsə daha səliqəli görünər. Bir daha sizə minnətdarlığımı bildirirəm. Çox kömək edirsiz. Mən Gəncəliyəm. Amma içkiyə o qədər də meyilli olmadğım üçün çox məlumatım yoxdur. Araşdırıb sizə məlumat verərəm.Gəncəbasardan başqa bir də Ağdam şərabçılıq məktəbi var onu da unutmaq olmaz.--Sefer azeri 18:45, 4 Mart 2010 (UTC)

Hə Allah razı olsun. Çox gözəldir. Minnətdaram.--Sefer azeri 21:30, 4 Mart 2010 (UTC)

Gəncə şərabları haqqında bura baxın [[5]], bu [[6]] linkə də bax. --Sefer azeri 00:39, 5 Mart 2010 (UTC)

Ağdam şərabı haqqında bura ([[7]]) baxın. Burda ([[8]]) Məhsullarımız böləsində başqa növlər haqqında da məlumat var. --Sefer azeri 01:05, 6 Mart 2010 (UTC)

Bir də Tarixi dövlət şablonunda bir balaca dəyişilik etmək lazımdır ( Şablon:Tarixi dövlət). dövlətin sələf və xələf dövlətlərini göstərən bölməsində yalnız bir dövlət göstərmək imkanı var. Amma iki ya üç dövlət göstərmək mümkün olsa yaxşı olardı. --Sefer azeri 01:16, 6 Mart 2010 (UTC)

Minnətdaram. Allah razı olsun.--Sefer azeri 01:53, 6 Mart 2010 (UTC)

Mən təkrar Tarixi dövlət şablonuna baxdım. Amma çox qarışıq olduğundan bir şey başa düşmədin. Bəlkə heç olmasa istifadə qaydasını əlavə edəsiz. Wertuose - ye dünən dedim. Bir xəbər çıxmadı. Bir də Şablon:Təsəvvüfü elə etmək olar ki, açılıb bağlanan olsun. Şablon:məbədlər kimi. --Sefer azeri 11:31, 6 Mart 2010 (UTC)

Hə yaxşıdır. Çox sağ olun. --Sefer azeri 14:40, 6 Mart 2010 (UTC)

Yeni şablon

[mənbəni redaktə et]

Salam. Bizdə rəsm əsəri şablonu da yoxdu. Mümkündürsə siz hazırlayardız. Təxminən Şablon mahnı kimi bir şey. --Sefer azeri 18:24, 7 Mart 2010 (UTC)

Tünd Qəhvəyi rəng olsa daha ciddi görünər məncə. --Sefer azeri 22:03, 7 Mart 2010 (UTC)

Şablon çox gözəl alınıb. Minnətdaram. --Sefer azeri 12:49, 8 Mart 2010 (UTC)

Qalereyalar, muzeylər və sair bu kimi yerlər haqqında olan məqalələrdə məhur rəsm əsərləri və heykəllərin adlarında keçid qoyun ki, sonra yavaş - yavaş onlar haqqında da məqalə yaradaq. Bir də Şablon:mahnıya A tərəfi və B tərəfi bölmələri də əlavə edin mümkünsə. Val şəklində buraxılmış sinqllarda Valın hər üzündə bir mahnı olur. Onu göstərmək üçün.--Sefer azeri 15:28, 8 Mart 2010 (UTC)

Şablon:Mahnıya əlavə olunmalıdır. Sinqllara bu şablonu yerləşdiririk. Bir də [[9]] bura da baxın. Məncə faydalı olar.

İstifadəçi səhifəsi

[mənbəni redaktə et]

Salam, həkim! Göz dəyməsin, istifadəçi səhifəniz yaman gözəlləşib!) --Vago 17:52, 7 Mart 2010 (UTC)

ortada bir şablonluq boş yer qalıb, bəlkə ora da {{İstifadəçi 4000}} əlavə edəsiniz? ) --Vago 10:58, 10 Mart 2010 (UTC)

Salam doktor. Mifalogiya sahəsində gördüyünüz işlər çox uğurludur. Bilmirəm maraqlanmısız ya yox, azərbaycan dilində indyədək bu məlumatlar internetdə yox idi və siz birnici oldunuz. Buna görə şəxsən bir oxucu kimi sizə təşəkkür edirəm. Bir də bizdə Şablon:Elvis Presli şablonu var amma yarımçıq və qarışıqdı. Nəyin nə olduğunu anlamaq olmur. Həmin şablonu bu ([[10]]) şəkildə bərpa etsəniz əla olar. Bir də bizə Michael Jackson ([[11]]), Michael Jackson sinqlları ([[12]]), Enigma ([[13]]) şablonları lazımdır. İmkan daxilində onları düzəltsəz yaxşı olar. Mən də həmin şablonlara daxil olan məqalələri yaratmağa çalışıram imkan qədər. --Sefer azeri 00:19, 10 Mart 2010 (UTC)

Salam. Müxtəlif məzmunlu naviqasiya şablonlarını iç-içə yerləşdirməklə onları həddən artıq böyüdürsünüz. Məsələn, {{Qədim Misir}} şablonunda olduğu kimi. Bu 2 şablonun birləşməsindən yaranıb, amma onları məqaləyə ayrı-ayrı da yerləşdirmək mümkündür. Xahiş edirəm nəzərə alın və {{Misir Mifologiyası}} şablonunu bu şablondan ayırın. Wertuose 14:06, 11 Mart 2010 (UTC)

Deyəsən Şablon:Mahnıda nəsə dəyişiklik etmisiz. Çünki xaronologiya yerində də albomun adı yazılır və bu qarışıqlıq yaradır. Məsələn Bad səhifəsindəki şablonunda xronologiya albomun yox, müğənninin çıxardığı sinqlların xronologiyasıdır. Eləcə də bir çox digər mahnı səhifələrində. Amma Laçın kimi olan məqalələrdə bu əksinə aydınlıq yaradır. Bu problemi sizcə necə aradan qaldırmaq olar? --Sefer azeri 18:17, 11 Mart 2010 (UTC)

Salam. Müzakirənizə müdaxilə etmək məcburiyyətindəyəm. Çünki, {{Mahnı}} şablonunda etdiyiniz dəyişikliklər şablonun funksionallığına təsir göstərir. Bu şablon ingilis vikisindəki en:Template:Infobox_song şablonuna uyğun hazırlanmışdı. Lakin, Sefer azerinin istəyi ilə etdiyiniz dəyişikliklərlə bu şablonun bəzi funksiyalarını ixtisar edib, ona en:Template:Infobox single şablonundakı və bəzi digər funksiyaları əlavə etmisiniz. Hər hansı şablonda əlavə və dəyişikliklər etməzdən əvvəl, aradan qaldırmaq istədiyiniz problemin digər vikilərdə necə həll olunduğu ilə ətraflı maraqlanın və çalışın bəndlər digər vikilərdə olduğu kimi olsun ki, istifadəçilər özləri müqayisə aparıb çətinlik çəkməsinlər. Təklif edirəm ki, əlavə Sinql şablonu yaradıb, Mahnı şablonunu ilkin vəziyyətinə qaytarasınız. Əlbəttə ki, sinqllarla bağlı məqalələrdəki düzəlişləri də yerinə yetirmək şərti ilə. Məncə bu işi səbəbkarın özünə tapşırsanız yaxşı olar :) Başqa bir məsələ də şablonda mahnının yerləşdirilməsidir. Bildiyiniz kimi müəllif hüquqları haqqında qanuna görə müəllifin icazəsi olmadan mahnının tam versiyasının internetdə yerləşdirilməsi hüquq pozuntusudur. Yalnız tanışlıq üçün qısa prevyu yerləşdirməyə icazə verilir. Bizdə isə müəllif hüquqları ilə qorunan mahnıların tam versiyaları yerləşdirilib ki, bu da Vikipediyada tamamilə qadağandır. İngilislər estetik zövqdən məhrum olduqlarına görə yox, məhz bunu nəzərə aldıqları üçün şablonda bu bəndi qoymayıblar. Sizin istəyinizlə rəqs şablonuna belə bir bənd əlavə etmişdim, çünki rəqs musiqilərinin əksəriyyəti artıq köhnə musiqilərdir və müəllif hüquqları onlara şamil edilmir. Amma Səfərin əlavə etdiyi mahnıların bəziləri heç "yetkinlik yaşına" çatmayıb :) Wertuose 12:46, 16 Mart 2010 (UTC)

Gecəniz xeyir. Deyəsən ya Şablon:Azərbaycan tarixində, ya da Şablon:Tarixi dövlət- də nəsə problem var. Çünki həmin şablonların birlikdə yerləşdirildiyi məqalələrdə böyük boşluqlar yaranır(MannaKuti məqalələrində olduğu kimi). Zəhmət olmasa bu problemi aradan qaldırmağa kömək edərsiz. Bir də Michael Jackson və Enigmayla bağlı şablonlar yaradacaqsı? --Sefer azeri 01:02, 12 Mart 2010 (UTC)

Çox sağ olun. Hamısı əladır. Allah razı olsun. Zəhmət olmasa digər iki (Azərbaycan tarixi və tarixi dövlət) şablona da baxarsız. --Sefer azeri 01:32, 12 Mart 2010 (UTC)

Əgər şablonalar qaydasındadırsa o zaman Manna, Kuti dövləti, Lulubi dövlətiQafqaz Albaniyası səhifələrində yaranan (səhifənin başında) o böyük boşluqlar nədəndir. Mən siz dediyiniz kimi bayraq olmayan yerləri və ümumiyyətlə məlumat olmayan bölmələri boş saxlamışam. --Sefer azeri 01:43, 12 Mart 2010 (UTC)

Yox mən şablondakı boşluğu demirəm. Məgər sizdə səhifələrin başında böyük boşluq yoxdur? Bəlkə mənim komputerim belə göstərir. Səhifələrdə ilk cümlə tarixi dövlət şablonunun sonunda durur və səhifənin başı boş qalır. --Sefer azeri 02:04, 12 Mart 2010 (UTC)

Əgər sizdə boşluq görünmürsə o zaman problem yoxdu. Bir də ingilis vikidə mətnə səs faylı yerləşdirərkən bu cür ([14]), bizdə isə bu cür ([15]) görünür. elə eləmək olmazmı ki, bizdə də ingilis vikidəki kimi görünsün. Estetik olaraq daha yaxşıdır bu məncə. --Sefer azeri 17:48, 13 Mart 2010 (UTC)

