İsa Hümmətov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsa Hümmətov
İsa Rüstəm oğlu Hümmətov
Doğum adı İsa Rüstəm oğlu Hümmətov
Doğum tarixi 21 mart 1931(1931-03-21)
Doğum yeri
Vəfat tarixi 11 noyabr 1990(1990-11-11) (59 yaşında)
Vəfat yeri
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti yazıçı
Mükafatları "Əmək veteranı" medalı

İsa Rüstəm oğlu Hümmətov (21 mart 1931, Bayburt11 noyabr 1990, Bakı) — Azərbaycan nasiri, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1958), Əmək veteranı (1988).

İsa Hümmətov 1931-ci il martın 21-də Qərbi Azərbaycanın Vedi rayonunun Bayburt kəndində anadan olmuşdur. Burada ibtidai məktəbi bitirib İrəvanda pedaqoji texnikumda, sonra isə APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1949-1954). Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında başlamışdır[1]. Əvvəlcə müxbir, sonra şöbə müdiri işləmişdir (1954-1960). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, "Abşeron" qəzeti redaksiyasında məsul katib, "Maarif" nəşriyyatında və Azərnəşrdə redaktor (1961-1978), "Yazıçı" nəşriyyatında böyük redaktor işləmişdir (1978-1990). "Moruqlu budaq" adlı ilk hekayəsi 1958-ci ildə "Azərbaycan pioneri" qəzetində çap olunmuşdur. Azərbaycan Jurnalistlər Birliyinin nəşriyyat üzrə ilk təşkilat katibi olmuşdur. "Beşilliyin qalibi" diplomu və döş nişanı ilə təltif edilmişdır. 1990-cı il noyabrın 11-də Bakıda vəfat etmişdir.

  • 1. Ətirli çiçəklər. Bakı: Azərnəşr, 1959, 161 səh.
  • 2. Atanın həsrəti. Bakı: Azərnəşr, 1960, 162 səh.
  • 3. Nənə, əlini mənə ver. Bakı: Uşaqgəncnəşr, 1964, 44 səh.
  • 4. Ehtiyat qapıçı. Bakı: Uşaqgəncnəşr, 1966, 121 səh.
  • 5. Nazilə. Bakı: Uşaqgəncnəşr, 1968, 94 səh.
  • 6. Muğanın fəxri. Bakı: Azərnəşr, 1969, 64 səh.
  • 7. Günəşi qabaqlayanlar. Bakı: Azərnəşr, 1971, 74 səh.
  • 8. Mövlud ayı. Bakı: Azərnəşr, 1971, 48 səh.
  • 9. Həyatımın mənası. Bakı: Azərnəşr, 1973, 111 səh.
  • 10.Araz çağlayan yerdə. Bakı: Azərnəşr, 1976, 48 səh.
  • 11 Baba yadigarı. Bakı: Gənclik, 1977, 161 səh.
  • 12.Dünyanın bəzəyi. Bakı: Gənclik, 1979, 182 səh.
  • 13.İki məhəbbət. Bakı: Yazıçı, 1981, 222 səh.
  • 14.Çinar əfsanəsi. Bakı: Gənclik, 1983, 157 səh.
  • 15.Şeytanın qurbanları. Bakı: Yazıçı, 1987, 280 səh.
  1. Şahverdiyev, Akif. Azərbaycan mətbuatı tarixi (PDF). Bakı: Təhsil nəşriyyatı. 2006. səh. 91. 2019-07-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-10-13.