Salam doktor. Lütfən Şablon:Mahnıda iki ogg faylın yerləşdirilə bilinməsi üçün səslənməsi2 və izah səslənmə2 bölmələri əlavə edin. Bilirəm sizi bezdirirəm, amma neynək şablonlarla işləyə bilmirəm. --Sefer azeri 17:22, 14 Mart 2010 (UTC)

Salam. Şablon dinləni necə etmək olar ki, səhifənin istədiyimiz tərəfinə yerləşdirə bilək? İndiki halda yalnız sağ tərəfdə yerləşdirmək mümkündür.--Sefer azeri 01:05, 17 Mart 2010 (UTC)

Salam. İngilis vikisində tracklist şablonu var. ([16]). Həmin şablonun bizdə qarşılığı var mı? Mən bu ([17]) səhifəyə yerləşdirmək istədim alınmadı. Fikirləşdim bəlkə bizdə adı ayrıdır. Mümkünsə kömək edərdiniz. --Sefer azeri 21:52, 19 Mart 2010 (UTC)

Axşamınız xeyir. Bayramınız mübarək. Siz ingilis vikisindəki həmin şablona bənzər bir şablon yarada bilərsiniz bizimçün?--Sefer azeri 22:15, 20 Mart 2010 (UTC)


Bitkilər üçün şablon

[mənbəni redaktə et]

Salam, həkim! Göz dəyməsin, şablon düzəltməkdə yavaş-yavaş profesionallaşırsınız ). Mümkünsə Bitkilərə də "yardım edin". Hörmətlə, --Vago 05:24, 29 Mart 2010 (UTC)

Mütləq düzəldərəm. --MrArifnajafov 08:36, 29 Mart 2010 (UTC)
Təşəkkür edirəm!-Vago 11:45, 29 Mart 2010 (UTC)
Xahiş edirəm Şablon:Taksoqutuya aid xüsusən azərbaycanlaşdırmaqla əlaqədar təkliflərini ver mən də düzəldim. Dediklərini dəyişdim. cox sağol. Yenilərini gözləyirəm. Çünki şablon çox qəlizdir gərək korreksiyalar əvvəlcədən edilsin, sonra işə buraxılsın. Hörmətlə --MrArifnajafov 12:29, 30 Mart 2010 (UTC)
Şablonun qəlizliyinə 100% əminəm. Sözün açığı, əvvəlcə düzəltmək istədim, Sizin qeyd etdiyiniz kimi, o qədər çoxşaxəli və o qədər bilmədiyim termin var idi ki... Düşündüm bir mütəxəssis kimi Siz bu işi daha gözəl ərsəyə gətirərsiniz. Bir daha təşəkkür edirəm.
Minnətdarlıqla, --Vago 12:56, 30 Mart 2010 (UTC)
Salam, həkim! Bitkilər üçün şablon qoyduğunuz səhifələrdə "Wikispeciesdən istiqamətlənməmiş məqalələr" kateqoriyası yaranır. Səbəbini bilmirsiniz?--Vago 07:16, 1 Aprel 2010 (UTC)
Hər vaxtınız xeyir olsun! Düşünürəm ki, Taksoqutuda ""Wikispeciesdən istiqamətlənməmiş məqalələr" kateqoriyasının yaranma səbəbi" "wikispecies" sətridir. Bəlkə hələlik onu ümumiyyyətlə istifadə etməyək?--Vago 12:45, 7 Aprel 2010 (UTC)


Wikispeciesdən istiqamətlənməmiş məqalələr kateqoriyasını ixtisara saldım--MrArifnajafov 13:19, 7 Aprel 2010 (UTC)

Misir və Mifologiya silsiləsi

[mənbəni redaktə et]

Salam doktor. Misir və Mifologiya silsiləsindən olan yazılarınız başa çatdı?--Sefer 20:52, 04 Aprel 2010 (UTC)

Çox maraqlı və düşünürəm ki lazımlı mövzulardı. Çox istərdim ki, Misir və Mifologiya ilə bağlı araqlı və qiymətli səhifələr yaratmaqda davam edəsizniz.--Sefer 00:27, 05 Aprel 2010 (UTC)

Hər halda fəaliyyətinizi maraqla izləyirəm. İşlərinizdə başarılar.--Sefer 00:38, 04 Aprel 2010 (UTC)

Eyni məqalə

[mənbəni redaktə et]

Salam. QiqantlarNəhənglər məqalələrinin ikisi də böşdur (yalnız şablonlar var). Heç olmasa biri silinməlidir, belə ki, adları da uyğundur. --Ira 19:54, 8 Aprel 2010 (UTC)

Rəqəmlərin magiyası

[mənbəni redaktə et]

Salam, MrArifnajafov. Rəqəmlərin magiyası məqaləsinin təkmilləşdirmə işini bitirmişəm. Sizin məqalə barədə fikriniz mənim üçün maraqlıdır. Lütfən, şərhinizi qeyd edin.--Tar 88 12:59, 9 Aprel 2010 (UTC)

Mənə, Şablon üçün kömək təklifi etməyiniz lap yerinə düşdü. Mən şablon yaratmaqda elə də bacarıqlı deyiləm düşünürəm ki, bu işi sizə həvalə etsəm yaxşı olar. Şablon, musiqi aləti - tar haqqında olacaq. Şablonda şəkilin başlığı, tarın şəkli və şəkil haqqında məlumat, onun hissələri (eni, uzunluğu və s.)haqqında məlumat, Onun istifadə qaydası haqqında məlumat. Siz şablonun qaralama versiyasını yaratsanız, mən əlavələri edərəm. Həqiqətən, sizdən çox məmnun qalaram. Güman edirəm, şablonu düzəltdiyinizdə, məni xəbərdar edərsiniz. Təşəkkürlər, --Tar 88 17:50, 9 Aprel 2010 (UTC)

İnsan ürəyi

[mənbəni redaktə et]

Sabahınız xeyir, həkim! Yaratdığınız məqalənin seçilmişlər sırasına daxil olunmasına görə təbrik edirəm. Müvəffəqiyyətlər daim sizinlə olsun! --Vago 06:35, 11 Aprel 2010 (UTC)

Bir də yazıda qara (bold) verilənlərin də götürülməsini təklif edirəm, istər dizayn, istərsə də Vikipediya stili baxımından (Vikipediya mətnlərində sözləri qara verməklə deyil, onlar haqqında olan məqaləyə keçid göstərməklə fərqləndirilir)--Melikov Memmed 07:10, 10 Aprel 2010 (UTC) bu təklifə əməl edək yoxsa etməyək. fikriniz nədir?--MrArifnajafov 06:56, 11 Aprel 2010 (UTC)
Melikov Memmedin bu təklifini oxumuşam. Sözün açığı orada qırmızı keçidlər yaranacaq deyə onların Azərbaycan dilində dəqiq adları lazımdır. Mən bilmədiyimə görə toxunmadım. Siz "qırmızıladın", gerisinə Allah Kərimdir. :) --Vago 07:08, 11 Aprel 2010 (UTC)

Müzakirə səhifəsində qeyd etdiyiniz irad və təkliflərə görə təşəkkür edirəm. Sözsüz ki nəzərə alınacaqdır.Hörmətlə--MrArifnajafov 18:48, 12 Aprel 2010 (UTC)

Çox təşəkkürlər, bir daha belə dəyərli bir məqalə hazırladığınız üçün təbrik edirəm. İşinizdə uğurlar. --TimBitsتِمبِتس 22:50, 12 Aprel 2010 (UTC)
Redaktənizi cox bəyəndim və təşəkkürlər--MrArifnajafov 19:55, 13 Aprel 2010 (UTC)
Sağ olun. Əsas təşəkkür sizə düşür, uğurlar. --TimBitsتِمبِتس 15:21, 14 Aprel 2010 (UTC)

Şablondan razı qaldınızmı? məncə pis alınmayıb. Düzdür istifadəsi bir qədər zəhlə tökəndir və bir qədər vərdiş tələb edir. Amma nə etmək olar bütün dillərdə belədir. Çətinlik olsa deyin. --MrArifnajafov 06:51, 11 Aprel 2010 (UTC)

Razı da sözdü! :) Əla! Bircə terminlərdə çətinlik olur, çox rahat istifadə edə bilirəm. --Vago 06:54, 11 Aprel 2010 (UTC)
istifadə izahları əlavə edərəm onda lap asand olar.--MrArifnajafov 06:58, 11 Aprel 2010 (UTC)

"Новонёбные" (лат. Neognathae) yarımsinif-inin Azərbaycanca adı nədir? (Türkcə "Uçucu kuşlar" – "Uçan quşlar" deyirlər)--Vago 07:15, 11 Aprel 2010 (UTC)

Yeniçənəlilər (lat. Neognathae yun. νέος — yeni, qədim yun. γνάθος — çənə) quşlara aiddir. Amma azərbaycan dilindəki elmi terminini bioloqlar dəqiq bilər.--MrArifnajafov 07:27, 11 Aprel 2010 (UTC)
Elə mən də dəqiqini öyrənmək istəyirəm. Görək aktiv istifadəçilərdən hansı biolgiya mütəxəssisin tapa bilirik.--Vago 07:30, 11 Aprel 2010 (UTC)

Astral səyahət

[mənbəni redaktə et]

Salam, MrArifnajafov. Qeyri-adi mövzu başlıqları altında olan məqalələr silsiləmi davam etdirirəm. Astral səyahət məqaləsini necə qiymətləndirirsən. Təbii ki, məqalədə hələ iş gedir. Sadəcə olaraq ilkin fikirlərin mənim üçün maraqlıdır. Təşəkkürlər, --Tar 88 18:48, 12 Aprel 2010 (UTC)

Sizə bir sualım var. "Ruh"-a necə izah gətirirsiniz. Ümumiyyətlə, ruh anlayışını qəbul edirsinizmi?--Tar 88 19:10, 12 Aprel 2010 (UTC)

Sizi yazılarınızda aqressiv görürəm. Halbuki, biz burada sadəcə fikir mübadiləsi edirik. Aqressivliyə lüzum yoxdur. Bu arada, sizə verdiyim suala elmi cavab gözləyirdim. Çünki, siz ən azından həkimsiniz. Ancaq, siz elmi cavab vermək yerinə sualın istiqamətini təmamən dəyişib diniləşdirirsiniz. Nəticədə, mən sizə dini sual vermədim. Sadəcə, "ruh" anlayışını qəbul edib, etmədiyinizi soruşdum. Cavabınıza görə təşəkkürlər, --Tar 88 19:28, 12 Aprel 2010 (UTC)

Yeni Şablon

[mənbəni redaktə et]

Salam doktor. Bizdə deyəsən heykəl şablonu yoxdur. Heykəl və ya heykəltaraşlıq əsəri adlı şablon yarada bilsəniz yaxşı olardı. --sefer azeri 20:20, 13 Aprel 2010 (UTC)

Şablona görə təşəkkür. Amma bir əması var ki, şəkil çox böyük görünür və ya mən düzgün istifadə etmirəm. Dədə Qorqud (heykəl) səhifəsinə baxın. --sefer azeri 23:25, 14 Aprel 2010 (UTC)

Şablonda bir probel artıq getmişdi, düzəldi.

Hə şablonda hər şey normaldır. Çox sağ olun. Allah razı olsun. --sefer azeri 14:50, 15 Aprel 2010 (UTC)

Salam, həkim, "infarktdan ölmüşdür"ün Azərbaycanca dəqiq ifadəsi necədir?--Vago 07:02, 15 Aprel 2010 (UTC)

  • Infarkt (Lat. infarcire ) — orqanın qan təchizatının pozulması nəticəsində ölməsi (nekrozlaşması) deməkdir. Buna səbəb tromboz, emboliya, (üzvü qidalandıran arteriyanın laxta və s. ilə qapanması və ya tıxanması) arteriyanın uzun muddətli spazmı (daralması) ola bilər.

"Miokard (Ürək əzələsinin), (Beyin və s.) infarktından ölmüşdür" ifadəsi düzgündür və Azərbaycan tibb terminalogiyasında qəbul olunmuş ifadədir. Ürək əzələsinin qan təchizatının pozulmasından (Miokardın nekrozundan) ölmüşdür ifadəsi hərfi məna daşısa da ifadə baxımdan dilə yatımli deyil və bu baxımdan qüsurludur. --MrArifnajafov 07:38, 15 Aprel 2010 (UTC)

Təşəkkür! --Vago 08:20, 15 Aprel 2010 (UTC)

Hörmətli Sortilegus "Xəsətəliklərin Beynəlxalq Təsnifatının" silinmə günahı nədir bəlkəm bizə də deyəsiniz. Axı bu səhifə tam işlənilməməsinə baxmayaraq xəstəliklərin təsnifatları ilə bağlıdır. Bəlkəm əlavə bir təklifiniz var? --MrArifnajafov 12:28, 17 Aprel 2010 (UTC)

Salam Arif bəy. Məqalənin adında orfoqrafik səhv olub ona görə adı dəyişdirilib →Xəstəliklərin Beynəlxalq Təsnifatı. Səhv variant silinib. Hörmətlə:--Sortilegus 11:13, 18 Aprel 2010 (UTC)

Anladım günahkar elə özüməm. Üzr istəyirəm--MrArifnajafov 14:28, 18 Aprel 2010 (UTC)

Sizin burda yaratdığınız məqalələrdə əsasən problem elə orfoqrafik hərf səhvlərində və yanlış cümlə quruluşlarında olur. Bir də bizim vikipediyaçılarla ünsiyyət qurarkən onlarla bir qədər "mülayim" yazışmağa çalışmaq lazımdır. Şəxsən mən, sizin timsalınızda AzVikinin növbəti idarəçisini görürəm. Hörmətlə:--Sortilegus 20:57, 18 Aprel 2010 (UTC)

[[Kateqoriya:Düzəliş tələb olunan taksaqutular]]

[mənbəni redaktə et]

Salam, həkim! Bəlkə [[Kateqoriya:Düzəliş tələb olunan taksaqutular]]a əlac edəsiniz. Yaranma səbəbi Taksoqutu şablonudur. Hörmətlə, --Vago 13:01, 20 Aprel 2010 (UTC)

Hörmətli Vago narahat olmağa dəyməz şablon tam doldurulduğu təqdirdə Kateqoriya:Düzəliş tələb olunan taksaqutular özü avtomatik itməlidir.--MrArifnajafov 13:15, 20 Aprel 2010 (UTC)
Təşəkkür edirəm!--Vago 13:48, 20 Aprel 2010 (UTC)

Nə gözəl yaraşır Muğana ceyran

[mənbəni redaktə et]

Yaratdığınız İnsan ürəyi məqaləsinin Ana səhifəyə gözəllik verməsi münasibətilə təbrik edirəm! Ömür boyu əlləriniz ürəklərə şəfa vəsiləsi olsun --Vago 12:44, 21 Aprel 2010 (UTC)

Mən də təbrik edirəm. Həm yaratdığınız məqalənin seçilmiş məqalə statusu alması, həm də Ana Səhifəyə yerləşdirilməsi münasibətilə. AzVikinin zənginləşdirilməsi üçün bu cür ardıcıl fəaliyyətinizə görə Sizə bir daha təşəkkür edirəm. Hörmətlə:--Sortilegus 14:34, 21 Aprel 2010 (UTC)


Qırmızı Kitab

[mənbəni redaktə et]

Salam. Qırmızı Kitab məqaləsi mövcuddur. Yenidən belə məqalə Qırmızı kitab yaratmaq nə qədər doğrudur. --Ira 16:26, 21 Aprel 2010 (UTC)

Ana səhifə

[mənbəni redaktə et]

Kənd meydanında Ana səhifənin yeni görünüşünü müzakirə edilir. Ana səhifənin yeni versiyasını dizayn etmişəm. Ana səhifənin yeni görünüşü haqqında öz fikrinizi yazın.--Tar 88 16:34, 26 Aprel 2010 (UTC)

Nəcəfov, heç cürə Şəkilli ramkanı yuxarıya, əvvəlki yerinə yerləşdirə bilmirəm. Necə edirəmsə, şəkiili ramka portallarla birlikdə "tarixdə bu gün" səhifəsinin altına düşür. Köməyinə ehtiyacım var.--Tar 88 14:07, 27 Aprel 2010 (UTC)

Doctor, məndə heç nə alınmır. Səhər Ana səhifə-test yaxşı idi axı. Niyə belə oldu? --Ira 15:31, 27 Aprel 2010 (UTC)

Çoxhörmətli İrada xanım Tar 88ın etdiyi müraciəti əsasında müdaxilə etmişəm. Və heç narahat olmayın əvvəlki versiyanı hər zaman qaytarmaq olar.--MrArifnajafov 15:37, 27 Aprel 2010 (UTC)

Allah razı olsun. --Ira 15:40, 27 Aprel 2010 (UTC)

Düşünürəm ki, siz mənə məsləhət gördüyünüz metodları tətbiq etmisiniz, amma nəticə əldə etməmisiniz. Əgər siz bu tapşırığın öhdəsindən gələ bilmədinizsə, mən necə gəlim? (Sizi şablonları yaratmaqda peşəkar adlandırırlar). İnanıram ki, Ana səhifə-testi əvvəlki vəziyyətinə qaytara biləcəksiniz. Çünki, mən bir neçə versiyaları nəzərdən keçirdim. Amma, məndə heç cürə alınmır. Təkrar edirəm, sizə güvənirəm. Bu arada "Bəbir" məqaləsini Seçilmiş məqalə statusu almağa layiq hesab edirəm. Əgər siz də məqaləni seçilmiş məqalə olaraq görürsünüzsə, məqaləyə səs verin. Səsinizi axrıncı gün verib, mübahisələrə yol açmayın.--Tar 88 16:06, 27 Aprel 2010 (UTC).

Təşəkkürlər, düzəldəcəyini bilirdim--Tar 88 16:48, 27 Aprel 2010 (UTC)

Bəbir ya yaquar

[mənbəni redaktə et]

Səhvin günahkarı mən yox şəkilləri vikiyə yükləyəndir ki adları qarışıq yazırlar. Elə qarma qarışıq da ondan başlayır.

Nəisə,
Melanizm məqaləsi bu baxımdan çox maraqlıdır:[18] Среди млекопитающих классическим примером меланизма является его проявления у кошек. Леопард, пума и ягуар, у которых проявляется меланизм, обычно называются "пантерами" или "черными пантерами". Примером сильного распространения мутации, которая приводит к меланизму, в популяции кошачьих, является популяция леопарда на территории Малайзии, где около 50% животных имеют черную окраску. Вообще среди больших кошек меланизм обычно является более распространенным в тех популяциях, которые живут в плотных лесах - при условии недостатка освещение темные животные здесь являются менее заметными, чем на открытой местности, которая облегчает им выживание.

Melanis bəbir xallı bəbirin fenotip dəyişikliyidir və əsasən Malayziya meşələrində yaşayan bəbirlərə xasdır. Qara yaquar isə artıq genotip dəyişiklikdir. --MrArifnajafov 08:45, 29 Aprel 2010 (UTC)

Dərd orasındadır ki, Melanizm məqaləsində də soldakı şəklin adını yaquar veriblər axı... --Vago 09:24, 29 Aprel 2010 (UTC)
Bu məqalədə [19]deyilir ki həmin şəkil vikidə səhvən yaquar kimi göstərilmişdir.--MrArifnajafov 09:58, 29 Aprel 2010 (UTC)
Ruslar da belə edəndən sonra, görün biz nə gündəyik :) Sayənizdə bir yanlışlıqla vidalaşmalı oluruq :) --Vago 10:02, 29 Aprel 2010 (UTC)

Yaddan çıxarma ki, dünyanın ənnnnnn böyük juliki saxtakarı onlardir. Avropadan açıq görsənir. Yoxsa "erməni tarixi" bu qədər inandırıci görünməzdi. Bu yalan bu qədər yeriməzdi. Viki rus məqalələrinin çoxsunda bunlara rast gəlmək mümkündür. Rəşid daşı mübahisəm də elə belə yanlış rus mənbələrinin qurbanı oldu. Nəisə daha nə deyim. Şəxsən vikiyə istinad edəndə bir neçə dilli mənbəni mütləq tutuşdururam.--MrArifnajafov 10:14, 29 Aprel 2010 (UTC)

Seçilmiş məqalə

[mənbəni redaktə et]

Bura məncə Sizə lazımlı bölmədir. P.S Məncə seçilmiş məqaləyə tam hazırdır ;). --Proger 19:20, 29 Aprel 2010 (UTC)

Seçilmiş məqalə

[mənbəni redaktə et]

Sizcə Coser ehramı namizədliyə layiqdir?--MrArifnajafov 18:50, 29 Aprel 2010 (UTC)

Salam. Mən bilən bir az da məlumat artırıla bilər hələ məqaləyə. Onda daha bitkin məqalə olar. Məsələn, bizdəki Bəbir məqaləsindəki qədər baxdığım digər heç bir vikidə dolğun məlumat yoxdur.

Yeni şablon

[mənbəni redaktə et]

Salam doktor. Bizdə deyəsən bir şablona ehtiyac var. Düzü dəqiq bilmirəm nəyə lazımdır, sadəcə məqaləni hazırlayarkən gördüm onsuz olmayacaq. Deyəsən cərgələri yanaşı düzmək üçündür. Ain't No Sunshine səhifəsinə baxsanız anlayarsız məncə. Burda [[20]] istifadə olunub. Mümkünsə bizə də düzəldin ondan yoxsa sıralama yaman uzun olur və pis görünür. Bir də Maykl Ceksonun sinqlları şablonunda History albomu və ordan olan sinqlları görünmür. --sefer azeri 13:06, 02 may 2010 (UTC)Cavabla

Yer xəritəsi

[mənbəni redaktə et]

Salam həkim, mümkünsə Şablonlar:Yerləşmş xəritəsində "Yerləşmş" sözünə diqqət yetirin. Deyəsən, hər yerdə eyni gedir.--Vago 09:28, 4 May 2010 (UTC)

Salam, həkim. Bəbir məqaləsinin seçilmişlər sırasına qatılması münasibətilə təbrik edirəm. Yeni-yeni uğurlar.--Vago 09:52, 5 May 2010 (UTC)

Coser ehramı

[mənbəni redaktə et]

Salam, həkim. Rus vikisindəki məqaləyə baxdım, onlar əvvəlki və indiki ölçüləri tamam qarışdırıblar. --Vago 12:40, 5 May 2010 (UTC)

Salam. Misir ehramlarını göstərdiyiniz şablonda həm də xəritədə yerini qeyd etmisiz. Bu çox yaxşıdır. Eyni şeyi məbədlər, məscidlər, qalalar və sair haqqında olan məqalələrə də tətbiq etmək mümkündür mü? Mümkünsə necə xahiş edirəm izah edin. --sefer azeri 21:38, 05 may 2010 (UTC)Cavabla

Çox qəşəngdir, əllərinizə sağlıq. Bəs kordinantları necə dəqiqləşdirməliyəm? Bir də eyni şablonu məbədlər, məscidlər və türbələr üçün də tətbiq etmək olar? --sefer azeri 08:02, 07 may 2010 (UTC)Cavabla

Bayat qalasına şablonu artırdım, amma Bakını göstərdi axı...:(--sefer azeri 03:59, 07 may 2010 (UTC)Cavabla

  • Yuxarıda qeyd etdiyim kimi koordinatları düzgün yazmaq lazımdır. Qala harada yerləşirsə oranın da koordinatları yazılmalıdır.
    Bakıdadırsa Bakının koordinatları:
    (|latd = 40|latm = 29|lats = 32|latNS = N

|longd = 50|longm = 8|longs = 20|longEW = E),
Ağdamdadırsa Ağdamın:
(|lat_deg =39 |lat_min =59 |lat_sec = 35|latNS = N
|lon_deg =46 |lon_min =55 |lon_sec = 50|longEW = E) koordinatları yazılmalıdır.--MrArifnajafov 11:26, 7 May 2010 (UTC) Bəs hansı rayonun kordinantının nə olduğunu necə öyrənim? sefer azeri 04:30, 07 may 2010 (UTC)Cavabla

Məsələn Axtarirsiz Ağsu(şəhəri) redaktə ilə daxil olun şablondan koordinatları götürün. Bəzən və cox hallarda rast gəlinmədikdə digər dillərə, məsələn məqalənin rus alman ingilis dilindəki versiyasına müraciət etməklə əldə etmək olar.--MrArifnajafov 11:43, 7 May 2010 (UTC)

Mərdəkan qalası 2

[mənbəni redaktə et]

Salam, həkim. Mərdəkan qalası-2 məqaləsində şablonda qarışıqlıq var. Sizcə, səbəbi nədir?--Vago 05:01, 7 May 2010 (UTC)

Axı mən baxdım heçnə tapmadım. Konkret nəyi nəzərdə tutursunuz?--MrArifnajafov 10:18, 7 May 2010 (UTC)
Bunu: "Şəkil:merdekan-qaralama.jpg"--Vago 10:38, 7 May 2010 (UTC)

Ana səhifədəki bəbirin şəkli tanış gəlmir?! :) --Vago 10:40, 7 May 2010 (UTC)

Mən heç bir problem görmürəm, məndə hər şey əla görsənir yəqin PC proqramı ilə əlaqədardır.--MrArifnajafov 10:53, 7 May 2010 (UTC)
Bəbirin hansı şəkilini nəzərdə tutursan. Balalrından birinin şəkilini mən dəyişmişəm çünki, əvvəlki gənc bəbir şəkilində verilmiş gepard balası olduğu üçün bəbir balası ilə əvəz etmişəm. Gepard və leopard ayrı ayrı heyvanlardır. Bunu mənə Zoopark işçisi başa saldı.--MrArifnajafov 10:53, 7 May 2010 (UTC)
Ana səhifədə seçilmiş məqalədə qoyulan bəbir şəkil bir dənədir :)
Hepard ən sürətli qaçan heyvandır. Bəbir isə... Onu siz məndən yaxşı bilirsiniz. :)--Vago 11:05, 7 May 2010 (UTC)

Düzdür, düzdür hörmətli həmkar. Bir daha təbriklər.--MrArifnajafov 11:11, 7 May 2010 (UTC)

Salam. Əvvəlcə bayramınız mübarək! Sonra buradakı şəkillərlə bağlı [[21]] şablonu eyni şəkildə burada da [[22]] tətbiq etdim. Amma fonda rəng görünmədi. O nədəndir? Bir də kilsələrin və monastırların yerini xəritədə göstərmək üçün də bir şablon yaratsanız, qalalardan sonra onu da tətbiq edərdik məqalələrə. Amma Qala-xəritə şablonu əla görünür, əllərinizə sağlıq. Qalaların yerini isə dəqiqliklə Google Earthla müəyyənləşdirirəm :), narahat olmayın. --sefer azeri 16:58, 09 May 2010 (UTC)

Bağışlayın, sizi də bezdirirəm. Zəhmət olmasa bir dənəsini siz düzəldin, sonra mən ona baxıb digərlərinə də əlavə edərəm. Yoxsa belə, yenə aləmi qatacam bir-birinə :(--sefer azeri 16:58, 09 May 2010 (UTC)

Məscidlə kilsəni bir göstərək? İngiliscədə kilsə aşağısı yumru xaç kimi bir işarəylə, məscid isə aypara ilə göstərilir. Bəlkə biz də elə fərləndirsək yaxşı olar? --sefer azeri 23:59, 09 May 2010 (UTC)

Bir dənəsini [23] düzəltdim, görün belə olmalıdı? Bir də xəritədə yeri qırmızı nöqtə əvəzinə burdakı kimi [24] dini bildirən bir işarəylə göstərə bilmərik? Məsələn qalaları balaca qala işarəsiylə verməniz çox yaxşı görünürdü. --sefer azeri 01:23, 10 May 2010 (UTC)

Oldu. Xəritədə göstərən işarəni dəyişəcəksiz? O qırmızı nöqtə ilə şəhərlərin, rayon mərkəzlərinin yeri göstərilir deyəsən :) --sefer azeri 01:33, 10 May 2010 (UTC)

Məqalədəi mühafizəni hələlik götürdüm. Redaktə edə bilərsiniz. --Ira 15:08, 11 May 2010 (UTC)

Salam, həkim. Çox xahiş edirəm Billie Jean məqaləsinə bir baxın. Hansısa şablon lazımdır yenə :).--sefer azeri 09:17, 18 May 2010 (UTC)

Abşeron qoyunu

[mənbəni redaktə et]

Salam, həkim. Məncə, Abşeron qoyununu yayılma arealı təkcə Abşeron olmamalıdır. Mümkünsə, dəqiqləşdirin. Bir də düşünürəm ki, şəkillərin adını uyğun sözlə (məsələn Abşeron qoyunu1.jpg) yazıb yükləsəniz, axtarış üçün də səmərəli olar.--Vago 13:29, 19 May 2010 (UTC)

Çoxhörmətli Melikov Memmed mən də bunu əsas götürərək heç kimə heç bir iradım olmadan bir daha bildirirəm ki, seçilmiş məqalə kimin yazmasından asılı olmayaraq ümumi işin məhsulu olduğundan göstəriş vermək əvəzinə onu (müəllif hansı bir səbəbdən etiraz etmirsə ) dolğun redaktələrlə zənginləşdirsə daha səmərəli iş görmüş olar. Az viki bundan çox udmuş olar. Bir də irad tutmaq yaxşıdır amma gərək bir qədər fikirlərinizi konkretləşdirəsiniz ki, həmin istiqamətlərdə məqalə təkminləşdirilə bilinsin. Məqalə altında qeyd olunmuş mənbələrə əsaslanan tərcümə məhsuludur. Qüsursuz olmaya bilir. Alman, rus, ingilis dilli məqalələrdən heç də pis deyil bəlkəm də artıqdır. Səmimiyyətlə--MrArifnajafov 20:01, 30 May 2010 (UTC)

Hörmətli MrArifnajafov, sözsüz bizim bir azərbaycanlı kimi borcumuz imkan daxilində Azərbaycanca Vikipediyanı zənginləşdirməyə çalışmağımızdır. Bir də əhalisinin 99% savadlı olan Azərbaycan üçün Azərbaycanca Vikipediyada vur-tut 15-20 nəfər aktiv istifadəçinin olması da təəssüf doğurur. Şəxsən mənə olan iradınıza görə bildirmək istərdim ki, məmnuniyyətlə əlimdən gələni etmək istərdim, ancaq işimlə əlaqədar hələlik Vikipediya üçün heç vaxtım qalmır, bu səbəbdən gərək üzürlü hesab edəsiniz. Napoleon Bonapart məqaləsi haqqında öz fikrimdə qalıram “maraqlı məqalədir, ancaq yazı quruluşu Vikipediya standartlarına uyğun ensiklopedik bir yazı kimi seçilmiş məqalə ola biləcək səviyyədə deyil” Məsələn təsadüfi bir abzası götürək: “Napoleon hakimiyyətinin ən yüksək nöqtəsini Tilsit sülhü adlandırmaq olar. O, hakimiyyətinin gücünü despot meyilləri ilə daha da artırmağa çalışırdı. Hökumət adamları tərəfindən tənqidə dözümsüz olması, ekspansion siyasətinə xarici işlər naziri Talleyrandın qarşı çıxmasına görə vəzifəsindən azad edilməsi, senzuranın artırılması, şəxsiyyətə pərəstişliyin artması buna aydın misallardandır. Köhnə aristokratlara xidmət edən dövlət inqilabi prinsiplərdən, bərabərçilikdən uzaqlaşmışdır.” Kim isə belə düşünə bilər, ancaq minlərlə insan da burda yazılan hər fikir üçün “mən belə düşünmürəm” deyə bilər, yəni bu bir ensiklopedik yazı deyil, hər hansı bir konkret fakt yox müəllifin öz düşüncələri önə çəkilir. Məqalə tamamlə bu stildə yazılmışdır. Məncə özünüz də məqaləni bu mənada yenidən gözdən keçirsəniz bunun belə olduğunu görəcəksiniz.--Melikov Memmed 05:07, 31 May 2010 (UTC)

Təşşəkkür

[mənbəni redaktə et]

Biologiya, xüsusən də botanika və zoologiya sahəsində gördüyünüz işləri maraqla izləyir və yüksək qiymətləndirirəm. Bu sahələri yenidən canlandırdığınıza görə sizə öz təşşəkkürümü bildirirəm. Düzdür mən heç kimə ulduz verməyi xoşlamıram (üzürlü hesab edin), amma inanın ki, mənim təşşəkkürüm o ulduzlardan artıqdır.

P.S Xüsusən bəbir məqaləsində ümumi işin xeyrinə böyük həvəslə etdiyiniz dəyərli redaktələrinizə görə çox minnətdaram.--MrArifnajafov 20:23, 30 May 2010 (UTC)

Təşəkkür edirəm! Mənim gördüklərim biologiyanın "skeletini" qurmaq işidir. Siz isə, başa düşdüyümüz mənada bu sümükləri ətlə örtüb alınan bədənə nəfəs verməklə məşğulsunuz. Mən də Sizə bu işlərinizdə müvəffəqiyyətlər arzulayıram. --Vago 03:52, 1 İyun 2010 (UTC)

İdarəçi namizədi

[mənbəni redaktə et]

Salam MrArifnajafov. Son 1 ildə Azərbaycandilli Vikipediya həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli inkişaf etmişdir. Bu bir həqiqətdir ki, bunda digər fəal istifadəçilərimiz kimi Sizin də danılmaz rolunuz olmuşdur. Amma bildiyiniz kimi, vikipediya təkcə məqalələrdən, səhifələrdən ibarət deyildir. Burda yerinə yetirilməsi vacib bir sıra texniki məsələlər də var (vandalizm hallarının qarşısının alınmasından tutmuş sistem məlumatlarının tərcüməsinə kimi). Bu texniki işləri idarəçilər yerinə yetirməlidirlər. Yəqin müşahidə etmisiniz ki, bizdə hazırda 4 fəal idarəçi var. Əslində, məsələn, cəmi 2 il bundan əvvəllə müqayisədə bu yaxşı göstəricidir. Amma Azərbaycandilli Vikipediya da 2 il bundan qabaqkı vikipediya deyil və xeyli zənginləşmiş, inkişaf etmişdir. Buna görə də bizim hazırda daha çox fəal idarəçiyə ehtiyacımız var. Sizin artıq təcrübəli vikipediyaçı olduğunuzu, vikipediya prinsiplərini bildiyinizi, vikipediyaçıların etimadını qazandığınızı nəzərə alaraq idarəçiliyə namizədliyinizi irəli sürmək istəyirəm. Lütfən qısa müddət ərzində mənə razı olub-olmadığınız haqqında məlumat verin. Hörmətlə:--Sortilegus 14:59, 1 İyun 2010 (UTC)

Lütfən, idarəçiliyə namizədliyinizin irəli sürülməsinə razı olub-olmadığınızı burda bildirin ki, mən səsverməni təşkil edə bilim. Hörmətlə:--Sortilegus 15:31, 2 İyun 2010 (UTC)

Etiraz etmirəm. Hörmətlə: --MrArifnajafov 15:47, 2 İyun 2010 (UTC)

Seçilmiş məqalə

[mənbəni redaktə et]

Salam. Atropatena məqaləsinin seçilmiş məqalə statusu almasıyla bağlı burda [25] səsvermə keçirilir. Xahiş edirəm səsvermədə iştirak edin. Hörmətlə:--sefer azeri 01:50, 02 İyun 2010 (UTC)

Salam. Arxeoloji abidələrə yerləşdirmək üçün bir şablon yarada bilərsiniz? Təxminən bu [26] şablon kimi bir şeylər. --sefer azeri 23:54, 03 İyun 2010 (UTC)

Çalışaram--MrArifnajafov 22:13, 3 İyun 2010 (UTC)

Əllərinizə sağlıq. Çox yaxşıdır. Bircə tikildiyi dövrü aid olduğu dövrlə əvəz edtsəz, bir də şəklin ölçüsünü dəyişmək və şəkilə izahat yazmaq yeri qoysaz lap yaxşı olar. --sefer azeri 22:18, 04 İyun 2010 (UTC)

Salam həkim! Rusca "парвотряд", ingiliscə parvorder. Azərbaycanca necə verək: Parvdəstə?--Vago 10:40, 4 İyun 2010 (UTC)

Əgər alternativ tapmaq çətindirsə analoji olaraq Parvdəstə vermək olar. Amma mütəxəssis fikiri pis olmazdı.--MrArifnajafov 09:58, 6 İyun 2010 (UTC)

Çox təqdirə layiqdir. Yeni uğurlar.--MrArifnajafov 20:16, 5 İyun 2010 (UTC)

Təşəkkür edirəm. Onun yarısı Sizin payınıza düşür. Sizə +100000 müvəffəqiyyəti arzulayıram. --Vago 09:50, 6 İyun 2010 (UTC)

Minnətdarlıq

[mənbəni redaktə et]

Hörmətli həmkar və Arazın o taylı qardaşımız, dəyər verdiyinizə görə çox minnətdaram. Hədəf ulduz deyil Azərbaycandır. Sizlərə də bu marqlı işlərdə uğurlar arzu edirəm.--MrArifnajafov 12:41, 5 İyun 2010 (UTC)

Salam, Yəqin ki hədəf Azərbaycandir! Ulduzlar və mükafatlar yalnız dostluq və Tanışlıq Bahanəsidir.siziə azviki İdarəçi işlərində (yaxın gələcəkdə) uğurlar arzu edirəm.--Axan.bulut 09:57, 6 İyun 2010 (UTC)

Xəritələr

[mənbəni redaktə et]

Salam. Mən bir müddət bundan əvvəl Qərbi Azərbaycan (indiki Ermənistan respublikası) ərazisindəki rayonlarımız haqqında məqalələr yaratmışdım [27]. Yəqin bilirsiniz ermənilər ordakı bütün toponimləri dəyişərək saxtalaşdırıblar. Biz bir neçə idarəçiylə məsləhətləşdik ki, həmin rayonların tarixi adlarıyla olan xəritələrini də yerləşdirək. Sortilegus da axtardı mən də amma tapa bilmədik. Sonra Raynec adlı istifadəçi xəritələti düzəldə biləcəyini söylədi və hətta bir neçə nümunə də düzəltdi və onların arasında bunu [28] seçdik. Lakin artıq çoxdandır ki, həmin istifadəçi vikiyə gəlmir və bizim məqalələrimiz də eləcə yarımçıq qalıb. düzdü həmin rayonların hamısının xəritələri başqa vikilərdə var, amma dediyim kimi, ermənilərin dəyişdirdiyi adlar qeyd edilib həmin xəritələrdə. Düzü mən istəmədim həmin xəritələri burda işlədək, çünki, o zaman biz də həmmin adları qəbul etmiş oluruq. Baxsanız görərsiz ki, mən məqalələrdə hətta hansı toponimin neçənci ildə və hətta ayın neçəsində verilən dövlət qərarıyla dəyişdirildiyini də qeyd etmişəm. İndi ermənilər bütün dünyaya bu torpaqların onların dədə-baba torpaqları olduğunu car çəkirlər. Məntiqlə əgər həmin torpaqlar həqiqətən də ermənilərin olsa, onda gərək o yerlərin toponimlər də erməni dilində olaydı. Amma bu belə deyil və ermənilə bu həqiqəti gizlətmək üçün toponimlərimizi dəyişmişlər. Düşünürəm ki, bu toponimlərin düzgün qeyd edildiyi xəritələrin hazırlanması erməni təbliğatına ən tutarlı cavab olardı. Mən özüm bu işi bacarmıram. Bacardığım informasiyaları toplayıb yerləşdirmək idi ki, onu da artıq eetmişəm. Fikirləşdim sizdən kömək istəyim bəlkə siz belə xəritələr hazırlaya bildiniz. Rayonların ərazisi demək olar ki, dəyişdirilməyib. Yəni ərazi olaraq Erməni xəritələrindəki ərazini istifadə etmək olar. sadəcə xəritələrdə Azərbaycan adlarını yazmaq lazımdır. Kömək edə bilsəniz çox böyük iş görmüş olarıq. --sefer azeri 16:26, 6 İyun 2010 (UTC)

xəritə qrafikası ilə məşğul olmamışam, amma belə bir variant təklif edə bilərəm:Abaran bəyənməsəniz ger qaytara bilərsiniz. Bu formanı Şablon:Rayon məlumat qutusuna da tətbiq edə bilərəm. Və hansı adı istəsəniz yaza bilərsiniz. Bu variant standart variantdır və ümumi qəbul olunmuşdur. Razısınızsa deyin əlavə edim --MrArifnajafov 13:42, 6 İyun 2010 (UTC)
Prinsipcə heç bir fərqi yoxdur əsas odur xəritədə ad düzgün yazılsın. Rayon məlumat qutusuyla birgə tətbiq etsəniz çox yaxşı olar.Amma elə edək ki, şablona bir dənə də şəkil yerləşdirmək olsun. Mən hər rayonun bir dənə də şəklini yerləşdirərəm. --sefer azeri 00:32, 7 İyun 2010 (UTC)
Sırf tarixi ərazilərlə bağlı şablondursa düşünürəm ki, o zaman əsası qoyulub, Əhali sıxlığı, nəqliyyat vasitəsi kodu, telefon kodu, icra başçısı, poçt indeksi, icra nümayəndəsi, bələdiyyə başçısı, qubernator bölmələrnə ehtiyac yoxdur. Amma qalan hər şey yaxşıdır.--sefer azeri 01:25, 7 İyun 2010 (UTC)
Əlləriizə sağlıq. Çox yaxşıdır.--sefer azeri 01:45, 7 İyun 2010 (UTC)

Salam, həkim. İşləriniz avand olsun. Taksoqutuda Mühafizə statusu ilə bağlı əlavə etdim. Artıq, məsələn

| Mühafizə statusu = Mühafizə statusu | mühafizə statusu = {{Şablon:Takson/IUCN|NT}} -nin yerinə sadəcə

|mühafizə = NT

yazmaq kifayətdir. Məsləhət görürsünüzsə, Dokument səhifəsində sadəcə bunu göstərək, əvvəlki variantları da dəyişməyək qalsın. Hörmətlə, --Vago 11:40, 7 İyun 2010 (UTC)

Hörmətli həmkar mənə elə gəlir ki, bu şablonda qrammatik səhvlərdən başqa nə isə dəyişməyə tələsmək lazım deyil və ümumiyyətlə lazım deyil. Birincisi bu şablon çox şaxəli (olmaqla yanaşı) ikincisi artıq geniş tətbiq olunmuşdur. Üçüncüsü də ki, rus demişkən sonrakı "pereboyları" aradan qaldırmaq çox çətin olar. Qaş düzəltdiyimiz yerdə göz çıxardarıq. Digər dillilər də bu şablonda dəyişik etməyi heç məsləhət görmürlər. Amma orfoqrafik səhvləri düzəltmək lazımdır.--MrArifnajafov 12:05, 7 İyun 2010 (UTC)
Əvvəlki varianları dəyişməyə ehtiyac yoxdur ki. Sadəcə bundan sonrakılar üçün təklif edirdim. Bir tərəfdən də düz qeyd edirsiniz. Çünki ola bilsin IUCN3.1-dən başqa da mühafizə sistemi var. Mənim qeyd etdiyim (mühafizə) ancaq {{Şablon:Takson/IUCN|NT}}) hal üçün işləyir. Hər halda nəzərinizə çatdırım ki, bundan sonra təkcə

|mühafizə statusu = {{Şablon:Takson/IUCN|NT}} yazmanız kifayət edər (yəni |Mühafizə statusu = Mühafizə statusu ) yazmağa gərək qalmır, avtomatik yaranır.

P.S.: Həkim, qeyd edim ki, hər dəfə mühafizə statusu ilə bağlı takson olanda, iki sətir yazını başqa məqalələrdən gətirirdim. Ona görə bu əlavəni etmək zərurəti yarandı. Hörmətlə, --Vago 12:20, 7 İyun 2010 (UTC)

Birdəki mühafizə statusu bəndi ümumqəbulolunmuş şəkildə olması onun istifadəsini asandlaşdırır. Məsələn bu bəndin ingilis versiyasının üzünü köçürüb əlavə etməklə işi asandlaşdırmaq və vaxt udmuş oluruq.--MrArifnajafov 12:15, 7 İyun 2010 (UTC)

Qeyd etmişdim. Sənəd hissəsinə qeyd etməyə gərək görmürəm, əvvəlki qalsın, amma özümüz işlədə bilərik.--Vago 12:23, 7 İyun 2010 (UTC)

Vəhşi təbiətdə rast gəlinən mənbə - "təbii ocaq" - "təbii mənbə" nəzərdə tutulur.--MrArifnajafov 12:55, 7 İyun 2010 (UTC)

Aydın oldu. Bir də həkim, lat. Y. pestis sözlərin mətnin əvvəlində verib, sonrakı yerlərdə taun çöpü kimi verilməsinə münasibətiniz necədir?--Vago 13:02, 7 İyun 2010 (UTC)

Prokariotlar

[mənbəni redaktə et]

Salam, həkim. Nüvəsizlər məqaləsində şablondakı şəkilin özünə hissələrin adlarını qeyd etmişəm. Xahiş edirəm, yanlışlıq varsa, deyin düzəldim, çünki şəklin altındakı yazı ilə şəkildəki yazı arasında fərq yarandı.--Vago 13:31, 9 İyun 2010 (UTC)

Salam. Müqəddəs Ancelo qəsri yerinə Müqəddəs Mələk qalası (və ya qəsri) yazsaq məqalənin adını daha yaxşı olmaz mı? Mələklər və Şeytanlar filminin Azərbaycan dilində dublajında bu cür etmişdilər. Bir də nəsə şablon (deyəsən tarixi ərazilər) hazırlayacaqdız, Qərbi Azərbaycan rayonları üçün iş nə yerdədir? --sefer azeri 20:18, 9 İyun 2010 (UTC)

Hörmətli MrArifnajafov Sizi Azərbaycandilli Vikipediyanın idarəçisi seçilməniz münasibətilə təbrik edirəm. İnanıram ki, əl-ələ verib Vikipediyamızı daha yüksəklərə qaldıracağıq. Hörmətlə:--Sortilegus 19:22, 9 İyun 2010 (UTC)

Hörmətli MrArifnajafov Sizi Azərbaycandilli Vikipediyada idarəçi seçilməniz münasibətilə təbrik edirəm! Sizə uğurlar. Səmimi qəlbdən:--Sultan11 04:11, 10 İyun 2010 (UTC)

Bu təbriklərə mən də qoşulub Sizə yeni-yeni nailiyyətlər arzulamaqla bərabər, Nüvəsizlərlə bağlı bilgiyə görə də təşəkkür edirəm.--Vago 05:30, 10 İyun 2010 (UTC)

Təbrik edirəm və uğurlar arzu edirəm! -- Cekli829 10:40, 10 iyun 2010 (Cek vaxtı ilə)

Təbrik edirəm və yeni statusunuzda uğurlar diləyirəm. Wertuose 06:28, 10 İyun 2010 (UTC)

Həkim bəy, sizi qazandığınız status münasibətiylə təbrik edir, "xalçamızı" daha incə və gözəl naxışlarla zənginləşdirmənizi arzu edirəm. sefer azeri 11:39, 10 İyun 2010 (UTC)

Təbrik edirəm --Ira 06:46, 10 İyun 2010 (UTC)

İşinizdə uğurlar arzulayıram.--Türk oğlan 09:39, 10 İyun 2010 (UTC)

MrArifnajafov sizi fəaliyyətinizin uğurlu qiymətini alması münasibətilə ürəkdən təbrik edirəm. GƏləcək fəaliyyətinizdə uğurlar! --E-citizen 09:56, 10 İyun 2010 (UTC)


Təbrik edirəm. Uğur olsun!

--Vüsal Ağayev 10:08, 10 İyun 2010 (UTC)

Təbrik edirəm--Axan.bulut 10:19, 10 İyun 2010 (UTC)

Mən də bu təbriklərə qoşulub, daha böyük uğurlar arzu edirəm. --Pərviz 10:23, 10 İyun 2010 (UTC)

Təbrik edirəm, idarəçi kimi yeni fəaliyyətinizdə Sizə uğurlar diləyirəm. --Melikov Memmed 11:03, 10 İyun 2010 (UTC)

Təşəkkür edirəm və bir daha təbrik edirəm. Sözlərinizin səmimiliyinə şübhəsi olmayan --Vago 12:06, 10 İyun 2010 (UTC)

Mən də urəkdən bu uğurunuzu təbrik edirəm.--MrArifnajafov 12:04, 10 İyun 2010 (UTC)

Çox sağ olun. Uğur olsun!

--Vüsal Ağayev 12:07, 10 İyun 2010 (UTC)

Hörmətli həmkar xammal Atropatena məqaləsinin yarımfabrikata çevirmək üçün dəyərli təklif və redaktələrinizi çox yüksək qiymətləndirirəm, və əminəm ki məqaləni son məhsul şəkili almasında da (baxmayaraq ki artıq seçilmişdir) əməyinizi əksik etməyəcəksiniz. Hörmətlə və uğurlar.--MrArifnajafov 09:55, 12 İyun 2010 (UTC)

Diqqətiniz üçün çox sağ olun, mövzü ilə əlaqədar bir fikrimi də bildirmək istərdim, məncə Azərbaycanca Vikipediyada artıq yeni bir dövr başlamaq lazımdır, yəni artıq məqalələrin sayına yox keyfiyyətinə daha çox diqqət eləmək vaxtı çatmışdır və inanıram ki, Siz də bundan sonra da bu sahədə Azərbaycanca Vikipediyaya öz töhfələrinizi verəcəksiniz, Sizə yeni idarəçi kimi bu statusda uğurlar arzulayıram--Melikov Memmed 11:10, 12 İyun 2010 (UTC)


Salam. Billie JeanBeat It məqalələrindəki boşluqları necə aradan qaldırmaq olar? Deyəsən şablonların hansındasa problem var.--sefer azeri 15:27, 14 İyun 2010 (UTC)

İnsanın orqanlar sistemi

[mənbəni redaktə et]

Salam, həkim. {{Orqanlar sistemi}} şablonundakı terminlərdə yanlışlıqların düzəldilməsinə yardımçı ola bilərsinizmi?! Hörmətlə, --Vago 10:07, 17 İyun 2010 (UTC)

Mütləq edərəm amma bir qədər vaxt verin. Bəlkəm şablonun da struktur və dizaynına əl gəzdirdim. Düzü çoxdan fikirləşirdim amma maaşallah siz məndən zirəksiniz. Hörmətlə.--MrArifnajafov 10:50, 17 İyun 2010 (UTC)
Təşəkkür.--Vago 10:55, 17 İyun 2010 (UTC)

Hörmətli həmkar deyəsən mən mühafizə etməni tam mənimsəməmişəm. Və problemlərlə üzləşirəm. Bəlkəm kömək edəsiniz. Məsələn Napoleon məqaləsində etdiyim redaktələrdən sonra onu mühafizə edə bilmirəm. Bəlkəm əziyyət də olsa bir qədər məni məlumatlandırasınız. Əvvəlcədən təşşəkkürlər.--MrArifnajafov 13:18, 17 İyun 2010 (UTC)

Salam. 2 cür mühafizə etmək olur. Tam mühafizə edəndə yalnız idarəçilər o səhifəni redaktə edə bilirlər. Yarı mühafizədə qeydiyyatdan keçən bütün istifadəçilər. Orda vaxt da qoymaq olar mühafizə üçün. 1 gündən tutmuş qeyri-müəyyən vaxta qədər. Məqalənin adının dəyişdirilməsinin qarşısını almaq üçün də mühafizə etmək olur. Hörmətlə:--Sortilegus 13:48, 17 İyun 2010 (UTC)

Salam həkim. Mümkünsə Şablon:Mahnıya daha üç xronologiya (|prev = |prev_no = |Name = |track_no = |next = |next_no = ) əlavə edin. Duet olan mahnılarda hər iki ifaçının sinql xronologiyasını göstərmək lazım olur. Digər ikisi isə mahnının daxil olduğu albomların track xronologiyasını göstərmək üçün. Bir də elə eləmək olar ki, özüm yazım bu nəyin xronologiyasıdır və ya hansı albomun track listidir? Bir də şablonun lap aşağısına bir dənə Alternative cover (azərbaycanca bunu əlavə şəkil adlandırsaq daha düzgün olar məncə) bölməsi əlavə etsəniz yaxşı olar. Çünki, bəzi mahnılar təkrar nəşr zamanı başqa üzlüklə çıxarılır. Əvvəlcədən təşəkkürlər. Hörmətlə:--sefer azeri 10:46, 18 İyun 2010 (UTC)

Salam. Pandukht adlı istifadəçinin fəaliyyətinə baxdım, amma bloklama səbəbi kimi göstərdiyiniz səbəbləri görə bilmədim. Sadəcə müzakirə səhifələrinin birində boş-boş müzakirə apardığı görünür. Buna görə sonsuz blok vermək düzgün deyil. Başlayanda 1 gündən başlayın, əgər destruktiv fəaliyyəti davam etdirərsə sonra yavaş-yavaş artırın. Blok müddətini dəyişib 1 gün etdim. Wertuose 20:47, 19 İyun 2010 (UTC)

Salam, həkim. Axır vaxtlar sizə yazdığım mesajlara cavab vermirsiniz. Deyəsən bilmədən xətrinizə dəymişəm. Əgər belə bir şey varsa üzr istəyirəm. İmkan olsa Soldier of Love səhifəsinə bir baxın. Əlavə etdim. böyük boşluq yarandı. Bir də Singlechart şablonu lazımdı bizə deyəsən. Və ya bizdə varsa yəqin ki, adı başqadır. Çünki səhifədə tətbiq edilmədi. Hörmətlə:--sefer azeri 20:06, 20 İyun 2010 (UTC)

Vaxt tapan kimi məşğul olaram. Bir qədər vaxta ehtiyacım var.--MrArifnajafov 15:42, 20 İyun 2010 (UTC)

Zəhmətkeş XANIMA Təbrik və uğurlar. Hörmətlə--MrArifnajafov 15:48, 22 İyun 2010 (UTC)

Doctor, təşəkkür edirəm. Başım müzakirələrə qarışıb, lap unutmuşam. Çox diqqətlisiniz, hörmətlə, --Ira 20:27, 22 İyun 2010 (UTC)

Səudiyyə Ərəbistanı

[mənbəni redaktə et]

Salam, həkim. Məscid şablonunda xəritədə ölkə adı kimi "Səudiyyə Ərəbistanı" göstərəndə çalışmır. Bu nə ilə bağlıdır?--Vago 12:39, 23 İyun 2010 (UTC)

Bu Səudiyyə Ərəbistanı adında azvikidə yer xəritəsi olmadığından irəli ğəlir. Vaxt tapıb xəritəni düzəldərəm.--MrArifnajafov 13:00, 23 İyun 2010 (UTC)
Artıq xəritə mövcuddur. Bax:Peyğəmbər məscidi, Səudiyyə Ərəbistanı ilə əlaqəli koordinatları məlum bütün məscidlərə əlavə etmək olar.--MrArifnajafov 15:45, 23 İyun 2010 (UTC)
Təşəkkür edirəm!--Vago 05:31, 24 İyun 2010 (UTC)

Location map şablonları

[mənbəni redaktə et]

Arif müəllim, Location map şablonlarının adını dəyişmək məsləhət deyil. Çünki bu ad əksər vikilərdə bu şəkildədir və kimsə digər vikidəki ölkə şablonundan müvafiq bölməni bura kopyalayanda orda heç bir dəyişiklik etməsinə ehtiyac olmur. Siz adlarını dəyişəndə isə bu adı siz bilirsiniz, digər istifadəçilər isə yox, ona görə də onlar üçün problem yaranır. Yaxşı olar ki, bu və bunun kimi digər qlobal şablonların adları olduğu kimi qalsın. Wertuose 19:20, 23 İyun 2010 (UTC)

Adları dəyişmək azvikiləşdirmək məqsədi daşıyır. Alman ,ingilis, rus vikilərində də özünkiləşdirilmişdir. Amma bu xəritələrin tətbiqi xəritələrin öz adları ilə deyil onların aid olduqları ölkələrin adlarına müvafiq aparılır. Məsələn: {{Qala (xəritə)}},{{Muzey}},{{Şəhər}},{{Məbəd}},{{Abidə}} kimi şablonların qey olunan bu bəndlərinin :

<!-- Şəhərin və ya objektin xəritə üzərində işarələnməsi -->
|pushpin_map                       =  <!-- Xəritəsini yerləşdirmək istədiyiniz ölkənin Azərbaycan dilindəki adını qeyd edin. -->
|pushpin_label_position            = <!-- Xəritənin üzərində obyektin adının yerləşmə istiqaməti. {left, right, top, bottom, none} 
variantlarından birini seçə bilərsiniz. Heç bir variant seçməsəniz ''right'' avtomatik seçilir. -->
|label                             =  <!-- Obyektin adının manipulyatorun oxu (mouse) ilə işarələndikdə görünməsi üçün 
 adını yazın. -->
|name                              =  <!-- Obyektin adının xəritənin üzərində görünməsi üçün  adını yazın. -->
|pushpin_mapsize                   =  <!-- Xəritənin ölçüsü. Rəqəmdən sonra "px" yazmağa ehtiyac yoxdur. Yəni "280px" 
əvəzinə sadəcə "280" yazın. Avtomatik olaraq 300 müəyyənləşdirilmişdir. -->
|latd  = |latm  = |lats  = |latNS  = <!-- Obyektin koordinatlarını göstərin. Dərəcə, dəqiqə, saniyə, şimal 
(N) və ya cənub (S) yarımkürəsində yerləşdiyini qeyd edin. -->
|longd = |longm = |longs = |longEW = <!-- Dərəcə, dəqiqə, saniyə, şərq (E) və ya qərb (W) 
yarımkürəsində yerləşdiyini qeyd edin. -->

əsasında yaradılan xəritələrdə ancaq |pushpin_map = Xəritəsini yerləşdirmək istədiyiniz ölkənin Azərbaycan dilindəki adını qeyd etmək kifayətdir. (əlbətdə ki əgər o xəritə mövcuddursa). Məncə hələ mövcud olmayan xəritələri bundan belə bu ad: Ölkənin adı-xəritə prinsipi ilə yaradılması məsləhətdir. Düzdür olmayan yerdə parakəndə kəsib köçürülmələrlə əldə edilmiş şablonlar, xəritələr dadımıza çatırlar. Amma nə vaxtsa bu primitivlikdən əl çəkilməlidir. Bu işlər bir qədər çətindir bəlkəm də kimin üçünsə zəhlətökən görülə bilər amma görülməsi lazımdır. Bir də ki {{Səudiyyə Ərəbistanı-xəritə}} daha işləkdir nəinki, "Location map Səudiyyə Ərəbistan"--MrArifnajafov 08:22, 24 İyun 2010 (UTC)

Nəzərə alın ki, sizin həmin şablonu necə adlandırmağınızdan asılı olmayaraq "pushpin xəritə" yerləşdirilməsi mümkün olan bütün şablonlar "Location map" adlandırmasına yönəlib məlumatı oradan oxuyurlar, yəni by default {{Səudiyyə Ərəbistanı-xəritə}} şablonu daha işlək olmalıdır, çünki ingilis dilindəki ad bu ada yönəldilib və əslində işlək olan ingilis dilindəki addır. Ona görə də tərcümə etmək istəyirsinizsə ortaq adlandırma standartı seçib, "pushpin xəritə" yerləşdirilməsi mümkün olan bütün şablonları bu adlandırmaya yönəltmək lazımdır. Təklif edirəm ki, yeni adlandırmada tire işarəsindən istifadə etməkdənsə "Ölkə xəritəsi" və ya "Ölkənin xəritəsi" formasında adlandırmaya üstünlük verək. Məsələn, "Səudiyyə Ərəbistanı xəritəsi", yaxud "Səudiyyə Ərəbistanının xəritəsi" və s. Amma mütləq "State xəritəsi" (yəni, Saudi Arabia xəritəsi) formasında adlandırma da yaradılmalı və o Azərbaycan dilindəki şablona yönəldilməlidir. Çünki, kimsə hansısa ölkənin Azərbaycan dilindəki dəqiq yazılışını bilməyə bilər, amma ingilis dilindəki adını bilməsi kifayət edəcək. Bilirəm bir az qarışıq yazdım, əgər nəyisə tam izah edə bilmədimsə dəqiqləşdirə bilərəm. Wertuose 09:49, 24 İyun 2010 (UTC)
Necə baxırsınız bəlkəm bu məsələni müzakitəyə çixardaq: Ya Location map olduğu kimi qalsın ya da tərcümə edilmiş forması işlənilsin. --MrArifnajafov 10:02, 24 İyun 2010 (UTC)
Düşümnürəm ki bəlkəm də siz çox haqlısınız, "Location map" variantının saxlanılması məsləhətdir. Əlaqəli şablon tətbiq edilmiş məqalələrdə aləm qarışa bilər. Çalışaram geri qaytarım.--MrArifnajafov 10:25, 24 İyun 2010 (UTC)
Yaratdığınız {{Yer xəritəsi}} şablonu hazırda istifadəsizdir. Onun əvəzinə "Location map" şablonu fəaliyyət göstərir, Location map "ölkə adı" şablonları da bunun əsasında işləyirlər. {{Yer xəritəsi}} şablonuna isə yalnız yeni yaratdığınız xəritə şablonları yönəlir. Amma həmin xəritə şablonlarının işləməsi üçün mütləq Location map "ölkə adı" şablonlarını yaratmalı və Azərbaycan dilindəki ada yönləndirməlisiniz. Yəni bu məsələni yoluna qoymaq üçün başdan ayağa dəyişiklik getməlidir. Əslində məncə elə də çətin deyil, sadəcə vaxt aparan işdir. Wertuose 10:56, 24 İyun 2010 (UTC)
Müzakirəyə çıxarılası heç nə yoxdur axı. Çünki şablonun adının necə olmasının istifadəçilər üçün heç bir fərqi yoxdur. Əsas odur ki, onun işlək olması təmin edilsin. Yeganə texniki məsələ ondan ibarətdir ki, yeni yaratdığınız xəritə şablonlarının adlandırılmasında "-xəritə" əvəzinə nə yazılacaq, qalanı asandır. İndi baxıram ki, əgər "Xəritə ölkə adı" şəklində olsa yaxşı olar. Çünki, "pushpin xəritə" yerləşdirilməsi mümkün olan bütün şablonların kodlarında yalnız "Location map" sözlərini "xəritə" sözü ilə əvəz etmək kifayət edəcək. Wertuose 11:09, 24 İyun 2010 (UTC)
"Xəritə ölkə adı" dedikdə bunu məsələn "Xəritə Alyaska" nəzərdə tutursunuz yoxsa "Alyaska". Birdə "Location map" sözlərini "xəritə" sözü ilə əvəz etsək həmin şablonun tətbiq edildiyi məqalələrin halı necə olacaq?--MrArifnajafov 11:19, 24 İyun 2010 (UTC)
"Xəritə Alyaska" yazılmasını nəzərdə tuturam, amma bu halda {{Yer xəritəsi}} şablonunun adını dəyişdirib "Xəritə" yazmaq, ya da onun adını dəyişmədən, o biri şablonların adını "Yer xəritəsi Alyaska" şəklində yazmaq lazımdır. Necə xoşdursa elə olsun. Məqalələrdə heç bir dəyişiklik etməyə ehtiyac yoxdur. Görülməli olan işlərin ardıcıllığı belə olmalıdır:
  1. Əvvəlcə sizin yeni yaratdığınız və əvvəlcədən mövcud olan bütün xəritə şablonlarının adları yeni formaya uyğun dəyişilməlidir.
  2. Sonra "pushpin map" funksiyası olan şablonlarda (şəhər, dövlət, məscid, memarlıq abidəsi və s. şablonlar) düzəliş edilməlidir ki, onlar məlumatı "Location map" şablonundan yox, "Yer xəritəsi" şablonundan oxusunlar.
  3. Qalır gördüyünüz işin nəticəsinə baxıb fərəhlənmək :)
P.S. Hansısa problem yaransa bu ancaq 2-ci bənddə qeyd etdiyim dəyişikliklər zamanı yarana bilər, onu da aradan qaldırmaq üçün həmin dəyişikliyi geri qaytarmaq və problemin nədə olduğunu araşdırmaq lazım gələcək. Wertuose 12:53, 24 İyun 2010 (UTC)

Hesab edirəm ki, bu başdan ayağa dəyişiklik çox başlar ağrıda bilər ona görə də bu istiqamətdə redaktələri dayandırıram. Tədricən bu redaktələri ilk növbədə yeni {{Qala (xəritə)}},{{Muzey}},{{Şəhər}},{{Məbəd}},{{Abidə}} tipli şablonlar ("pushpin xəritə" yerləşdirilməsi mümkün olan bütün şablonlar "Location map" əvəzinə "Yer xəritəsi" əvəz etməklə) yaradılarkən tətbiq etmək olar. Deyəsən sizi çox yordum. Hörmətlə.--MrArifnajafov 19:41, 24 İyun 2010 (UTC)

Yox, burda baş ağrıda biləcək heç bir iş yoxdur. Demək olar ki, iş tamamlanıb. Adını dəyişmədiyiniz hansısa xəritə şablonu qalıb? Wertuose 21:13, 24 İyun 2010 (UTC)

Salam həkim. Mümkünsə Şablon:Mahnıya daha üç xronologiya (|prev = |prev_no = |Name = |track_no = |next = |next_no = ) əlavə edin. Duet olan mahnılarda hər iki ifaçının sinql xronologiyasını göstərmək lazım olur. Digər ikisi isə mahnının daxil olduğu albomların track xronologiyasını göstərmək üçün. Bir də elə eləmək olar ki, özüm yazım bu nəyin xronologiyasıdır və ya hansı albomun track listidir? Bir də şablonun lap aşağısına bir dənə Alternative cover (azərbaycanca bunu əlavə şəkil adlandırsaq daha düzgün olar məncə) bölməsi əlavə etsəniz yaxşı olar. Çünki, bəzi mahnılar təkrar nəşr zamanı başqa üzlüklə çıxarılır. Əvvəlcədən təşəkkürlər. Hörmətlə:--sefer azeri 20:57, 24 İyun 2010 (UTC)

Hörmətli həmkar sözün düzü iradlardan sonra adı gedən {{Mahnı}} şablonuna hər hansı bir dəyişiklik etməzdim. Mən hələ də o fikirdəyəm ki, kardinal redaktə və dəyişikləri ancaq şablonun müəllifinin özü tərəfindən edilməsi məsləhətdir. Mənim tərəfimdən yaradılmış şablonlara hər hansı bir təkliflər əsasında rassional redaktə və dəyişikliklər etməyə, ümumiyyətlə məndən asılı hər hansı bir kömək göstərməyə hər vaxt hazıram. Xahişiniz əsnasında kömək edə bilməyəcəyimə görə çox üzr istəyirəm. Uğurlar. Hörmətlə.--MrArifnajafov 20:03, 24 İyun 2010 (UTC)

Salam həkim. Naməlum bir istifadəçi Farsdilli xalqlar məqaləsi yaradıb və orda türk xalqlarını da həmin siyahıda verir. Mən düz beş dəfə düzəliş etdim və səbəbini də müzakirə səhifəsinə yazdım. Hər dəfə müzakirədə iştirak edilmədən və heç bir izahat verilmədən dəyişikliyim geri qaytarıldı. sonuncu dəfə düzəliş etdim səhifəyə və xəbərdarlıq etdim istifadəçiyə ki, müzakirəsiz dəyişikliyimi geri qaytarsa idarəçilərə şikayət edəcəm. Xahiş edirəm məsələni nəzarətdə saxlayıb lazımi qərar çıxarasınız. Hörmətlə:--sefer azeri 16:45, 28 İyun 2010 (UTC)

Bu vandalizm deyil. Sarmatlar? Ətraflı Türk Wikipedia.
Bu mühüm bir yazı. Nə silin article? 28 intervik. Niya?
Həkim, həmin naməlum istifadəçi bir müddət əvvəl yarıtmaz fəaliyyətinə görə İrada xanım tərəfindən naməlum müddətə bloklanmış Gülməmməd adlı istifadəçidir deyəsən. Və ya bu [29] mübahisəni başlayan naməlum istifadəçi. Azərbaycan dilini pis günə qoymalarından seçmək olur. Hörmətlə:--sefer azeri 20:21, 28 İyun 2010 (UTC)
Уважаемый, научитесь сперва ознакомиться с источниками прежде чем ставить на удаление или блокировать. Я всё объяснил sefer azeri на его обсуждении на русском, если он непонимает по-азербайджански. Не хочу обзываться, потому скажу, что с вашей стороны это было не красиво, администраторы так не поступают. Да, вы не думаете, что я вандалю как это трезвонит sefer azeri, если посмотрите я поправил много статей и буду поправлять, чтоб улучшить азербайджанскую викиедию, но в статье про ираноязычные народы это было очень не красиво. Без обид.

Şablon qala

[mənbəni redaktə et]

Salam həkim. Deyəsən qala şablonunda nəyisə dəyişmisiz. Zöhhak qalası səhifəsində şablon pozulub. Amma mən səhifəni təzə düzəldəndə normal idi. İndi baxıram ki, xarab olub. Mümkünsə buna bir baxarsız. Hörmətlə:--sefer azeri 10:05, 28 İyun 2010 (UTC)

Salam, həkim. Deyəsən {{Naviqasiya cədvəli}} şablonu yenisi ilə əvəz olunduqdan sonra, tərkibində bu şablon istifadə olunan {{əhliləşdirilmiş heyvanlar}} şablonunun yuxarı hissəsində qatır məqaləsində bir qədər anlaşılmazlıq yaranıb. Bunun səbəbi nə ola bilər? --Vago 05:44, 30 İyun 2010 (UTC)

Təşəkkür!--Vago 13:17, 30 İyun 2010 (UTC)

Uşaqlar bizim gələcəyimizdir

[mənbəni redaktə et]

Salam hörmətli həmkar,

Uşaqlar üşün alman səhifəsində mövcud olan belə bir [30] layihə vardır. Mən onu azvikiyə tətbiqinə artıq başlamışam. Burada məqsəd uşaqların tibbi, bioloji biliklərini artırmaq üçün eyni adlı məqalələrin üşaq dilinə və düşüncəsinə uyğun formasını yaradıb əsas məqaləyə müvafiq keçidlə əlavə etməkdir. Bunları artıq mən düzəltmişəm: Hüceyrə, Uşaqlıq (anatomiya)-Uşaqlıq (balalıq), Hamiləlik. Məktəbli nəşrləri ilə əlaqədar təcrübəniz olduğundan (səhv etmirəmsə əgər) sizə bu uşaq düşüncəli və dil üslublu məqalələri yaratmaq həm çətin olmaz, həmdə yəqin ki maraqlı olar. Bu azərbaycanlı balalar üçün də gözəl bir töhfə olardı. Hörmətlə --MrArifnajafov 15:27, 30 İyun 2010 (UTC)

Salam. Sizin təşəbbüsünüzü dəstəkləyirəm və yeri gəldikcə, mən də bu üslubda məqalələr yaratmağa çalışaram. Allah bütün ailələrə övlad sevgisi ilə yanaşı bu layihədən bəhrələnməyi nəsib etsin! Hörmətlə, --Vago 08:17, 1 İyul 2010 (UTC)
Bu layihənin hələlik tibb sahəsində yaradılmasını düşünürsünüzsə (Almanca vikipediyaya uyğun), məqalə adları təklif edin, onlar üzərində çalışaq. Məsələn mən qida məhsulları kimi meyvələr haqqında bir neçə məqalə yaradılmasını düşünürəm. --Vago 05:55, 2 İyul 2010 (UTC)

Salam, həkim. Mümkünsə bizə bir dənə Yunesko Dünya Mədəni İrsi şablonu yaradarsız. Burda [31] history bölməsində istifadə edilib. Amma siz bizim şablona yerləşdiyi yri xəritədə göstərmək üçün bir bölmə də ayırın. Bir də həkim, nə qədər tez olsa o qədər yaxşı olar. Çünki İçərişəhər məqaləsini seçilmiş kimi təqdim etmək istəyirik. Əvvəlcədən təşəkkür və uğurlar. --sefer azeri 10:34, 2 İyul 2010 (UTC)

Ümumilikdə şablon yaxşıdır. Hətta ingilis vikisindəkindən daha yaxşıdır. Terminlərdə də heç bir səhv görmədim. Düzü Misir tarixi (mifologiyası xaric) mənim bildiyim və maraqlandım sahə deyil. Mən əsasən ermənişünaslıq və qafqazşünaslıqla məşğul oluram. Ona görə də hansısa təklif verə bilməyəcəm. Amma təkrar edirəm terminlərdə hansısa səhv yoxdur. Ayrıca Yunesko şablonuna görə də təşəkkür edirəm. Çox gözəl alınıb. Necə deyərlər, əllərinizə sağlıq. --sefer azeri 17:13, 2 İyul 2010 (UTC)